2 May 2026, Şənbə
Vernidub: “Bu oyun suyumu çıxardı”
"Neftçi" "Qarabağ"ı məğlub etdi
“Səbail” darmadağına sevindi
"Sumqayıt"ın yubiley qələbəsi

Ölkə futbolu

Klublar Komitəsində yeni rəhbər

Bu gün AFFA-nın Klublar Komitəsinin 2015-ci ildəki son iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda qurumun sədri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov, Fariz Nəcəfov ("Qəbələ"), Elnur Məmmədov ("Neftçi"), İlqar Axundov ("Rəvan"), Vüqar Aslanov ("Zirə"), Kamran Quliyev ("Sumqayıt"), Fikrət Hüseynov (AZAL), Mehman Allahverdiyev ("Kəpəz") və Rəşad Qasımov ("İnter") iştirak edib.

Toplantının sonunda quruma növbəti il 1 üçün rəhbər seçkiləri keçirilib. Buna qədər komitəsinin rəhbəri olan Tuyqun Nadirov növbəti dəfə seçkidə iştirak etmədiyini bildirib.

Səsvermə mətbuat üçün açıq olub. Yekunda qurumun rəhbəri AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov seçilib. 9 nəfərdən 6-sı ona, 2 nəfər Fariz Nəcəfova, 1 nəfər isə Kamran Quliyevə səs verib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31