17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

BİABIRÇILIQ: Premyer Liqada “Simurq”un əvəzinə “Rəvan” oynayacaq

Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanmaq üzrədir. Futbolxeber.az-ın məlumatına görə, iyulun 21-də Premyer Liqada 2015/16 mövsümünün püşkü atılacaq. Lakin çempionatda çıxış edəcək 10-cu komandanın adə məlum deyil. Əvvəldən həmin komandanın “Simurq” olacağı bildirilirdi. AFFA və PFL rəhbərləri hər çıxışlarında Zaqatala klubunun yaşayacağını deyirdilər. Amma məlum olur ki, deyilənlər quru vəddən başqa bir şey deyil. Yayılan xəbərlərə görə “Simurq”un qarşıdakı mövsümdə çıxış etməsi üçün 400 min manat ayrılıb. Klub prezidenti Anar Bəkirov isə bu məbləğin az olduğunu bildirib. Beləcə “Simurq” “dəfn edilib”. AFFA və PFL-in qərarına əsasən bu komandanı Premyer Liqada “Rəvan” əvəzləyəcək. Ancaq “Rəvan”ın önündə “yaşıl işığ”ın hansı kriteriyalara görə yandırılması qeyr-müəyyəndir. Paytaxt klubu daha əvvəl də Premyer Liqada çıxış edib. Lakin bu klubun Azərbaycan futboluna hansısa faydası olduğunu demək çətindir. Məsələ ilə bağlı nə AFFA, nə də PFL rəsmiləri hələ heç bir açıqlama verməyiblər.

Təbii ki, bütün bunlar iddalardı və hər şeyə iyulun 21-də aydınlıq gələcək. Amma bir məsələ dəqiqdir ki, “Neftçala”, “Bakı”, “Turan-Tovuz” qala-qala “Rəvan” çempionata buraxılsa, Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31