Ölkə futbolu
"Bu mövsüm Avroliqanın qrup mərhələsinin oyunlarına təyinat alacağımı gözləyirdim”
FİFA referisi Əliyar Ağayev Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.
- Artıq 10 gündür ki, Antalyada təlim-məşq toplanışındasız. Geridə qalan müddətdə hazırlıq prosesini necə dəyərləndirə bilərsiz?
- Yayda və qışda hazırlıq prosesi keçməyimiz artıq ənənə halını alıb. Müsbət haldır ki, klublar kimi hakimlər də Antalyada mövsümün ikinci yarısına hazırlıq keçir. Bilirik ki, qarşıda bizi həlledici mərhələ gözləyir. Ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların adları, çempionun kimliyi məhz bu mərhələdə müəyyənləşəcək. Buna görə ciddi hazırlıq keçirik. Gündə 2 dəfə fiziki hazırlıqlarımız olur. Həmçinin çempionatın ilk iki dövrəsində, eləcə də burada idarə etdiyimiz yoxlama oyunlarındakı səhvlər müzakirə olunur. Mövqe səhvləri üzərində işləyirik. Çalışırıq ki, mövsümün qarşıdakı hissəsində səhvimiz olmasın.
- Gördüyümüz qədəri ilə burada çox sıx qrafikdə çalışırsız. Səhər dəniz kənarında məşqlərə başlayarsız, kiçik fasilələri nəzərə almasaq, 22:30-da hazırlığa son qoyursuz. Qrafikin bu qədər sıx olması yorğunluğa səbəb olmur?
- Təbii ki yorğunluq olur. Desəm olmur, yalançı çıxaram. Amma nəzərə almaq lazımdır ki, toplanış qısa müddətlidir. 2 həftə ərzində hazırlıq keçirik. Bu müddətdə biz mövsümün ikinci yarısı üçün baza yığırıq. Ona görə də qrafikin sıxlığını problemə çevirmirik. Müvəqqəti haldı. 14 günün hamısını da işləmirik. 6 gündən sonra fasilə oldu. Qrafikimiz sıx olsa da, bilirik ki, bu bizim xeyrimizədir.
- Bu gün (söhbət dünən olub-red.) ÇSKA (Sofiya) - “Metallist”, daha əvvəl “Dinamo” (Moskva) - “Ludoqorets” matçını idarə etmişdiniz. Təbii ki, bu komandaların gücü hər kəsə bəllidir. Belə komandaların oyununu idarə etdikdən sonra hakim də öz gücünü bilir. Etdiyiniz idarəçiliyə əsasən özünüzü mövsümün ikinci yarısına hazır sayırsı?
- “Dinamo” - “Ludoqorets” oyunu çox maraqlı alındı. Hər iki komanda əsas heyətlə mübarizə aparırdı. Düzdür, müəyyən qədər kiçik səhvlərimiz oldu. Daha sonra həmin səhvləri birgə müzakirə etdik və bugünkü oyunda da çalışırdım ki, həmin səhvləri təkrar etməyim. Şükürlər olsun ki, bu gün də idarəçiliyimiz istədiyimiz kimi alındı. Hər deyilən səhvi qeyd edirik. Çalışırıq ki, tezliklə aradan qaldıraq və çempionata qədər tam hazır olaq.
- Güclü klublarla yanaşı, bəzən aşağı liqa təmsilçilərinin də oyunlarını idarə edirsiz. Rəqibin adının hakim üçün fərqi olurmu? Yaxud da aşağı liqa təmsilçilərinin oyununa çıxarkən komandaların adları motivasiyaya təsir edirmi?
- Peşəkar hakim üçün komandanın adı heç bir əhəmiyyət kəsb etməməlidir. Burada elə olur ki, Türkiyənin aşağı liqa klublarının oyunlarına təyinat alırıq. Amma onların oyununu idarə etmək daha çətin olur. Çünki bu zaman meydanın hər qarışı uğrunda gərgin mübarizə gedir. Kobudluğa daha çox meyl olur. Belə oyunlarda daha diqqətli olmaq lazımdı. Əgər oyunu 1 saniyəlik əldən buraxsan, sonra yığışdırmaq çətin olacaq.
- Artıq 3 gündür ki, FİFA təlimatçısı Aleksey Spirin hakimlərin nəzəri məşğələlərində iştirak edir. Spirinin məşğələlərdə iştirakı sizə nə qazandırır?
- Yeni materiallar var ki, onlar hələ rəsmi şəkildə təqdim olunmayıblar. Son dünya çempionatında hakimlərin hazırlıq prosesində istifadə olunan rolikləri izləyirik. Amma Spirinin təqdim etdiyi materiallar arasında elələri də var ki, biz onlara əvvəldən sahib idik. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova minnətdaram ki, hakimlərin inkişafı üçün əlindən gələni edir. Həmin materiallar artıq Azərbaycan dilinə tərcümə edilib.
- Hakimlərlə söhbətində eşitdik ki, Spirin referilərin spreydən istifadəsinə qarşıdır. Spreydən istifadə edən bir hakim kimi siz bu haqda hansı fikirdəsiz?
- Spirin mütəxəssis olaraq tək sprey yox, ümumiyyətlə texnologiyaya qarşıdı. O, hakimlərin qulaq mikrafonundan istifadəsinin də əleyhinədir. Deyir ki, texnologiyaya görə baş hakim məsuliyyəti üzərindən atır. Üstəlik, spreyin vaxt itkisinə səbəb olduğunu bildirir. Lakin mən fərqli düşünürəm. Sprey köməkçi vasitədir. Bəli, 15-20 saniyə vaxt itkisi ola bilər. Amma ümumən faydalıdı. Spreylə xətt çəkdikdən sonra futbolçular irəli çıxa bilmirlər. Həmçinin bu halda cərimə zərbəsini ustalıqla yerinə yetirən futbolçuların da işi nisbətən asan olur.
- Mövsümün ikinci yarısının daha gərgin keçəcəyi bəllidir. Uğursuzluq olduqda isə baş məşqçilər ilk növbədə günahı hakimlərdə axtaracaqlar. Hakimlər bu təzyiqə hazırdır?
- Bu məqam bizə təzyiq göstərmir. Düzdü, biz də çalışırıq ki, heç bir komandaya elə bəhanə verməyək. Bu mərhələdə işimizə daha ciddi yanaşmalıyıq. Diqqətli olmalıyıq ki, heç bir komandanın haqqını tapdalamayaq. Onsuz da mövsümün əvvəlindən məqsədimiz elə budur. Çempionat başlayanda səhvlər oldu. Bunu danmaq olmaz. Bu da yay təlim-məşq toplanışında idarə etdiyimiz oyunlarının sayının az olması ilə əlaqədardı. Hazırda isə vəziyyət fərqlidir. Hər hakim Anlatyada minimum 3-4 oyun idarə edir. Həm də səbəbini bilməsəm də, faktdır ki biz mövsümün ikinci yarısında birinciyə nisbətən daha yaxşı idarəçiliklə seçilirik.
- Ən gənc FİFA referilərindən birisiz. Ölkə xaricində idarə etdiyiniz oyunlar zamanı yaşınızla əlaqədar sizə qarşı münasibət necə olur?
- Hər dəfə ölkə xaricinə oyuna gedəndə hakim-inspektorlar, UEFA nümayəndələri yaşımızı eşidəndə təəccüblənirlər. Lakin biz də çalışırıq öz idarəçiliyimizlə sübut edək ki, Azərbaycanda hakimlik ənənləri olub və bu gün də var.
- Azərbaycanlı hakimlər siz də daxil olmaqla avrokuboklarda yalnız təsnifat mərhələnin oyunlarına təyinat alırlar. Hakimlərimizin daha yüksək səviyyəli oyunlara təyinat almamasının konkret səbəbini nədə görürsüz?
- Konkret səbəb tapmaq çətindi. UEFA-nın Hakimlər Komitəsi bunu daha dəqiq bilər. Onu da deyim ki, bu il Avroliqanın qrup mərhələsində 5 və ya 6-cı turda təyinat alacağımı gözləyirdim. Bəzən UEFA ikinci qrupda yer alan gənc hakimlərə birtərəfli, yəni nəticəsi qrupdakı vəziyyət baxımından heç nəyi həll etməyən oyunlara göndərir. Lakin mənə dəvət gəlmədi. Nə etmək olar, qismət deyildi. Hərdən də düşünürəm ki, bu, yaşdan irəli gəlir. Yəqin daha da püxtələşməyimizi gözləyirlər. Yaxın gələcək üçün əsas məqsədimiz avrokubokların qrup mərhələsində oyun idarə etmək və Elit Qrupa yüksəlməkdir.
- Bəlkə də bu sualım birbaşa sizə aid deyil, bununla belə üzdə olan hakim kimi fikriniz maraqlıdır. Biz, azərbaycanlı hakimləri Avropa və ya Dünya çempionatının final mərhələsində nə vaxt görəcəyik?
- Hər şey insanın özündən asılıdır. Daim inkişaf etməliyik. Digər tərəfdən isə demək bəlkə də asan gəlir. Amma nəzər almaq lazımdır ki, həmin turnirlərdə oyun idarə etmək üçün üçün ilk növbədə Elit Qrupda olmalısan. Ora yüksəlmək də asan deyil. Mən 3 ildi FİFA hakimi adını daşıyıram və 3 il ərzində Elit Qrupa yüksəlmək mümkün deyil. İlk növbədə kateqoriyanı yeniləmək lazımdır. Oradakı idarəçilikdən də çox şey asılıdır. Dərhal heç kimə önəmli təyinatlar vermirlər. Bunun üçün püxtələşmək lazımdı. Odur ki, indidən dəqiq tarix demək olmaz. Bunu heç deyə də bilmərəm. Biz də çalışırıq ki, yaxın gələcəkdə ən azı Avropa çempionatlarının oyunlarında hakimlik edək.
- AVRO-2020-də azərbaycanlı hakim görə biləcəyik?
- Məqsəd də elə odur. Çox istəyirik ki, həmin qitə birinciliyində həm yığmamız, həm də hakimimiz olsun. Bu, çox sevindirici olardı. Kim düşür, düşsün. Fərq etməz. Mən və ya digərinin olması önəmli deyil. Burada ad rol oynamır, məqsəd Azərbaycan hakimliyinin irəli getməsidir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
-
16:41
"Avropa çempionatında inamı doğruldub növbəti mərhələyə yüksəlmək istəyirik"
-
16:17
"İmişli"də ayrılıq
-
15:54
"Beşiktaş" və "Fənərbaxça" millimizin üzvləri ilə müqaviləni yenilədi
-
15:33
"Sumqayıt"ın kapitanı 5 ay sonra yaşıl meydanlara qayıdacaq
-
15:08
"Gəncə" onunla müqavilə imzaladı
-
14:45
"Tvente" ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb
-
14:26
Cüdoçularımız İspaniya Supekubokunda 2 qızıl medal qazanıblar
-
13:52
PFL Zubirə təşəkkür etdi
-
13:31
“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci
-
13:19
"Neftçi" millinin üzvünü transfer edib
-
13:00
Ruan Renato 100-ə çatdı
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
-
12:24
"Sumqayıt" üçün üzücü yubiley
-
12:03
“Neftçi”nin 25 il gözlədiyi start
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:15
Fransa Superkubokunu "Lans" qazandı VİDEO
-
10:56
Anje Mutsinzi: “Hər oyuna 3 xal üçün çıxacağıq”
-
10:22
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı
-
10:09
Rüfət Abdullazadənin komandası finaldan kənarda qaldı
-
09:51
AFFA öz ampluasında: Millinin 0:13 hesablı məğlubiyyəti gizlədilir
-
09:34
Nəriman Axundzadə Superliqada debüt etdi
-
09:17
"Zirə" "Şəfa"ya şans tanımadı VİDEO
-
09:00
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
-
08:45
"Qarabağ" "Şamaxı"ya qarşı
-
23:52
Rəşad Sadıqovdan qələbə şərhi
-
22:54
"Neftçi" və "Zirə" qələbə qazandı
-
22:47
"Sumqayıt" - "Neftçi" matçında 4 qol VİDEO
-
22:11
Filipe Kandido: “Sumqayıt”a nələrisə bəhanə etmək üçün gəlməmişəm”
-
21:35
Vernidub: “Pulu öz əziyyəti ilə qazanmağı üstün tutanları gətirmək arzusundayıq”
-
20:00
“Zirə” - “Şəfa”: Heyətlər
-
19:28
Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
-
19:19
“Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
-
18:56
“Tvente” “Qarabağ”dan oyundan öncə qələbə qazandı
-
18:33
Millimizin futbolçuları Türkiyə klubu ilə müqaviləni yenilədi
-
18:07
“Sumqayıt” - “Neftçi”: Heyətlər açıqlandı
-
17:25
"Sabah" - "Hapoel" oyununun biletləri satışa çıxarıldı
-
15:12
Zubirdən vida mesajı: “İnanılmaz sevgiyə görə təşəkkür edirəm”
-
14:44
İki boksçumuz Avropa çempionatının 1/4 finalında
-
14:31
Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib
-
14:00
Zubir “Qarabağ”dan getdi
-
13:29
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
-
12:18
Şose velosipedi üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:37
"Hapoel Beer-Şeva" "Sabah"la oyundan əvvəl darmadağın oldu VİDEO
-
11:03
"Ayaks"ın vingeri PSJ-yə keçdi
-
10:45
Salah debüt etdi, "Trabzonspor" büdrədi VİDEO
-
10:22
Millimizin üzvü Macarıstan qol hesabını açdı
-
10:04
"Fənərbaxça" mövsümə məğlubiyyətlə başladı VİDEO
-
09:51
Toral “Bursaspor”da növbəti oyuna çıxdı
-
22:43
"Sabah" "Kəpəz”i məğlub etdi
17.08.2026
16.08.2026
15.08.2026
























