Ölkə futbolu
Yaşar Vahabzadə: “Qarabağ”da oynayırsa, mən niyə ona şans verməyim?”
21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə Futbolxeber.az saytına müsahibə verib.
- Dünən Avro-2017-nin seçmə mərhələsi çərçivəsində komandanız səfərdə Rusiya ilə 2:2 hesablı bərabərliyə nail oldu. Qarşılaşma haqda nə deyə bilərsiz?
- Oyunun ağır keçəcəyini bilirdik. Bakıdakı məğlubiyyətdən sonra Rusiya millisində məşqçi dəyişikliyi olmuşdu. Komandaya yeni futbolçular cəlb olunmuşdu. Ruslar oyuna çox ciddi önəm verirdilər. Rəqibin motivasiyası çox böyük idi. Aydın məsələdir ki, Bakıda aldıqları yenilginin əvəzini çıxmaq, qalib gəlmək istəyirdilər. Biz də bütün bunları çox yaxşı bilirdik. Oyunu əks-hücumlarda qurmuşduq. Meydanın müəyyən hissəsində rəqibə üstünlük vermişdik və onları sürətli hücumlarda yaxalamaq istəyirdik. Birinci hissədə planımız alınmadı. Bəzi futbolçular gözlədiyimizdən zəif çıxış etdilər. Fasilədə oyunçularla söhbətimiz oldu. Lazımi tapşırıqları verdik. Ona görə də ikinci 45 dəqiqədə meydanda tam başqa komanda gördük. Fasilədən az sonra hesabda irəli çıxdıq, sonradan geri düşdük. Lakin komanda xarakter nümayiş etdirdi və vətənə 1 xalla qayıtdıq.
- Güclü rəqiblə səfər oyununda 1 xal qazandıq. Nəticədən razı qaldığınızı söyləmək mümkündü?
- Bəli, nəticədən razı qaldım. Lakin nəticə ilə yanaşı, uşaqların əzmkarlığını da xüsusi vurğulamaq istərdim. Komanda çətin oyunda xarakter göstərdi.
- Rəqib ikinci qolu qapıçımızın səhvindən sonra vurdu. Ardıcıl 2 qoldan sonra bir anlıq düşünmədiniz ki, komanda psixoloji cəhətdən “sına bilər”?
- Oyundan sonra Şahruddinlə danışdım. O da səhvi olduğunu etiraf etdi. Lakin futbolda belə hallar olur. Buraxdığımız birinci qolda da səhv var idi. Ümumiyyətlə, səhv olmasa, qol da vurulmaz. Komanda ardıcıl 2 qol buraxsa da, qıraqdan onlara dəstək verirdik. Psixoloji gərginlik yaşamamaları üçün əlimizdən gələni etdik.
- Bakıda rusları 3:0 hesabı ilə darmadağın etdiyinizdən cavab oyunu daha çox maraq doğururdu. Bu oyunda komanda bir növ sübut etməliydi ki, ilk oyundakı nəticə təsadüf deyil və bunu sübut etdi də. Razısız bu fikirlə?
- Oyuna qədər komandayla söhbətlərimiz olurdu. Uşaqlara deyirdik ki, bu oyunu uduzmalı deyilik. Bakıya mütləq xalla qayıtmalıyıq. Uşaqlar da görüşün məsuliyyətini çox yaxşı başa düşürdülər. Sağ olsunlar ki, hesabda geri düşdükdən cəmi 3 dəqiqə sonra cavab qolunu vurdular. Bizi çox həyəcanda saxlamadılar.
- Sona yaxın qələbə qolunu da vurmaq olardı...
- Üçüncü qolu vurmaq üçün yaxşı imkanımız oldu. Amma rəqib də fərqlənə bilərdi. Hazırkı məqamda heç-heçəni aktivimizə yaza bilərik. Bu gün üçün Rusiya səfərində qazanılan 1 xal yaxşı nəticədi.
- Rusiya ilə oyunda ilk dəfə Mahir Mədətova hücumda şans verdiz və hesabı da məhz o açdı. “Qarabağ”ın hücumçusunun etimadı doğrultduğunu söyləmək mümkündü?
- Hücum xətti ilə bağlı problemlərimiz var idi. Kərəm Benkhe zədəlidi. Onunla tez-tez əlaqə saxlayırdıq. Məşqlərə başlamışdı. Toplanışa qatılmalıydı. Lakin sonradan zədəsini yenilədi. Ona görə də yığmadan kənarda qaldı. Bu səbəbdən də Mahirə şans vermək qərarına gəldik. Mədətov son vaxtlar klubunda əsas heyətdə forma geyir. Gənc və perspektivli futbolçudu. “Qarabağ”da oynayırsa, mən niyə ona şans verməyim? Yaxşı çıxış etdiyini söyləmək olar.
- Elnur Cəfərovun oyun praktikasının yoxluğunu məşqlərdə özünü biruzə verirdi?
- Təbii ki. Antalya toplanışından sonra o yalnız fərdi məşqlərlə kifayətlənir. Elnur bizə çox lazımlı futbolçudu. Amma bu gün o, 90 dəqiqə meydanda mübarizə aparmağa hazır deyil.
- Seçmə mərhələnin sonuna 2 oyun qalıb. Yığmamızı qarşıda Farer adaları və Finlandiya ilə qarşılaşmalar gözləyir. Hazırda aktivində 7 xal olan yığmamızın seçmə mərhələni minimum 10 xalla başa vuracağını gözləmək olar?
- Biz də uğur qazanmaq üçün çalışırıq. Farer adaları ilə oyuna hələ çox vaxt var. Həyat davam edir. Hər bir məşqçi istəyir ki, istənilən oyunda qələbə qazansın. Mən də o cümlədən. Odur ki, həm Farer adaları, həm də Finlandiya ilə oyunda uğur qazanmaq üçün çalışacağıq. Artıq komandada özünəinam var. Uşaqlar da görürlər ki, hazırda istənilən rəqibə qarşı layiqli oyun nümayiş etdirmək mümkündü. Bizim işimiz əsas milli üçün oyunçu hazırlamaqdı. 2020-ci ildə məqsəd Avropa çempionatında oynamaqdı. Həmin vaxt yığmanın əsasını elə bu gun U-21-in üzvü olan futbolçular təşkil edəcək.
- Özünüz də qeyd etdiniz ki, Farer adaları ilə oyuna hələ vaxt var. Həmin müddətə qədər planlarınız nədən ibarətdi?
- Planlarımız hələ ki tam dəqiqləşməyib. Ola bilər ki, may-iyun aylarında təlim-məşq toplanışı keçək. Yoxlama görüşü də keçirmək istəyirik.
- Yoxlama oyunu üçün namizəd komandalar var?
- AFFA rəhbəırliyi də çalışır ki, güclü rəqiblə qarşılaşaq. Çünki belədə zəif cəhətlərimizi, çatışmazlıqları görə bilirik. Lakin hazırda konkret hansısa namizəd rəqib yoxdu.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Nuriyev Macarıstan klubunda
- “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
-
09:00
"Qəbələ" Qətər klubuna qalib gəlib
-
20:00
İbrahim Həsənov finalda uduzdu
-
18:44
U-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
-
17:51
"İnter" "Mançester Siti"yə qalib gəldi VİDEO
-
15:28
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
-
15:02
Rüfət İsrail klubuna qələbə qazandırdı
-
14:15
"Qəbələ"də braziliyalı qapıçı
-
12:39
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
-
11:46
"Real" "Fiorentina" matçında 4 qol VİDEO
-
10:53
"Neftçi SOCAR" Tokioda mübarizəni dayandırıb
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV
-
10:00
"İnter Mayami" Nərimanın komandası ilə heç-heçə etdi
-
22:00
AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib
-
21:37
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
20:16
Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
-
19:09
"Ayaks" Almaniya millisinin üzvü ilə gücləndi
-
18:43
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
-
17:21
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
-
16:54
“Qarabağ”ın sabiq hücumçusundan het-trik
-
15:32
"Neftçi SOCAR" 1/4 finala yüksəlib
-
15:10
Rövlan Muradov: “Rəhbərlik də, məşqçilər korpusu da bizə inanır”
-
14:45
Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub
-
14:24
4 güləşçimiz Türkiyədə medal qazanıb
-
13:57
AFFA Frank De Bleker ilə vidalaşdı
-
12:36
PSJ-dən növbəti transfer
-
11:49
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
"Barselona" - "Birmingem" matçında 4 qol VİDEO
-
10:51
"Arsenal"dan 90 milyonluq transfer
-
10:34
Son 1 ildə geriləyən futbolumuz - YAZI
-
10:12
"Yuventus" "Nitsa"nı məğlub etdi VİDEO
-
09:45
Anatoli Nuriyevin komandası liderliyə yüksəldi
-
23:43
Cavid Hüseynov: “Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır”
-
22:37
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
-
22:08
“Səbail”in sabiq legioneri “Şamaxı”da
-
21:54
Füzuli Məmmədovun komandasından növbəti darmadağın
-
21:15
“Qəbələ” qələbəni əldən verdi
-
20:21
"Araz-Naxçıvan" "Şəfa"ya uduzdu
-
19:42
"Turan Tovuz" qələbə qazandı
-
18:39
“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
-
18:00
Neymarın büstü qoyulub
-
17:16
Marko Yankoviç: “Kədərlənməyə vaxtımız yoxdur”
-
16:53
Üzgüçülük Federasiyasında yeniyetmə idmançılarla görüş keçirilib
-
16:27
PFL rəsmisi “APL Fantasy”dən danışdı
-
15:44
“Qarabağ”ın “Dinamo” ilə cavab oyununun da hakimləri açıqlandı
-
14:35
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
-
14:11
“Qarabağ”ın Kiyev “Dinamo”su ilə səfər matçının yeri və hakimləri bilindi
-
13:52
"Orhus" - "Sabah" oyununun hakimləri açıqlandı
-
13:29
Voleybol millimiz Yunanıstanla yoxlama oyununda qələbə qazanıb
-
12:46
Ayxan Hüseynov: “Turan Tovuz” həmişə ürəyimdədir”
-
12:33
"Vugar Gashimov Open 2026" beynəlxalq şahmat turnirinin qalibləri məlum olub
03.08.2026
02.08.2026
01.08.2026
31.07.2026
























