Ölkə futbolu
"Bəziləri Reynaldo, Almeyda ilə birgə oynadıqdan sonra özlərini böyük futbolçu sayırlar"
AFFA-nın Texniki Direktoru Bernhard Lippert Futbolxeber.az saytına müsahibə verib.
- Bu gün Klublar Komitəsinin iclasında siz də iştirak etdiniz. Toplantıda hansı məsələlər müzakirə olundu?
- Biz məşqçi kursları ilə bağlı söhbət etdik. Klublar maraqlıdırlar ki, onların mşqçiləri daha çox təhsil alsınlar. Biz də onlara bildirmişik ki, bu məsələdə problem yoxdur. Əsas odur ki, istək var. Növbəlik prinsipi ilə bütün məşqçilər təhsil alacaqlar. Bundan başqa, aşağı yaş qrupu üzrə keçirilən ölkə çempionatlarında qayda var ki, hansısa klubun 5 oyunçusu milliyə gedirsə, həmin komandanın növbəti görüşü təxirə salınır. İndi klublar həmin sayın azaldılmasını istəyirlər. Ola bilər ki, 5 yox, 3 və ya 4 oyunçu olsun.
Eləcə də aşağı yaş qrupu üzrə millinin üzvləri ilə bağlı məsələ müzakirə olundu. Bəzi klublar rəsmi oyunlar olmadığı vaxt oyunçularını milliyə buraxmaq istəmirlər. Məsələn, Yunis Hüseynov Elnur Cəfərovla bağlı narazılığını bildirir. Qeyd edir ki, yoldaşlıq oyunları zamanı futbolçunun klubda qalmasını istəyir. Qərara gəldik ki, bu məsələ ilə bağlı Yunis Hüseynov və U-19-un baş məşqçisi Nazim Süleymanov arasında müzakirə aparılsın. Əsas milli və U-21-lə bağlı ciddi bir problem yaşanmır. Çünki həmin vaxt ölkə çempionatında oyunlar olmur. Ümumilikdə, iclasdan razı qaldıq. Toplantının səmərəli keçdiyini söyləmək olar.
- U-21-in Avstriyaya qarşı keçirdiyi oyunu siz də canlı izlədiz. 0:7 hesanlı yenilginin səbəbini nədə görürsüz?
- İlk növbədə itkiləri qeyd etməliyəm. 4 aparıcı futbolçu meydana çıxmamışdı ki, onların da hamısı hücumameyilli futbolçular idi. Bundan başqa, onu deməliyəm ki, ilk yarıda komanda pis oynamadı. Yaxşı müdafiə olunuduq. Lakin ikinci yarıda meydanda faciə yaşandı.
- Amma problem tək Avstriya ilə oyunda deyil. Digər oyunlarda da U-21 parlaq çıxışı ilə seçilmir. Ümumi problem nədədir?
- Qrupdakı rəqiblərimizin kimliklərini yaddan çıxarmaq olmaz. Almaniyanın gücü hamıya bəllidi. Avstriya millisi son zamanlar inkişafdadır. Bunları deməklə bəhanə gətirmirəm. Baş məşqçi Yaşar Vahabzadədə də səhv tapmaq fikrində deyiləm. Bəzi oyunçuların xarakteri ilə bağlı problemi var. Amma bütün günahı futbolçuların üstünə də atmaq olmaz.
- Baş məşqçidə problem yoxdu, futbolçular günahkar deyil. Belə çıxır ki, günah bizə 7 qol vuran Avstriyadadı?
- Bu oyun üçün hansısa səbəb gətirmək çətindir. 0:7-dən sonra nəsə demək olmaz. Amma qeyd etməliyəm ki, bu gün U-21-də lider, komandanı öz arxasınca apara biləcək futbolçu yoxdur. Avstriya ilə matçdan sonra futbolçularla görüşdüm, məğlubiyyətin səbəbini soruşdum. Onlar heç bir cavab verə bilmədilər, titrəyirdilər. Futbolçu ilk növbədə şəxsiyyət olmalıdı. Bəzi oyunçular "Qarabağ"da Reynaldo, Riçard Almeyda ilə 10 dəqiqə birgə oynadıqdan sonra özlərini böyük futbolçu sayırlar. Halbuki U-21-də adını çəkdiyim futbolçular özlərini yaxşı tərəfdən göstərə bilmirlər. Burda məsuliyyəti öz üzərinə götürmək lazımdı. Əvvəl bir qədər vəziyyət fərqli idi. Ağabala Razamanovun İsrailə qarşı necə oynadığını, Popoviçin hansı şəkildə penalti çıxardığını görmüşəm. İlk növbədə istək olamlıdı. Bu gün U-21-də oynayanlar güclü futbolçu olmaq istəyirlərsə, xasiyyətlərini dəyişməlidilər. Bütün problemlər bir-birinə bağlıdır.
- Qeyd etdiniz ki, futbolçular Premyer Liqada oynayırlar. Bunun bir səbəbi də AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərardır. Məcburiyyətdən hər komandanın start heyətində 21 yaşadək bir futbolçu meydana çıxmalıdır. Bəlkə həmin qərar ləğv olunsun?
- Bunu emək çətindir. Çünki həmin qaydanı ləğv etsək, U-21-in üzvləri ehtiyatda qalacaqlar. Bu halda isə bəhanə edəcəklər ki, oyun praktikasının yoxluğundan əziyyət çəkirlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
20.10.2026
19.10.2026
























