21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

Georgi Nikolov: “Son zamanlar jurnalistlərlə danışanda özümü bankdakı kimi hiss edirəm”

“İnter”in prezidenti Georgi Nikolovun Futbolxeber.az saytına müsahibəsi

- “İnter” çətin Qəbələ səfərindən 1 xalla qayıtdı. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Səfərdə “Qəbələ” kimi güclü komandaya qarşı oynadıq. Belə rəqiblə oyunda 1 xal qazanmaq pis nəticə deyil. Düzdür, müəyyən qədər ehtiyatlı oynadıq. Amma əsas odur ki, meydanı 1 xalla tərk etdik. Nəticə qənaətbəxşdi.

- Oyundan əvvəl mətbuatda “İnter”in bu matça çıxmayacağı haqda xəbərlər yayılmışdı...

- Belə xəbər çıxmışdı? Yəqin söhbət başqa komandadan gedir. Gördüyünüz kimi, “İnter” “Qəbələ” ilə görüşə çıxdı və layiqli mübarizə apardı. Düzdür, futbolçular arada əsəbi olurlar. Amma onların da gərginliklərini başa düşmək lazımdı.

- Bəs, komandanın maliyyə durumunda irəliləyiş var?

- Futbolçular artıq maaşlarını alıblar. Pulları ciblərindədi.

- Hansı ayın maaşını alıblar?

- Sentyabrın. Oktyabrın maaşını da tezliklə alacaqlar.

- Sizin şəxsi probleminiz nə yerdə qalıb: Georgi Nikolov hələ də Azərbaycandan çıxa bilmir?

- Bu, mənim problemimdi. Bu haqda çox danışmaq istəməzdim. Əsas odur ki, bu gün “İnter” ayaqdadı.

- Hər halda, sizin də taleyiniz də ictimaiyyət, azarkeşlər, oxucular üçün maraqlıdı...

- Son zamanlar jurnalistlərlə danışanda özümü bankdakı kimi hiss edirəm. Çünki futboldan çox, puldan danışırıq (gülür). Dediyim kimi, biz gələcəy nikbin baxırıq. Əsas odur ki, komandamız yaşayır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31