17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

“AFFA prezidenti razılıq versə, “Bakı” Premyer Liqada oynayacaq”

“Bakı” mövsümün sonunda 9-cu oldu və I divizionda oynamalıdır. Lakin biz komandanın yenidən Premyer Liqada çıxış etməsini istəyirik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.

Klub rəsmisi bildirib ki, komandanın hazırda taleyi ilə bağlı son qərarı AFFA prezidenti verəcək: “Dünən Hafiz müəllimlə görüşümüz oldu. Gecə saat 4-ə kimi hazırkı durumu müzakirə etdik. Bu dəqiqələrdə Hafiz Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşür. O görüşdə bütün suallara aydınlıq gələcək. Əgər, AFFA prezidenti razılıq versə, “Bakı” Premyer Liqada oynayacaq. Hazırda bəzi futbolçularla danışıqlar gedir. Amma indi onların adlarını açıqlaya bilmərəm. Premyer Liqada qalacağımız dəqiqləşsə, həmin futbolçuları heyətə qatacağıq”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31