8 Noyabr 2026, Bazar günü
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

"Xəzər Lənkəran" Avroliqada!

Bu il Azərbaycanı Avropa Liqasında təmsil edəcək sonuncu, üçüncü iştirakçı müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, bu, Premyer Liqanın “Qəbələ” - “Neftçi” qarşılaşmasından sonra bəlli olub. 1:1 hesablı nəticədən sonra “Neftçi”nin Premyer Liqanın bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirməsi səbəbindən “Xəzər Lənkəran”ın da bu il avrokuboklarda iştirak edəcəyi dəqiqləşib. “Neftçi” və “Xəzər Lənkəran” Azərbaycan kubokunun finalında üz-üzə gələcəklər. Finalda “Xəzər Lənkəran” hətta uduzsa belə, “Neftçi” çempion olduğu üçün Avroliqaya kubokun qalibi qismində məhz Cənub təmsilçisi gedəcək.

Beləliklə, 2013/14-cü il mövsümündə avrokuboklarda Azərbaycan “Neftçi”i (Çempionlar Liqasında), “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” (hər üçü Avropa Liqasında) təmsil edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30