17 Avqust 2026, Bazar ertəsi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi
"Neftçi" və "Zirə" qələbə qazandı
Zubir “Qarabağ”dan getdi

Ölkə futbolu

Ruslan Əmircanov: “Buraxılan qola görə təkcə Ruslan Abışovu günahlandırmaq olmaz”

“Belə güclü rəqiblə oynamağımız müsbət haldı. “Kuban” Rusiyada ən güclü klublardan biridir. Baş məşqçimiz də güclü klublarla oynamağımızın tərəfdarıdır. Çünki belə olan halda əzif və güclü tərəflərimizi daha dəqiq öyrənirik”. Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına verdiyi açıqlamada bu sözləri “Qəbələ”nin üzvü Ruslan Əmircanov deyib.

Bu gün “Kuban”a 0:2 hesabı ilə uduzduqları oyun barədə danışan Əmircanov, yenilgidə müdafiədəki səhvlərin böyük rol oynadığını bildirib: “Özünüz də gördünüz ki, “Kuban” hər iki qolu müdafiədəki səhvlərimizdən sonra vurdu. Rəqibin bizdən tam üstün olduğunu söyləmək çətindir. İlk qolda ani diqqətsizlik yarandı. İkinci qolda isə Ruslan Abışovun səhvi oldu. Amma səhvə görə təkcə onu günahlandırmaq olmaz. Səhv də hamının günahı var”.

“Qəbələ”nin üzvü meydana yorğun çıxdıqlarını bildirib: “Baş məşqçimiz hər oyundan sonra səhvləri analiz edir, çatışmayan cəhətlərimizi deyir. Bir qədər komandada yorğunluq var. Amma bu da normal haldır. Yorğun ola-ola da meydanda mübarizə aparmalıyıq. Çempionatın ikinci yarısının startına müəyyən vaxta var. Həmin müddətə kimi komanda ideal duruma çatacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31