4 Iyun 2025, Çərşənbə
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı
"Sumqayıt" 3 futbolçusu ilə vidalaşdı
“Neftçi” qızıl medallara qovuşdu

Ölkə futbolu

Komandamız fasiləyə 6-cı yerdə yollandı

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.

Yarışın bu gün keçirilən 9-cu mərhələsində iştirakçılar 203 km məsafə qət ediblər. Velosipedçilərimizin hamısı finişi mərhələ qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda - 4 saat, 36 dəqiqə, 31 saniyəyə keçib. Fotofinişə əsasən ən yaxşı göstərici Yannis Tamuridisə məxsusdur - 6-ci yer. Maksim Averin 8-ci, Matey Müqerli isə 20-ci yeri tutub. 9 mərhələdən sonra ümumi təsnifatda komanda üzvlərimizdən ən öndə olanı Matey Müqerlidir - 9-cu yerdə olan təmsilçimiz liderə 3 dəqiqə, 34 saniyə uduzur.

9 mərhələdən sonra komanda hesabında "Synergy Baku" 6-cı pillədəki mövqeyində qalır. İyulun 14-də yarışda istirahət günüdür. İyulun 15-də keçiriləcək 10-cu mərhələdə isə velosipedçilər Tyanşuy şəhərinin küçələri boyunca 100 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30