Ölkə futbolu
Vüqar Nadirov: “Yəqin “Qarabağ”dan halallıq verərlər”
"Xəzər Lənkəran"ın yeni transferi Vüqar Nadirovun müsahibəsi
- Əvvəlcə "Xəzər Lənkəran"a keçidin haqda danışaq. Niyə məhz bu klubu seçdin?
- İlk təklif "Xəzər Lənkəran"dan gəldi. Sərfəli təklif olduğu üçün razılaşdım. "Xəzər Lənkəran"da ilk dəfə titullar qazanmışam. Buna görə də bu komanda da mənə doğma gəlir. Rəhbərliyi də tanıyıram. Oyunçuların əksəriyyəti ilə yaxşı münasibətim var. Bütün bu amillər "Xəzər Lənkəran"ı seçməyimdə rol oynadı.
- "Qarabağ"dan ayrılmağının səbəbi haqda müxtəlif xəbərlər yayıldı. Bütün bunlara aydınlıq gətirmək üçün ayrılığın əsl səbəbəni açıqlaya bilərsən?
- "Qarabağ"ın mənim üzərimdə əməyi böyükdür. Yəqin ki, mənim də "Qarabağ"a az köməyim dəyməyib. Bunu mütəxəssilər və azarkeşlər də deyə bilər. Qurban Qurbanovun da əməyini qeyd etməliyəm. Yəqin halallıq verərlər. Mən onlara halallıq verirəm. Çoxları yazır ki, "Qarabağ"dan pula görə getmişəm. Ancaq belə deyil. Sırf oynamaq istədiyim üçün doğma komandamı tərk etdim. Düzdür, bəzən əsas heyətdə də çıxış etmək edirdim. Ancaq mən meydanda daha çox olmaq istəyirəm. Oynamayanda özümü pis hiss edirəm. Xarakterim bu cürdür.
- Düşünürsən ki, artıq ehtiyatda qalan vaxtın deyil?
- Yaşın fərqi yoxdur. Uşaqlıqdan beləyəm. Hətta 32-33 yaşımda da daima meydanda olmaq istəyərəm. Qarşıma məqsəd qoymuşam ki, oynamalıyam. Daim meydanda ola biləcəyin bir klubda çıxış etməlisən.
- Azarkeşlər "Qarabağ"dan getməyini qəbul edə bilmirdi. Onlara sözün nədir?
- Sağ olsunlar. Onlara minnətdaram. Mənə dəyər verdikləri üçün sevinirəm. Yəqin komandaya müyyən qədər xeyrim dəyib ki, azarkeşlər gedişimi istəmədilər. Həm də ağdamlı olduğum üçün "Qarabağ"dan ayrılmağımı istəmirdilər. Ancaq onlara sözüm odur ki, futbolda belə şeylər olur. Neyləyə bilərik...
- Onlar Vüqar Nadirovu bir gün yenidən "Qarabağ"da görə bilərlər?
- Əlbəttə. Niyə də olmasın? Futbolçu həyatı belədir.
- Xeyli müddətdir ki, avrokuboklarda mübarizə aparan, Premyer Liqada çempionluğa ən iddialı komanda olan "Qarabağ"da çıxış edirdin. "Xəzər Lənkəran" necə, əvvəlki gücünü qaytara biləcək?
- Əlimizdən gələni edəcəyik ki, "Xəzər Lənkəran"ı əvvəlki günlərinə qaytaraq. Çoxsaylı azarkeşləri sevindirməliyik. Düzdür, xeyli vaxtdır, "Xəzər Lənkəran" nəticə qazana bilmir, ancaq çalışacağıq ki, kollektiv şəkildə bu çətinlikləri aradan qaldıraq. Heyətə yaxşı futbolçular cəlb olunub. Tədricən komanda əvvəlki gücünü qaytaracaq.
- "Qarabağ"a qarşı oyunlar sənin üçün çətin olacaqmı?
- Əlbətdə, çətin olacaq. Uzun illər "Qarabağ"ın şərəfini qorumuşam. Sabiq komandama qol vuranda pis olacam.
Mənbə: qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























