15 Dekabr 2025, Bazar ertəsi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”
Tahir Gözel Əkbərlə görüşdü
Azər Bağırovdan qələbə şərhi

Ölkə futbolu

Fariz Nəcəfov: “İndidən Avroliqaya vəsiqə qazandığımızı söyləmək olmaz”

“Çətin oyun alındı. Komandamız yaxşı oynadı. Layiqli qələbə qazandığımızı düşünürəm”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

“Neftçi” üzərində qələbəni şərh edən klub rəsmisi, hələ ki avrokuboklara vəsiqəni təmin etmədiklərini bildirib: “Bu qələbə şansımızı artırdı. Lakin indidən Avroliqaya vəsiqəni qazandığımızı söyləmək olmaz. Qarşıda hələ oyunlarımız var”.

Fariz Nəcəfov bürünc medala sahib çıxmaq şanslarının özlərindən asılı olmadığını qeyd edib: “Biz oyunumuzu oynayırıq. Qarşıdakı görüşlərdə də qələbə seriyamızı davam etdirməyə çalışmalıyıq. Amma bürünc medalı qazanmaq tək bizdən asılı deyil. Bunun üçün “Neftçi” xal itirməldir”.

Nəcəfov mövsümü başa çatdıqdan sonra heyətdə dəyişikliklər olacağını vurğulayıb: “Təbii ki, avrokuboklar öncəsi komandada dəyişikliklər olacaq. Transfer çalışmalarımız davam edir. İnanıram ki, avrokuboklara vəsiqə qazansaq, bu dəfə daha yaxşı çıxış edəcəyik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31