10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Zets: “Məqsəd qələbə qazanmaqdı”

“Mövsümün ikinci yarısına çox yaxsı hazırlasmısıq. Antalyadakı təlim-msq toplanışından səmərəli yararlandıq. İnanıram ki, bunun bəhrəsini çempionatda görəcəyik”. Futbolxeber.az-ın məlamatına görə, bu fikirləri “Qəbələ İK”ya açıqlamasında bosniyalı hücumçu Ermin Zets deyib.

Cari mövsümdən “qırmızı-qara” formanı geyinən 28 yaşlı legioner təlim-məşq toplanışında fərqlənməyi də bacarıb. O, Almaniyanın “Osnabryuk” klubu ilə görüşdə (1:1) hesabı açıb: “Hesab edirəm ki, hər 3 yoxlama matçında çox yaxşı oynadıq. Sınaq matçları önəmlidir. Bu zaman nəticədən çox komandanın necə oyun göstərməsi vacibdir. Matçlarda yaxşı təsir bağışlamağımız gələcəyə nikbin baxmağa əsas verir”.

Zets mövsümün həlledici mərhələsində onları çətin sınaq gözlədiyini bildirib: “Hər bir matç bizim üçün ağır keçəcək. İnanıram ki, mövsümün ikinci yarısında daha yaxşı formada olacağıq. Buna görə də, çempionatın sonunda xal ehtiyatımızın indikindən xeyli çox olacağını gözləyirəm”.

Ermin üçüncü dövrəyə məhz Gəncədəki oyunla uğurlu start verəcəklərinə inanır. O, “Kəpəz”ə ilk dövrədə ev oyununda olduğu kimi, səfər matçında da qol vurmağa çalışacaq: “Kəpəz”lə səfər matçı heç də asan olmayacaq. Ancaq məqsəd qələbə qazanmaqdır və bunun üçün bütün gücümüzü səfərbər edəcəyik. Azarkeşlərimizə demək istəyirəm ki, bütün oyunlarda qələbə qazanmaq üçün meydanda var qüvvəmizi qoyacağıq. Onlardan əvvəlkitək dəstək gözləyirik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31