Ölkə futbolu
Samir Əliyev: “İstefaya göndərilsəm, bunu təbii qarşılayacam”
“Neftçi”nin baş məşqçisi Samir Əliyevin müsahibəsi
- Samir, “Neftçi”də nə baş verir? Komandanın zəif çıxışının səbəbi nədir - bəxtsizlik, futbolçuların zəifi oyun, səhv taktiki seçim və ya rəhbərlikdən lazımi dəstəyin olmaması?
- Zəif çıxışı rəhbərliklə əlaqələndirmək istəməzdim. Həm futbolçulara, həm də məşqçilər korpusuna həmişə dəstək olublar. Bir neçə gün əvvəl istefa verəndə də bizə etimad göstərdilər. Komandanın indiki vəziyyətə düşməsinə bir neçə səbəb var. Onlardan birincisi kollektivin əsasən gənclərdən təşkil olunması və təcrübəsizlikdir. Bir neçə oyunda bəxt də tərəfimizdə deyildi, son dəqiqələrdə buraxılan toplar üzündən vacib xallar itirdik. Bu da öz növbəsində futbolçulara psixoloji təsir göstərdi. Məhz təcrübəsizlik və bəxtsizlik üzündən itirilən xalları hesablasaq, qazandığımız qədər olar. İkinci əsas səbəb futbolçular arasında rəqabətin demək olar ki, yoxluğudu. Başqa səbəblər də var. Bunları deməklə məsuliyyəti üzərimdən atmaq istəmirəm. Ən böyük səbəb elə başda mən olmaqla məşqçilər korpusudu. Bizim də təcrübəsizliyimiz, müəyyən səhvlərimiz hazırki vəziyyətin yaranmasına gətirib çıxarıb.
- Əsas heyətdə oynayan gənclərin əksəriyyəti müxtəlif yaşlı yığmanın üzvləridir. Onların yaşıdları Avropanın top-komandalarında, yığmalarında oynayırlar. Yəni, 20-21 yaşlı futbolçunu təcrübəsiz hesab eləmək nə dərəcədə düzgündür? Onların səviyyəsi onsuz da aşağı olan Premyer Liqaya uyğunlaşmamasının səbəbləri nədir?
- Müdafiə xəttini götürək. Mellidən başqa bütün futbolçular 20-21 yaşındadır. Onların da əksəriyyəti 21 yaşlı yığmanın üzvləridi. Əslində, doğru buyurursan, təcrübə baxımından axsamamalıdılar. Amma fakt budur ki, demək olar ki, hər oyunda qol buraxırıq. Hansılar ki, onların çoxu müdafiəçilərin mövqe səhvlərindən sonra qapımızdan keçib. Buraxılan qolları heç də təkcə müdafiəçilərin ayağına yazmaq fikrində deyiləm. Müasir futbolda kollektiv şəkildə müdafiə olunmalısan. Amma konkret səhvlərə gəlsək, çox vaxt müdafiəçilərin diqqətsiz oynadıqlarını görərik. Elə oyunlar olub ki, komanda yaxşı oyun sərgiləyib. Məsələn “Qarabağ”la heç-heçə başa çatan qarşılaşma və ya “Sumqayıt”la matç. Belə oyunlardan sonra adamda özünə inam hissi artır, gələcəyə nikbin baxırsan. Qısası, komandadakı çatışmazlıqdlardan biridə stabilliyin olmamasıdı.
- Son dəqiqələrdə buraxılan qollara da təcrübəsizlik səbəbdir?
- Hər oyunda ayrı-ayrı situasiya ilə qarşılaşmışıq. Məsələn, “İnter”lə oyunda tez arxaya çəkildik. Və ya AZAL ilə qarşılaşmada müdafiənin buraxdığı kobud səhv məğlubiyyətə səbəb oldu. Hər oyunda qol buraxmaq müdafiə xəttindəki problemlərdən xəbər verir. Ən böyük problem isə müdafiədə oyunu üzərinə götürə biləcək liderin olmamasıdı.
- Filyo Jairo Rodrigesi komandaya kim gətirib?
- Filionu son anda komandaya götürmüşük. Transfer pəncərəsi bağlanmışdı və istədiyimiz müdafiəçini transfer edə bilməmişdik. Azad transferlərdən isə babatı Filyo idi. Onunla dekabra kimi müqavilə bağladıq. Filyonun komandaya götürülməsində məqsəd müdafiədə rəqabətin artırılması idi və son qərarı məşqçilər korpusu verib. Nəyə görə maraqlandın?
- Məsələ burasındadır ki, Filyonun iştirak etdiyi oyunların hamısında “Neftçi” məğlub olub. AZAL-la son dəqiqədə məhz onun səhvindən sonra rəqib penalti qazandı. “Qəbələ” ilə oyunun son dəqiqəsində cərimə zərbəsindən edilən asmanı kənara çıxarmaq əvəzinə qapının qarşısına göndərdi və rəqibə qol vurmaq üçün imkan yaratdı. “Rəvan”la matçda da kobud mövqe səhvləri ilə yadda qaldı və tərəfinizdən əvəzləndi. Yəqin ki, fərqindəsən? “Torba” məsələsinə oxşamır?
- Bütün oyunlarda Filyonu məcburiyyətdən meydana buraxmışıq. Əlbəttə, hər oyunu analiz edirik, kimin hansı səhvlər buraxdığını görürük. Filyonun da buraxdığı səhvlərdən xəbərimiz var. Amma bunu qəsdən etdiyini düşünmürəm. Səviyyəsi budur. Ümumiyyətlə, “torba tikmək” fikrini yaxınıma buraxmaq belə istəmirəm. Əgər rəhbərlik getməyimi istəyirdisə, daha nəyə görə istefa verəndə mənə etimad göstərdilər?
- Bayaq məsuliyyəti üzərinə götürüb ən böyük səhvin səndə olduğunu dedin. Konkret misal çəkə bilərsən?
- Elə oyun olub ki, heyəti düzgün müəyyənləşdirməmişik. Düzgün əvəzetmələr etmədiyimiz, taktiki səhvlər buraxdığımız oyunlar da olub. Hər oyundan sonra buraxılan səhvlər üzərində işləyir, təkrarlamamağa çalışırıq. Heç kim həyata məşqçi kimi gəlməyib. Məşqçilik bir peşədir və püxtələşənə kimi səhv buraxmaq qaçılmazdı.
- Araz Abdullayevin yeri komandada görünür...
- Əlbəttə, Araz “Neftçi”nin aparıcı oyunçusudu. Onun zədələnməsi heç yerinə düşmədi. Araz istedadlı futbolçudu və oynadığı oyunlarda komandaya çox xeyir verib.
- “Rəvan”la oyundan sonra rəhbərliklə görüşün olub?
- Yox. Amma yəqin ki, olacaq.
- Əvvəlki istefa qərarını dəyişdiyinə görə peşman olduğunu demişdin. Hələ də peşmansın?
- Rəqibi aşağılamaq istəmirəm, amma “Rəvan” udulası komanda idi. “Sumqayıt”la oyundakı qələbədən sonra “Rəvan”ı da məğlub edib komandadakı ümumi atmosferi yüksəltmək olardı. Belə də futbolçularda da, elə bizdə də özünəinam hissi artacaqdı. Bu məğlubiyyət gözlənilməz oldu və heç yerinə düşmədi. Oyundan sonra mətbuat konfransında hirsli olduğum üçün belə demişdim. Amma ayıq başla fikirləşəndə də peşmanlıq hissi keçirirəm. Bilirsən nəyə görə? “Neftçi” kimi komanda bu gündə olmamalıdı. Əgər bu vəziyyətə düşübsə, əsas günahkar baş məşqçi kimi mənəm.
- Yaxılarda “Pro” kateqoriyası almaq üçün Ukraynaya yollanacaqsan. Təşəbbüskar özünsən, ya klub?
- Klub rəhbərliyidi. Azərbaycanda növbəti “pro” kateqoriyası kursları 2017-ci ildə təşkil ediləcək. Rəhbərlik gözləməməyi məsləhət gördü və yaradılan şəraitə, dəstəyə görə minnətdarlığımı bildirirəm. Ukraynaya ayın 16-da gedəcəm. Orada kurslarda iştirak edəcəm. 2 il ərzində təcrübə artırmaq üçün əla şansdı. Noyabrın əvvəlində Kiyevdə kursu aparacaq məşqçilərlə ümumi söhbətimiz oldu. Söhbətdən uğurla keçdim.
- Kimlər idi? Səni tanıdılar?
- Əsas söz sahibi SSRİ dövründən tanınmış məşqçi Yozef Sabo idi. Yarım saata yaxın söhbət etdik. Hə, tanıdılar. Nə qədər olmasa da, vaxtilə Ukraynada oynamışam, yadlarında qalmışam.
- Sənin Ukraynaya gedişin komandanın hazırlığına təsirsiz ötüşməyəcək ki?
- Yaranmış fasilə özümüzə gəlmək, səhvləri analiz etmək üçün yerinə düşdü. Doğrudur, 7 futbolçumuz müxtəlif yaşlı yığmaların düşərgəsinə qoşulacaq. Üstəlik, bir neçə gün özüm də Bakıda olmayacam. Amma bunlara baxmayaraq, “Xəzər Lənkəran”la oyuna ciddi, tam gücümüzlə hazırlaşacağıq. Dekabra kimi çempionatda 6, kubokda isə 1 oyunumuz var. Bacardıqda yaxşı nəticələr qazanmağa borcluyuq ki, hazırkı durumdan çıxa bilək. Dekabrdan sonra isə heyət böyük ölçüdə yenilənəcək. Komanda mütləq gücləndirilməli, rəqabət artırılmalıdı. İndidən müxtəlif mövqelərə oyunçular axtarırıq. “Sumqayıt”la oyundan sonra bu barədə rəhbərliklə söhbətimiz oldu və seleksiyaçı-məşqçilərə lazımi tapşırıqlar verildi. Yanvardakı təlim-məşq toplanışına yeni transferlərlə başlamaq fikrindəyik. Bir neçə futbolçunun komandadan göndəriləcəyi də istisna deyil.
- Hansılar?
- İndidən ad çəkmək düzgün olmaz. Amma bir neçə futbolçu ilə vidalaşacağıq. Komandada daha çox hazır, istəkli, ideal formaya yaxın futbolçular saxlanılacaq.
- Ola bilərmi qış fasiləsinə kimi komandadan birinci özün göndərildin? Söz-söhbət gəzir ki, sənin yerinə məşqçi axtarırlar.
- Hər şey ola bilər. İstefaya göndərilsəm, bunu təbii qarşılayacam. Mənim yerimə kiminsə axtarılmasına gəlincə, əgər belə bir şey həqiqətən varsa, bu, normal haldı. Komanda yaxşı nəticə göstərmirsə, birinci günahkar baş məşqçidir, əsas məsuliyyət onun üzərinə düşür. Belə də istefaya göndəriləcəyim halda kimsədən inciməyə haqqım yoxdur.
- Futbolçuların maaşlarının ödənilməsində gecikmələr mövcüddür. Bu da onların oyununa təsirsiz ötüşməyə bilər.
- Maaşların 3-5 gün gecikməsini problem eləmək düzgün deyil. Bizdən fərqli olaraq aylarla pul üzü görməyən komandalar var. İnanmıram ki, bu hal futbolçulara mənfi təsir göstərsin.
- Sonuncu sualım, bu heyətlə başqa məşqçi uğur qazana bilərmi?
- Çətin sual oldu. Çempionluğu demirəm...(fikrə gedir). “Qarabağ”la, “Qəbələ” ilə çempionluq yarışına girmək çətindi. Avropa Liqasına vəsiqə qazanmaq olar. Amma bütün hallarda heyətə yeni futbolçular cəlb olunmalıdı. Əgər rəhbərlik indən sonra da mənə etimad göstərərsə, birinci vəzifəmiz qış fasiləsinə kimi liderlər qrupu ilə aramızda olan xal fərqini azaltmaq olacaq. Qışda görülən işlərdən asılı olaraq isə ilk “dördlüy”ə düşmək mümkündü.
“Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Azərbaycan millisindən böyük hesablı qələbə
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
24.10.2026
23.10.2026
























