Ölkə futbolu
Roman Qriqorçuk: “Çukariçki” çox ciddi rəqibdir”
“Tiflis “Dinamo”sundan güclü oynadığımıza görə novbəti mərhələyə vəsiqəni biz qazandıq. Artıq bu qələbə tarixdə qalıb və butun diqqətimizi II təsnifat mərhələsi oyunlarına, novbəti rəqibə yonətlmişik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ İK”ya müsahibəsinə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Matçdan sonra yetirmələrinə 2 günlük istirahət verən Qriqorçuk “Çukariçki” klubu ilə oyuna hazırlıqdan da danışıb: “Uzun müddətdir fasiləsiz işləyirdik. Ağır çalışmalar və çətin oyunlardan sonra futbolçularımıza dincəlmək lazım idi. Onlar bunu etdilər və iyulun 12-də axşam saatlarında bir araya gəldik. Adi qaydada hazırlığımızı davam etdiririk. Komanda yenidən yığışandan sonra əsas məsələ son oyunu təhlil edib, növbəti rəqiblə tanış olmaq idi. Növbəti mərhələdə qarşılaşacağımız Serbiya komandası haqqında yetərincə məlumat toplamışıq. ”Çukariçki” çox ciddi rəqibdir. Bu komanda, demək olar, ikinci mövsümdür eyni heyətlə oynayır”.
Ukraynalı çalışdırıcı “Çukariçki”ni Tiflis “Dinamo”su ilə müqayisə etməyi məqsədəuyğun saymayıb. O, növbəti rəqibin oyun üslubunu belə xarakterizə edib: “Çükariçki” atletik futbola üstünlük verir. Meydanda mübariz oyun nümayiş etdirir, güclü pressinq etmək bacarığına malikdir. Özü də ağıllı oyun göstərir. “Çukariçki” çox təşkilatlanmış komandadır, oyun nizam-intizamı ilə seçilir. Rəqibin heyətində çoxlu yüksək səviyyəli futbolçular var ki, onlar yaxşı oynaya, verilən tapşırıqları meydanda yerinə yetirə bilirlər”.
Qriqorçuk I təsnifat mərhələsində ilk oyunu, vəziyyətə uyğun olaraq, öz meydanında keçirməyin daha yaxşı olduğunu açıqlamışdı. Birinci matçı yenə səfərdə keçirəcəyibdən, Qriqorçukun məkanla bağlı fikri maraqlı idi: “Birinci təsnifat mərhələsi ərəfəsində bizdə vəziyyət bir qədər fərqli idi. Heyət, demək olar, yeni yığılmışdı və necə oynayacağımızı özümüz də bilmirdik. Həmin vaxt Tiflis “Dinamo”suyla ilk matçı evdə oynamaq bizə daha asan olardı. Amma artıq 2 matç keçirmişik, daha güclü olmuşuq. Artıq öz imkanlarımızı bilirik və özümüzə inamımız çoxdur. Bu üzdən “Çukariçki” ilə ilk oyunu harada keçirməyimizdə, ümumiyyətlə, heç bir fərq görmürəm”.
Baş məşqçinin fikrincə, nəinki Serbiya komandası, ümumiyyətlə, bu mərhələyə yüksələn istənilən komandayla sınaqdan üzüağ çıxmaq üçün ilk növbədə çox yaxşı oynamaq lazımdır: “Bu, əsas şərtdir. Hazırda bizə çox vacib olan, görmək istədiyimiz futbolu imkan daxilində tez oynamaqdır. İstədiyimiz oyun üslubunu meydanda göstərməliyik. Hələ ki, ideal futboldan uzağıq. Buna görə çox iş görməli, intensiv çalışmalıyıq. Əvvəlki mərhələylə müqayisədə növbəti mərhələdəki oyunlara daha yaxşı vəziyyətdə çıxmalıyıq”.
Qeyd edək ki, Qriqorçuk məşqçilik karyerasında serblərlə üz-üzə gəlib və görüş onun üçün uğurla sonuclanıb. Belə ki, o, “Qəbələ”dən öncə vətənində çalışdırdığı “Çernomorets”lə 2013/14 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində Belqradın “Srvena Zvezda” klubuna rəqib olub. Odessada 3:1 hesabı ilə qalib gələn Qriqorçukun komandası Belqradda qolsuz bərabərliyə qalıb və pley-off mərhələsinə vəsiqə qazanıb. Baş məşqçi “Çukariçki”ni Serbiya futbolunun titullu komandasından zəif saymır: “Deməzdim ki, “Çukariçki” “sirlı qutu”dur. Bu komanda son 2 mövsümdə uğurlu çıxış edir, bürünc mükafatçı, ölkə kubokunun qalibi olub. “Çukariçki”nin həmin “Srvena Zvezda” üzərində qələbə qazanmaq ənənəsi var”.
Qriqorçuk daha bir futbolçunun transferinin gündəmdə qaldığını söyləyib: “Biz başa düşürük ki, heyətimizin gücləndirilməsi vacibdir. Bu istiqamətdə ilk addımı atmışıq. Onu da yaxşı anlayırıq ki, seleksiya çox ciddi işdir. Tələsməyə, risk etməyə haqqımız yoxdur. Buna görə də transfer məsələsinə diqqətlə yanaşmalı, hər şeyi ölçüb-biçməliyik. Komandaya elə futbolçular götürməliyik ki, gümanları tam doğrultsunlar”.
Mehman SÜLEYMANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
17.10.2026
16.10.2026
15.10.2026
























