24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

“Seltik”in baş məşqçisi: “Qarabağ”la oyun tam fərqli keçəcək”

“Qarabağ”la oyun tam fərqli keçəcək. Növbəti mərhələdə ən güclü rəqiblə qarşılaşacağıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla deyib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiya klubu “Styaman”ı mübarizədən kənarlaşdıran (2:0, 4:1) “Seltik” növbəti mərhələdə Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq.

Ağdam klubu haqda müsbət fikirlər səsləndirən Deyla “Qarabağ”la hər iki matçın çətin keçəcəyini bildirib: “Mən “Qarabağ”ın bir oyununa baxmışam. Onlar Monteneqro klubu “Rudar”dan güclü idilər. Bir sözlə, yaxşı rəqiblə qarşılaşacağıq. Hər iki oyun çətin keçəcək”.

Norveçli çalışdırıcı qeyd edib ki, hədəfləri ÇL-in qrup mərhələsində oynamaqdı: “Əgər Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyiriksə, önümüzə çıxan bütün rəqiblərlə döyüşməliyik. “Qarabağ”la oyunlar maraqlı keçəcək. Rəqibimiz yaxşı komanda olsa da, növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.

Mənbə: apasport.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31