6 Noyabr 2025, Cümə axşamı
Qurbanov BBC-yə danışdı
"Çelsi" Bakıya bu heyətlə gəldi
“Qarabağ” “Çelsi”ni qəbul edir
Ayın qolunun qalibi mükafatlandırıldı

Ölkə futbolu

“Qəbələ” “Sürix”lə qarşılaşacaq

“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XVIII turunun bu gün keçiriləcək “Qarabağ”la oyunundan sonra “qırmızı-qaralar” istirahətə buraxılacaq. 2016-cı il yanvarın 10-da bir araya gələcək komanda təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaq. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Roman Qriqorçukun yetirmələri yanvarın 10-dan 27-dək qonşu ölkədə hazırlıq keçəcək. Komanda hazırlıq müddətində Belek bölgəsində “Gloria Sereniti” otelində məskunlaşacaq. “Qırmızı-qaralar”ın toplanış zamanı 4 yoxlama oyununa çıxması planlaşdırılıb. Bu qarşılaşmalar ayın 16-da, 20-də, 23-də və 24-də baş tutacaq. Artıq bu matçlardan birindəki sınaqçı rəqib dəqiqləşib. “Qəbələ” yanvarın 20-də keçirəcəyi ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30