24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Qurban Qurbanov: “Ən vacib qələbələrimizdən birini qazandıq”

“Ən vacib qələbələrimizdən birini qazandıq. Düzdür, çox çətin oldu, oyunçular çox əziyyət çəkdilər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov mikrozədələrə görə narahat olduğunu bildirib: “Simurq”a qarşı oynamaq həm xoşdur, həm də ağırdır. Mövsümün sonuna doğru getdikcə mikrozədələr çoxalır. Bu amil bizi narahat edir. Ehtiyat oyunçularımızın sayı o qədər də çox deyil. Hər bir oyun, hər bir xal bizim üçün çox vacibdir. Hələ ki Zaqataladayıq.  Burada kubokun cavab oyununa hazırlaşacağıq. Bizi qarşıda yenə ağır oyun gözləyir. Yeri gəlmişkən, hər bir zaqatalalı azarkeşi salamlayıram, onlara təşəkkür edirəm”.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31