24 Avqust 2026, Bazar ertəsi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

“Söz verirəm, klub olsa Premyer Liqanı bu mövsüm 12 komanda ilə də keçirərik”

“Fors major deyilən bir şey var. Komanda özü maddi sıxıntı yaşayırsa, müraciət edir ki, çempionatdan çıxır. 9 komanda ilə çempionat keçirilsəydi, mətbuat bizi biabır edərdi. Bu səbəbdən də “Rəvan”a müraciət etdik. Onlar da çempionatda çıxışa razılıq verdilər. Lisenziya şərtlərini yerinə yetirmək üçün sentyabra kimi vaxt istədilər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Musayev qeyd edib ki, püşk atılsa da, Premyer Liqada 12 klubun iştirakı da mümkündü: “Hansı komandanın maddi vəziyyəti imkan verirsə, çempionatda oynaya bilər. Püşkatma olsa da, çempionatın startına günlər qalsa, kimsə oynamaq istəsə, mən sizə söz verirəm ki, komandaların sayını 12-yə də çatdıraram. Kənardan deməyə nə var ki? Mən həmişə sözün düzünü deyənəm. Bəli, biz ancaq “Rəvan”a müraciət etmişik. Bildim ki, onların imkanı var, oynaya bilərlər. Onlar da qəbul etdilər”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31