26 May 2026, Çərşənbə axşamı
Zakaria Savon rəsmən “Qarabağ”da
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

“Müdafiə olunmaqla, “Borussiya”dan xal almaq utopiyadı”

“Boynuma alıram ki, sabahkı heyəti artıq müəyyənləşdirmişəm. Lakin strateji baxımdan bunu açıqlaya bilmərəm”. Futbolxeber.az-ın Dortmunda ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Bakıda het-trik edən Obemeyanqdan söz açıb: “Obameyanq hazırda əla formadadı. O, unikal idmançıdı. Hazırki durumda o, idman elmi üçün öyrəniləsi fenomendi. Obemeyanq çox ciddi fiqurdu. Ona qarşı təbii ki, hazırlıq görəcəyik. Çətin olsa da, istəyimizin alınacağına inanırıq”.

Qriqorçuk qeyd edib ki, “Borussiya”ya qarşı müdafiə olunmaqla nəticə qazanmaq mümkün deyil: “Sabahkı matçda uğur qazanmaq üçün ilk növbədə rəqibi neytrallaşdırmalıyıq. Burada müdafiəyə yox, hücuma daha çox önəm verəcəyik. Müdafiə olunmaqla, “Borussiya”dan xal almaq utopiyadı”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31