Ölkə futbolu
Şahin Diniyev: “Məşqçilər Komitəsinin işi milliyə oyunçu təklif etmək deyil”
Milli komandamızın sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.
- Artıq 1 həftədir Antalyadasız. Bu müddətdə əksər komandaların oyunlarını izləmisiz. Ümumi olaraq klubların hazırki durumu barədə nə deyə bilərsiz?
-Antalyada Premyer Liqanın 6 klubu təlim-məşq toplanışındadır. Onların hamısının çıxışlarını izləyirik. Eləcə də 17 və 16 yaşadək futbolçulardan ibarət milli komandamızın çıxışını yaxından təqib edirik. Ayrı-ayrı dəyərləndirməyə gəldikdə, “Qarabağ”ın “Split”lə oyununa baxdıq. Ağdam klubu meydana optimal heyətlə çıxmamışdı. Təlim-məşq toplanışının və yoldaşlıq oyunlarının faydası çoxdur. Burada baş məşqçi istədiyi futbolçunu istənilən mövqedə sınaya bilir. “Xəzər Lənkəran”ın oyununa bu gün baxacağıq. Ayın 23-də isə “Qəbələ”nin “Kuban”la matçına tamaşa edəcəyik. “Simurq”, “İnter”, “Qarabağ” pis təsir bağışlamırlar. Böyük dəyişikliklər olmasa da, müsbətə doğru irəliləyiş var. Ümumiyyətlə, əksər klublarımızın burada olması, güclü rəqiblərlə yoxlama görüşü keçirməsi müsbət məqamdı. Daha əvvəlki kimi kimlə gəldi oynamırıq. “Neftçi”yə gəldikdə isə dünən bu komandanın “Elazığspor”la matçına baxdıq. “Neftçi” qarışıq heyətlə oynadı. Aydın məsələdir ki, baş məşqçi təlim-məşq toplanışında əlinin altında olan bütün futbolçuları sınamaq istəyir. Fiziki cəhətdən normal səviyyəyə gəlib çatıblar. Taktiki cəhətdən komandanın daha yaxşı vəziyyətə gətirilməsi, heyətin qurulması, oyunun alınması üçün isə işlər davam edəcək. Hesaba görə yox, amma oyuna görə “Neftçi” rəqibdən üstün idi.
- “Elazığspor”la oyunda “Neftçi”nin start heyətində 6 gənc yerli futbolçu meydana çıxmışdı. Onların çıxışını bəyəndiniz?
- Start heyətində 6 gənc futbolçunun meydana çıxması müsbət və sevindirici məqamdı. “Neftçi” həmişə milli komanda üçün futbolçu hazırlayıb. Bu baxımdan “Neftçi” və “Qarabağ” Azərbaycanda öndə gedir. Gənclər belə oyunlarda təcrübə qazanırlar. Güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, yaxşı futbolçu kimi formalaşa bilsinlər. Ciddi səhvlər olmadı. Kollektivə uyğunlaşıblar. Amma təcrübə başqa şeydi. Oynadıqca bu da düzələcək.
- Milli komandamızın baş məşqçisi Robert Prosineçki ilə eyni oteldə qalırsız və buna görə də mütəmadi olaraq görüşürsüz. Maraqlıdır, söhbətlər zamanı hansı məsələləri müzakirə edirsiz?
- Hər gün fikir mübadiləsi aparırıq. Hər məşqçinin futbola öz baxışı var. Məşqçilər Komitəsinin işi milliyə oyunçu təklif etmək deyil. Nə də Prosineçkinin işinə müdaxilə etmək fikrimiz var. Hansı köməyə ehtiyacı varsa, biz hazırıq. O nə istəyirsə, dərhal həmin məlumatları təqdim edirik. Hər birimizin bir istəyi var - futbolumuz inkişaf etsin. Uğur da, uğursuzluq da hamımızındır. Dünən oteldə 20 yanvar faciəsini də birgə qeyd etdik. Xarici məşqçilərin dərdimizə şərik çıxması müsbət haldır. Xoş gündə də, matəmdə də biryerdəyik.
- Burada olduğunuz müddətdə klubların düşərgəsinə də baş çəkdiniz. Baş məşqçilərlə görüşünüz zamanı Premyer Liqadakı legior limitini də müzakirə etmisiz. Klublar limitlə bağlı hansı təklif irəli sürüblər?
- 6 klubun da rəhbərliyi və baş məşqçiləri ilə görüşdük. Biz sadəcə onlara qulaq asmışıq. Heç bir fikrə münasibət bildirməmişik. Sadəcə dinləmişik. Yaxşı təklifləri özümüz üçün qeyd etmişik. Hər klub istədiyi təklifi irəli sürüb. Əsas məsələ odur ki, Azərbaycan futbolunu irəli aparmaq üçün nə etmək lazımdı. 2020-ci ildə uğur qazanmaq üçün qarşıdakı 5-6 ildə futbolumuzda ciddi dəyişikliklər olmalıdı.
- Legioner limiti ilə bağlı klubların təklifi necədir?
- Biz görüşlər zamanı təkcə limit məsələsini müzakirə etməmişik. Hər klub öz istədiyi təklifi irəli sürüb. Onlar arasında səmərəliləri də var, Azərbaycan səviyyəsində real olmayanı da. Hazırda böyük sistem, proekt üzərində çalışırıq. İstəyirik ki, burada hər şey əhatə olunsun: uşaq futbolu, milli, klublar və s. Ortaq məxrəcə gəlmək lazımdır. Amma klubun inkişafı üçün onlar təkcə özlərini yox, ümumən futbolumuzun inkişafını düşünməlidirlər.
- Yəqin ki klublar limitin artırılmasının tərəfdarıdırlar...
- Təkliflər müxtəlifdir. Burada söhbət limitin azaldılıb və ya çoxaldılmasından getmir. Başqa problemlər də çoxdu. Nəyisə dəyişmək asandı. Amma elə etmək lazımdır ki, düzgün qərar verilsin. Seçəcəyimiz sistem daimi olmalıdır. Çalışmalıyıq ki, səhvə yol verməyək. Legionerlərin sayının azaldılmasının tərəfdarı olanlar da var. Bu, bizim üçün də gözlənilməzdir. Elə xarici məşqçi var ki, yerlilərin sayının artırılmasının tərəfdarıdır.
- Nəzərdə tutulan dəyişikliklərin Premyer Liqanın yeni mövsümündən etibarən tətbiq olunacağını gözləmək olar?
- Bizim vəzifəmiz bütün fikirləri ümumiləşdirib, rəhbərliyə təqdim etməkdir. Yekun qərarı isə AFFA rəhbərliyi verəcək. Çalışırıq ki, qəbul olunacaq qərar bütün tərəflərə sərf edən olsun. Lakin dediyim kimi, bu məsələdə son nöqtəni AFFA rəhbərliyi qoyacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:53
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
02.10.2026
01.10.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























