21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

“Monako” Bakıda

UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Monako” Bakıya gəlib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, knyazlıq təmsilçisinin baş məşqçisi Leonardo Jardim ölkəmizə 20 futbolçu gətirib. Heyətdə Portuqaliya millisinin də üzvləri olan Rikardo Karvalyo, Joao Moutinyo, İtaliya, Xorvatiya və Kot di Vuar yığmalarının hücumçuları Stefan Əl-Şaaravi, Mario Paşaliç və Lasina Traore kimi ulduz futbolçular yer alıb.

Fransa komandası noyabrın 4-də paytaxtımızda Ağdam təmsilçisi ilə görüşdən əvvəl son məşqinə çıxacaq. Bundan əvvəl, saat 17:15-də baş məşqçinin iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, “Qarabağ” - “Monako” matçı noyabrın 5-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq. Oyunu rumıniyalı baş hakim Kristian Balay idarə edəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31