Ölkə futbolu
Əfran İsmayılov: "Baxmayaraq ki, adamı xətkeşlə döyərdi, amma mən onu yenə sevərdim"
Millimizin üzvü Əfran İsmayılov Lent.az saytına müsahibə verib. İsmayılov müsahibəsində uşaqlıq illərindən söz açıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
"Müəllim bizi xətkeşlə döyərdi”
-1995-ci ildə Bakı şəhəri, Rüstəm Əliyev adına 3 saylı orta məktəbə getmişəm. İlk dərs günüm ətraflı yadımda deyil. Bizim vaxtımızda ilk dərs günü 15 sentyabrda yox, bir sentyabrda idi. Məhz o gün sinif yoldaşlarım və ilk müəlliməmlə tanışlığım olub. O gün mən də bütün uşaqlar kimi həyəcanlı idim. Adətən uşaqlar ilk dərs günü ağlayır. Amma mən əvvəldən bağçaya da getdiyimə görə, məktəb ab-havasından xəbərdar idim. Ona görə də heç ağlamadım. Məktəb mənim üçün qeyri-adi deyildi. İlk müəlliməm Hicran müəllimə olub. Mənim yetişməyimdə onun rolu, əməyi böyük olub. Baxmayaraq ki, bir az aqressiv müəllimə idi, adamı xətkeşlə döyərdi, amma mən onu yenə sevərdim. Çox döyülmüşəm, amma səbəbi olub ki, döyülmüşəm. Həddindən artıq dəcəl olmuşam və haqlı yerə döyülmüşəm. Bəlkə də Hicran müəllim vaxtında məni döyməsəydi, mən indiki Əfran olmazdım.
"Mənə görə müəllimlərim dalaşardı”
- Uşaqlıqdan futbolla maraqlanırdım. Məni görən hər kəs atama “bu uşağı futbola qoy” deyirdi. Məktəbə gedə-gedə futbola da getdim. Məktəbi 7-8-ci sinfə qədər lap yaxşı oxumuşam. 10- 11-ci siniflərdə hazırlıqlara gedirdim. İkinci qrup üzrə hazırlaşırdım. İlk dəfə sınaq imtahanından 450 bal toplamışdım. Elə vaxt olurdu ki, idman müəllimimlə riyaziyyat müəllimim dalaşırdılar. Biri deyirdi ki, onu burax qoy futbol oynasın, futbol yaxşıdı. O biri deyirdi, yox, sən burax qoy dərslərini oxusun, təhsil yaxşıdı. Mən sakitcə onları izləyirdim. Gördüm ikisi bir yerdə heç cür alınmır. İkisindən birini seçməliyəm. Axırda atama dedim ki, mən də futbolu seçirəm. Bu yolda məni daha çox dayım dəstəkləyib. Peşman da deyiləm, yaxşı ki, bu futbolu seçmişəm. Özümü dolandırıram, ailəmi dolandırıram, qohum-əqrəbaya kömək edə bilirəm.
"Müəllim dedi qaç, gəldilər”
- Yuxarı siniflərdə futbolda ilk uğurlarımı qazanmağa başladım. Məktəbin şərəf lövhəsində mənim də adım vardı. Futbol komandasının kapitanı da mən idim. Yarışlardan məktəbimizə kubok qazandırırdım. Bizim bədən tərbiyəsi müəllimimiz Nazim müəllim idi. Gah məni özümdən böyüklərlə, gah da kiçiklərlə yarışdırırdı. Futbolda buna “lipa” deyirlər, qadağandı. Bir dəfə 135 saylı məktəblə yarışırdıq. Müəllim yenə mənim yaşımı azaldıb, icazəsiz özümdən iki yaş kiçik uşaqlarla oyuna saldı. Mən özümü göstərdim və qalib gəldik, çempion olduq. Sonra Nazim müəllim gəldi ki, “Əfran, “zaboru” aş, qaç. Gəlirlər səni də, məni də döyməyə!”. Nazim müəllim də, mən də qaçdıq. Amma bu söhbətin üstü açılandan sonra kuboku bizə vermədilər(gülür).
"Fizikadan zəhləm gedirdi”
- Ən sevimli müəlliməm Nigar müəllimə olub. Beşinci sinifdən sonra bizə rus dili dərsi keçirdi. Ona çox hörmət edirdim. Sadə insanıydı. Bütün sinfimiz onu çox sevirdi. Heç vaxt pul söhbəti etməzdi. Tək mən yox, bütün sinif yoldaşlarım indi də onunla əlaqə saxlayır. Kimin toyu olursa, Nigar müəllimə başda olur. Ən sevdiyim fənn coğrafiya idi. Mənə çox maraqlı gəlirdi, daim nəsə yenilik vardı. Yeni ölkələr, materiklər, okeanlar, dənizlər... Sevmədiyim fənn isə fizika idi. Əslində fizika müəlliməsini sevməzdim. İlk vaxtlardan bir-birimizə qanımız qaynamadı. Oxumaq istəsəm belə o müəlliməyə görə oxumazdım. Onun dərslərində belə oturmaq istəməzdim. Sonda mənə bir üç verirdi.
"Sinif rəhbərim yoxlamanın yanında o qədər düzgünlükdən danışdı ki...”
- Bir dəfə məktəbimizə nazirlikdən yoxlama gəlmişdi. Hardasa 7-8-ci sinifdə oxuyurdum. Bizdən soruşdu ki, “sizdə pul yığırlar?” Mən də qalxıb dedim ki, “bəli, yığırlar”. Sinif rəhbərim Tamara müəllimi barmağımla göstərib, “elə dünən məndən on manat pul alıb” dedim. Əslində deməyə də bilərdim, amma sinif rəhbərim yoxlamanın yanında o qədər düzgünlükdən danışdı ki, onun bu hərəkəti məni özümdən çıxartmışdı. Mənə baxıb, nə qədər göz-qaş eləsə də susmadım, düzünü dedim. Tamara müəllimə qıpqırmızı oldu. Sonra rəhbərlik məni xeyli danladı, müəlliməm isə bir ilə yaxın mənimlə danışmadı(gülür). Bir müddət sonra mənimlə barışdı. Bu hərəkətdən sonra sinifdə olan hörmətim daha da qalxdı. Ondan sonra sinfin sözü olanda məni qabağa verirdilər ki, “Əfran, get sən de”.
"Direktor hamını şapalaqlayardı, mənə çatanda…”
- Sinif yoldaşlarım Elvindən başqa, heç biri ilə əlaqə saxlamıram. Onunla birinci sinifdən ta indiyə qədər dostuq. Elvin məktəb illərində, mən sadə Əfran olan vaxtımda da yanımdaydı, indi də. O birilərini yaxınıma buraxmıram. Çünki əvvəl məni axtarmayan insanlar, mən futbolda uğurlar qazanandan sonra axtarmağa başladı. Məktəbimizdə Sadiq adında oğlan vardı. Bir az yekə başlığı vardı deyə heç vaxt yola getməzdik. Məktəbdə axırıncı ilimiz idi. Uşaqlarla məktəbin həyətində futbol oynayırdıq. Bu Sadiqə nə qədər dedik ki, səliqəli oyna. Xeyri olmadı. Necə gəldi, hara gəldi topa vururdu. Axırda topla məktəbin iki pəncərəsini sındırdı. Aləm qarışdı bir-birinə. Direktor bizi sıraya düzüb şapalaqlaya-şapalaqlaya gəlirdi. Mən ən axırıncıydım. Öz-özümə bircə bunu deyirdim ki, məni vurmasın. Düzdü dəcəl olmuşam, amma heç vaxt elə bir hərəkət etməzdim ki, müəllim mənə əl qaldırsın. Dərsimi oxumasam da, müəllimlər tərbiyəmə görə qiymət yazardılar. Bilmirdim məni vursa necə reaksiya verərəm. Hər halda müəllimə kobud cavab qaytara bilərdim. Növbə mənə çatanda kimsə qapını açıb, direktoru təcili çağırdı. “Səninlə sabah davam edərik” deyib getdi.
“Seviləsi qız idi...”
- Məktəb vaxtı bir qızla bir-birimizi sevirdik. Bu qız altıncı sinifdə oxuyanda sinfimizə təzə gəlmişdi. Qəşəng qız idi. Hamının diqqəti çöndü bu qızın tərəfə. Mənim xasiyyətim belədir ki, topluluğun qaçdığı tərəfə qaçmaram. O qız mənim xoşuma da gəlsə də, ona tərəf getmədim. Sən demə bu qızın da fikri məndə imiş. Uşaqlar deyirdi, amma mən inanmırdım. Sonra gördüm ki, bu qız daim mənim oyunlarıma gəlir, mənə azarkeşlik edir. Axır da bir-iki dəfə danışıb, söhbətləşdik. Amma qismət deyilmiş, alınmadı. İndi o öz həyatını yaşayır, mən öz həyatımı. O da ailəlidi, mən də. Seviləsi qız idi, amma bizimki tutmadı, ayrıldıq.
“Məktəb heç yadıma da düşmür”
- Oxuduğun məktəbi sevməmək mümkün deyil. Əsgərlikdən qabaq məktəb insana həyatı öyrədir. Son zəng mənim üçün unudulmaz gündü. Məktəblə, uşaqlarla vidalaşdıq. O gün ayrılığımız üçün kədərlənsəm də, indi heç darıxmıram. O vaxt müəllimlərimiz bizə “vaxt gələcək məktəb üçün burnunuzun ucu göynəyəcək” deyirdilər. Amma mənim başım futbola elə qarışıb ki, nəinki burnumun ucu göynəmir, məktəb illərim heç yadıma da düşmür (Gülür).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
24.10.2026
23.10.2026
























