Ölkə futbolu
Elxan Məmmədov: “Milli üzvlərinə mükafatı təkcə qələbəyə görə vermirik”
AFFA-nın baş katibi Elxan Məmmədov Futbolxeber.az saytına müsahibə verib.
“O ÖZÜ DƏ SƏBİRSİZLİKLƏ FİFA-NIN CAVABINI GÖZLƏYİR”
- Milli komandamızın iyun ayında yoxlama oyunu çərçivəsində Serbiya ilə qarşılaşacağını artıq əminliklə söyləmək olar?
- Hazırda Serbiya federasiyası ilə danışıqları davam etdiririk. Tezliklə məsələ yekunlaşacaq. Müəyyən məsələlər var. Bura yayım, oyunun Avstriyanın hansı şəhərində keçirilməsi və s. daxildir. Bir sözlə, danışıqlar gedir. Düşünürəm ki, 1 həftə ərzində məsələ yekunlaşacaq.
- Xərclər barədə məsələ müzakirə olunub?
- Bu barədə artıq razılışmışıq. Hərə öz xərcini ödəyəcək. Həmin vaxt bizim kimi Serbiya yığması da Avstriyada təlim-məşq toplanışında olacaq. Bizim üçün də belə rahat olacaq. Oynayıb, oradan da Norveçə yollanacağıq.
- Əsas milli kimi U-21 yığması da Avstriyaya təlim-məşq toplanışına yollanacaq. Bu komanda üçün də rəqib axtarılır?
- U-21-in Çexiya yığması ilə qarşılaşacağı gözlənilir. Hazırda danışıqlar gedir. Başqa heç bir komanda ilə danışıq aparmamışıq. Yəqin k, 1 həftə ərzində Çexiyadan müsbət cavab alacağıq.
- Pavel Paşayevlə bağlı FİFA-ya etdiyiniz müraciətə nə vaxt cavab veriləcək?
- Məncə, növbəti 5 gündə müvafiq qərar qəbul ediləcək. Bildiyiniz kimi, son günlər Avropada bayramlar idi. Biz bütün sənədləri göndərmişik. Böyük ümidlə FİFA-dan cavab gözləyirik. Paşayevin özü də səbirsizliklə cavabı gözləyir. Onunla mütəmadi olaraq danışırıq.
“BUNA GÖRƏ NİKOLAY ADAMA XÜSUSİ MİNNƏTDARLIQ MƏKTUBU GÖNDƏRƏCƏYƏM”
- U-19-un yeni baş məşqçisinin adı nə vaxt açıqlanacaq?
- Hələ bu haqda yekun qərar qəbul edilməyib. Məşçilər Komitəsi bizə namizədlərin adını təqdim edib. Siyahıda yalnız yerli mütəxəssisilərin adıdır. Biz də həmin siyahını rəhbərliyə təqdim etmişik. Hazırda cavab gözləyirik.
- U-17-nin sabiq baş məşqçisi Mirbağır İsayevin adı həmin siyahıda var?
- Yox, onun adı namizədlər arasında yoxdu.
- Adamın köməkçiləri olan yerli mütəxəssilərin taleyi necə olacaq? Onlar komandada qalacaqlar, yoxsa bu, yeni gələcək baş məşqçidən asılıdır?
- Bütün məşqçilər korpusu ilə müqavilə dayandırılıb. Yeni məşqçi təyin olunduqdan sonra o, öz köməkçilərini seçəcək. Sevindirici haldır ki, Adam köməkçisi Etibar İbrahimovu özü ilə birgə Hindistana aparıb. Buna görə də Adama xüsusi minnətdarlıq məktubu göndərəcəyəm. Sağ olsun ki, azərbaycanlı mütəxəssisi özü ilə birgə xaricə aparıb, onun təcrübə qazanmasına yardımçı olur.
“QARABAĞ”DA DA MÜŞAHİDƏ ŞURASI YARADILACAQ”
- İcraiyyə Komitəsi klublarda Müşahidə Şurasının yaradılması haqda qərar qəbul edib. Lakin “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bu günlərdə mətbuata açıqlamasında bildirib ki, Ağdam klubunda belə bir şuraya ehtiyac yoxdur. Bu, nə dərəcədə düzgündür?
- İcraiyyə Komitəsində qəbul olunan qərar şərtdi, mütləqdi. Məncə, “Qarabağ”da da Müşahidə Şurası yaradılacaq. “Qarabağ” rəsmiləri bir neçə ay əvvəl bizimlə əlaqə saxlayıb, bu işin formatını soruşublar. Ola bilər, Tahir bəy şuranın təcili olaraq yaradılmasını düşünmür. Amma planlarında bu var.
- Əsas və U-21 millisinin təlim-məşq toplanışı iyunun 2-də start götürəcək. Ölkə kubokunun finalı isə iyunun 3-də olacaq. Buna görə kubokun finalının vaxtı dəyişdiriləcək?
- Yox, buna ehtiyac yoxdur. Çünki rəsmi oyunla kubokun finalı arasındakı vaxt böyükdür. Komandalar nəzərdə tutulduğu kimi, iyunun 2-də Avstriyaya yollanacaqlar. Finalda çıxış edən klubların üzvləri isə daha sonra Avstriyaya üz tutacaqlar.
- Malta ilə oyundan sonra çox rəqəmlər səsləndi. Bəlkə milli üzvlərinin konkret nə qədər mükafat aldığını açıqlayasız və bununla da söhbətə nöqtə qoyula?
- Burada söhbət mükafatdan yox, ümumi sistemdən gedir. Daha əvvəl demişik, yenə də təkrar edirəm - futbolçular AFFA-dan maaş almırlar. Onların millidə oynamaqdan başqa maliyyə stimulu da olmalıdır. Mən 6 ildir AFFA-dayam. Bu müddətdə heç bir futbolçu oyundan öncə gəlib, mükafat barədə danışmayıb. Elə olub ki, oyundan sonra soruşublar, amma əvvəldən yox. Mükafat məsələsi bütün dünyada var. Malta ilə oyuna görə konkret məbləğ deyə bilmərəm. Nəzərə almaq lazımdır ki, komanda üzvləri təlim-məşq toplanışında özlərini yaxşı tərəfdən göstəriblərsə, sonra da 3 xal qazanıblarsa, mükafat almalıdırlar. Komanda üzvləri axırıncı dəfə 2 il əvvəl mükafat almışdlar. Biz mükafatı qələbəyə görə yox, futbolçuların maaş almamasına görə veririk.
"İDMAN MEDİASI NÖVBƏTİ İLLƏRDƏ İNKİŞAF ETMƏLİDİR Kİ..."
- Bir müddət əvvəl “Jurnalistlər Komitəsini yaratmağı düşünürük” demişdiniz. Həmin açıqlama xeyli müzakirələrə yol açdı. Həmin fikirdə qalırsız?
- Media Komitəsinin yaradılması gündəmdədir. AFFA-nın təşəbbüsü ilə son 6 ayda 2 komitə yaratmışıq. Əminliklə deyə bilərəm ki, bunun faydasını görürük. Media Komitəsinin yaradılması da vacibdi. Bu qurum 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində olmalıdı. İdman mediası növbəti illərdə inkişaf etməlidir ki, Avropanın aparıcı ölkələri ilə rəqabət apara bilsin.
- Bəs komitənin strukturu, orada yer alacaq şəxslərin kimliyi necə müəyyənləşdiriləcək?
-Strukturu düşünürük. 2 dəfə AFFA-nın nəzdində bununla bağlı öz aramızda iclas keçirmişik, danışıb, söhbət etmişik. Amma konkret yekun nəticə əldə olunmayıb. Beynəlxalq təcrübədən yararlanmağımız da mütləqdi.
- Bir sözlə, komitənin yaradılcağaı mütləqdir?
- Bəli, Media Komitəsini mütləq yaradacağıq. Bunu istəyirik. Bu komitə mətbuatın inkişafına da təkan ola bilər.
- AFFA-nın Hesabat Konfransında qeyd etdiniz ki, tezliklə yeni dövlət proqramı hazır olacaq. Bu məsələdə yenilik var?
- Dövlət proqramı hazırlanır. 2 ay ərzində tam hazır olacaq. Əvvəldən deyilmişdi ki, bunun üçün 5 ay vaxt lazımdı. Həmin müddətin 3 ayı artıq geridə qalıb. Biz proqramı hazırlayıb, İcraiyyə Komitəsinə təqdim edəcəyik. Komitənin bəzi üzvlərini dəvət edəcəyik ki, onunla tanış olub, öz fikirlərini desinlər. Sonda isə həmin proqramı dövlətə təqdim edəcəyik.
"CAHANGİR HACIYEV ƏN AZI 1 İL İCRAİYYƏ KOMİTƏSİNİN ÜZVÜ KİMİ QALACAQ"
- Cahangir Hacıyevin Beynəlxalq Bankdan gedişi onun İcraiyyə Komitəsindəki yerinə təsir göstərəcək?
- Hələlik yox. O, hazırda komitənin üzvüdür. Komitəyə seçki gələn il olacaq. Həmin müddətə kimi Canahgir Hacıyev İcraiyy Komitəsnin üzvü kimi qalacaq. “İnter”in prezidenti Georgi Nikolovla bu həftə görüşümüz olacaq. Buna kimi onunla telefonla danışıb, klubdakı vəziyyətlə maraqlanmışam. Mənə deyib ki, hər şey qaydasındadır. Amma görüşmək yaxşı olardı.
- Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında çimərlik futbolu üzrə milli komandamız da mübarizə aparacaq. Həmin komandanın qarşısında hansı vəzifə qoyulacaq?
- Məqsəd ilk “üçlüy”ə düşməkdir. Turnirdə güclü komandalar mübarizə aparacaq. Rusiya dünya, İspaniya Avropa çempionudu və s. Bununla belə, maraqlı mübarizə alınacaq. Düşünürəm ki, çimərlik futbolu Avropa Oyunlarında ən baxımlı idman növü olacaq.
- Komandamızın yer aldığı qrup da münasibdir.
- Bəli, münasibətdir. Digər tərəfdən də sevindirici haldır ki, komandada yer alan 12 nəfərin hamısı yerli oyunçulardı, legionerlər yoxdu.
- Yığma üzvləri ilə görüşünüz nəzərdə tutulub?
- May ayında görüşəcəyik. Buna kimi komanda təlim-məşq toplanışında olacaq. Mayın ikinci həftəsində görüşüb, ətraflı söhbət edəcəyik. Komanda bilməlidir ki, məqsəd Avropa Oyunlarında ilk “üçlüy”ə düşməkdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
24.10.2026
23.10.2026
22.10.2026
























