2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Robert Prosineçki: “Rəqib qismində milli komanda tapa bilməsək, klubla üz-üzə gələcəyik”

“İki həftə Antalyada olduq və mümkün olduğu qədər oyunları izlədim. Baxa bilmədiyim oyunlara köməkçilərim tamaşa etdi. Komandaların hazırlığından razı qaldım. Millinin oyunçularında nə çatışmırsa, onların üzərində təlim-məşq toplanışında çalışacağıq”. Futbolxeber.az-ın Antalyaya ezam olunmuş əməkdaşına verdiyi açıqlamada bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat mütəxəssis milliyə namizəd olan futbolçuların çatışmazlıqları haqda geniş danışmaq istəməyib: “Çatışmazlıqlar haqda geniş danışmaq istəmirəm. Belə götürdükdə gördüklərimin çoxundan razı qalmışam. Tez-tez top itkisi baş verir, eləcə də bəzi futbolçular topu itirdikdən sonra həvəsdən düşürlər. Bütün bunları da millinin toplanışı zamanı aradan qaldırmağa cəhd edəcəyik”.

Milli komandamızın çalışdırıcısı yığmamızın fevraldakı təlim-məşq toplanışında Rusiyanın “Krasnodar” klubu ilə üz-üzə gələcəyi haqda yayılan xəbərlərə də münasibət bildirib: “Axtarışlar davam edir. Hələ ki heç nə dəqiqləşməyib. Amma rəqib qismində milli komanda tapa bilməsək, klubla üz-üzə gələcəyik”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31