10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

AFFA FİFA prezidentliyinə seçkilərdə hansı namizədi dəstəkləyəcək?

AFFA FİFA prezidentliyinə seçkilərdə hansı namizədi dəstəkləyəcəyi barədə hələ qərar qəbul etməyib. Futbolxeber.az-ın məlumatına görə, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib: “FİFA-nın prezidenti postuna 5 namizəd var. Biz onlardan yalnız 2-si ilə danışmışıq. Bunlar Şahzadə Əli ibn əl-Husseyn və Canni İnfantinodur. Şahzadə Əlini çox yaxşı tanıyırıq.Onun proqramı ilə tanışıq. Telefonla müzakirə aparmışıq. İnfantinonu isə artıq 6 ildir tanıyırıq. Bu yaxınlarda onun iştirakı ilə UEFA-da bir saatlıq təqdimat oldu. Düzdür, Avropa futbol ailəsi onu dəstəkləyir. Amma hər bir milli assosiasiya daxili müzakirələrdən sonra qərarını verəcək. Digər 3 namizəd Şeyx Salman bin İbrahim əl-Xəlifə, Tokyo Seksvale və Jerom Şampandan dəstək üçün bizə müraciət edilməyib. Fevraln 15-nə kimi hələ vaxt var”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31