11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

Roman Qriqorçuk: “Qarşımızdakı çətin vəzifə avrokuboklara vəsiqə qazanmaqdır”

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ” sonuncu yoxlama oyununda Türkmənistanın “Altın Asır” klubu ilə (3:3) qarşılaşıb. Futbolxeber.az-ın məlumatına görə, Asiya təmsilçisi ilə görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk hazırlıq prosesi və yoxlama oyunu haqda fikirlərini bölüşüb. Ukraynalı mütəxəssisin fikirlərini təqdim edirik: “Sonuncu yoxlama oyunumuzun ssenarisi bizim üçün bir az uğursuz oldu. Oyunun ilk hissəsində xeyli qol imkanlarını qaçırdığımızdan, matç başqa məcrada davam etdi. Nəticədə çətin vəziyyətə, hesabda iki top geriyə düşdük. Komandamın məhz belə durumda özünü necə göstərməsi mənə maraqlı idi. Hesabdakı geriliyi aradan qaldıra bilməyimiz xarakterin olduğunu göstərir. Bu isə çox vacib amildir. Fasilədən sonra rəqibi tam üstələdik. Futbolçuların ikinci hissədə əzmkarlıq göstərmələri nəticəsində məğlubiyyətdən qaça bildik. Məhz ikinci hissəyə əsasən məndə yaxşı təəssürat qaldı”.

Ukraynalı mütəxəssis mövsümün ikinci yarısında “qırmızı-qaralar”ın qarşısında duran məqsəd haqda da danışıb: “Biz indidən heç nəyi proqnozlaşdıra bilmərik. Qarşımızdakı çətin vəzifə avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçünsə turnir cədvəlində irəliləməliyik. Avropa Liqasına düşmək üçün 10 xallıq fərqi aradan qaldırmalıyıq. Bu isə heç də asan iş deyil. Ancaq qarşımıza qoyduğumuz bu çətin vəzifəni həll etməliyik”.

 


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31