25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

Azarkeşlər Flavinyonu möhtəşəm şəkildə yola saldı, klub rəsmiləri yatmağı üstün tutdu

"Neftçi"nin braziliyalı ulduzu Flavinyo gecə saatlarında vətəninə yola düşüb. Futbolxeber.az-ın olimpiya.az-a istinadən verdiyi məlumata görə, futbolçunu hava limanından çoxlu sayda azarkeş yola salıb. "Neftçi"nin fanları Flavinyonun ünvanına xoş şüarlar səsləndirərək, məşəllər yandırıblar. Flavinyo azarkeşlərin hər biri ilə görüşüb onlara təşəkkürünü bildirib.

Qeyd edək ki, 5 ildir Azərbaycanda top qovan və oyunu ilə azarkeşlərin rəğbətini qazanan Flavinyonu yola salmaq üçün "Neftçi" klubundan heç bir nümayəndə gəlməyib. Yəqin yuxularını ərşə qatmaq istəməyiblər. Hörmətli "Neftçi" rəsmiləri! Sizə yuxunuz şirin olsun, Flavinyoya isə yolun uğurlu olsun deyirik.

2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo komandanın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.

“Ağ-qaralar”ın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31