9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

“İnter” və Tsxadadzenin “100”ü

Bakının “İnter” klubu Azərbaycan çempionatlarında 100-cü dəfə heç-heçə edib. Futbolxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının “Simurq”la səfər qarşılaşmasında (1:1) 1 xal qazanıb. Bu da ölkə çempionatlarında 407-ci matçına çıxan bakılıların yubiley heç-heçəsi olub. 54 dəfə öz meydanında, 46 dəfə səfərdə 1 xal qazanan “İnter” çempionatda 100 və daha çox heç-heçə edən 5-ci komandadır. “Qarabağ” (153), “Neftçi” (142), “Bakı” (119) və “Turan” (112) daha çox “sülh”lə kifayətlənib.

“Simurq”la qarşılaşma Baçana Tsxadadze üçün də əlamətdar olub. Gürcüstanlı hücumçu paytaxt klubunun heyətində 100-cü çempionat qarşılaşmasına çıxıb. Cari mövsümdə 11 matça 2 qol vuran legioner “100”ə 5-ci mövsümündə çatıb: 2010/11 - 2, 2011/12 - 29 (7), 2012/13  - 29 (8), 2013/14 - 29 (10), 2014/15 - 11 (2). “İnter”də 29 qol vuran Tsxadadze klub tarixində 100 və daha çox çempionat matçı keçirən 10-cu futbolçu olub: Vladimir Levin - 205, Elmar Baxşıyev - 160, Branislav Çervenka - 129, Arif Daşdəmirov - 124, Asif Məmmədov - 121, Elşən Məmmədov - 112, Georgi Lomaya - 110, Zaur Həşimov - 107, Petar Zlatinov - 105, Baçana Sxadadze - 100.

 


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31