11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

Kaxaber Sxadadze: “Gizlətmirəm, Azərbaycanı çempion kimi tərk etmək istəyirəm”

“İlk növbədə onu deyim ki, “İnter”də çalışdığım müddətdə Gürcüstan millisi haqda çox danışmaq istəmirəm. Hazırda “İnter”dəyəm və məni bu komandanın uğurları maraqlandırır. Hər kəs bilsin ki, mən yüz yox, min faiz bütün fikrimi yalnız “İnter”in uğurları üçün sərf edirəm. Gürcüstan millisi haqda isə yaydan etibarən danışa bilərik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Futbolxeber.az saytının əməkdaşının “Yayda “İnter”dən ayrılacaqsınız. Xələfiniz qismində gördüyünüz məşqçi var” sualını Sxadadze belə cavablandırıb: “İndidən bu barədə heç nə deyə bilmərəm. Həm də burada ad rol oynamır. Əsas odur ki, gələn məşqçi hazırki sistemi dağıtmasın. 5 il ərzində biz “İnter”də müəyyəm sistem qurmuşuq və geridə qalan müddətdə sistem özünü doğruldub. Komanda hər mövsüm demək olar ki, nəticə verir. Odur ki, yeni gələn məşqçinin də bu sistemlə çalışmalı olduğunu düşünürəm. Əgər hazır və uğurlu sistem varsa, nəyə görə hər şeyə sıfırdan başlanılmalıdır?”

Gürcü mütəxəssis ölkəmizi çempion kimi tərk etmək istəyini gizlətməyib: “Gizlətmirəm, Azərbaycanı çempion kimi tərk etmək istəyirəm. Amma bu, təkcə gedişimlə bağlı deyil. Azərbaycandan getməyim heç nəyi dəyişmir. Vəziyyət fərqli olsaydı da, məqsədimiz yalnız çempionluq olacaqdı. Gedib, qalmağımdan asılı olmayaraq Azərbaycanda növbəti dəfə çempion olmaq istəyirəm”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31