21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

Elxan Məmmədov milli üzvləri ilə görüşdü

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Mili Komandaların Təlim-Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Futbolxeber.az-ın məlumatına görə, baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb. U-19-un baş məşqçisi Nazim Süleymanov oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə AFFA rəhbərliyinə təşəkkür edib, seçmə mərhələdə uğurlu çıxış etmək üçün hər bir futbolçunun səylərini əsirgəməməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunları 10, 12 və 15 noyabr tarixlərində Bakıda təşkil olunacaq. Yığmamız Bosniya və Herseqovina, Ukrayna və Türkiyə komandaları ilə mübarizə aparacaq.

 


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31