Ölkə futbolu
Ceyhun Sultanov: “Futbolçu olmasaydım, konduktor işləyəcəkdim” (Müsahibə)
Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Lent.az-ın “Evin içi” layihəsinin qonağı olub. Futbolxeber.az hazırda “Sumqayıt” klubunun baş meneceri olan keçmiş “10 nömrə”nin müsahibəsini təqdim edir:
- Qonaq qəbul etmək və getməklə aran necədir?
- Qonaqsız ev olmaz. Evdə tək olanda darıxırsan. Başqalarını bilmirəm, mənim evimdə adam az olmur. Anamgilə gəliş-gediş daha çoxdur.
- Çoxdandır anangildən ayrı yaşayırsan?
- 7 il olar. İranda oynayanda ailəm anamgildə qalırdı. Buraya qayıtdıqdan bir müddət sonra isə şəxsi evimə köçdük.
- Futbol adamı olduğundan, yəqin ki, evdən kənarda daha çox olursan...
- Elədir. İşimlə əlaqədar olaraq, evdə çox olmuram. Hələ indi-indi evə yığışmışam. Futbol oynadığım vaxtlarda səfərlərdə tez-tez olurdum deyə, evdə az tapılırdım. Buna görə də, böyük qızım indiyə qədər mənimlə danışanda utanır.
- İşdən azad olduğun, yəni istirahət günlərində vaxtını daha çox harada keçirirsən?
- Onda daha çox evdə, ailəmin içində oluram.
- Ailədən söz düşmüşkən, ailə sənin üçün nə deməkdir?
- Ailəni başqa cür təsəvvür etmək olmaz. Hər kəsə olduğu kimi, mənim üçün də anam, atam, qardaşlarım, həyat yoldaşım və uşaqlarım əvəzolunmazdırlar.
- Bir problemin olanda ailədə kiminlə bölüşürsən? Sirrini daha çox kimə açırsan?
- Böyük qardaşımla çox yaxınam. Mənim nə problemim olursa və ya onun problemi olanda çalışırıq ki, bir-birimizlə bölüşək. Gizli bir şeyimiz yoxdur.
- Bəs kimin məsləhətlərinə daha çox qulaq asırsan?
- Ən böyük səhvim heç kimin məsləhətinə qulaq asmamağımdır. Heç kimi dinləmirəm, buna görə də bəzən axırı yaxşı olmur. İnadam. Daha çox öz fikrimlə oturub-durmağı xoşlayıram.
- İki qız atasısan. Səmimi cavab ver, övladların arasında daha çox hansını istəyirsən?
- Əlbəttə, ikisini də. Balaca qızım Ceyla şıltaq olduğu üçün daha çox onunla ünsiyyətdə oluram. Amma mənim üçün ikisi də eynidir, fərq qoymuram.
- Bizim ailələrdə sonbeşiyə fərq qoyulur. Bilirəm ki, çoxuşaqlı ailədə böyümüsən. Ən balaca qardaşına fərqli münasibət olub ailənizdə? (Yeri gəlmişkən, Ceyhun Sultanovun balaca qardaşı Renat Sultanov da futbol sahəsindədir – T.M)
- Əlbəttə, hiss etmişəm. O sonbeşiyin mənə etdiyini indiyə qədər heç kim etməyib. Onun mənə vurduğu ziyanı heç kim vurmayıb (gülür). Nə olsa da, qardaşımdır, çox istəyirəm.
- Öz övladlarının təcrübəsi ilə daha çox kim məşğul olur?
- Anaları. Çünki mənim vaxtım olmur onların tərbiyəsi ilə məşğul olmağa. İkisi də qız olduğundan, analarına daha yaxındırlar.
- Övladlarına qarşı çox ciddisən?
- Ata kimi balaca qızıma qarşı, hə, ciddiyəm. Amma böyük qızımla yaxın dost kimiyəm.
- Dost demişkən, həyatda dostun çoxdur?
- Dostum 1 nəfərdir, yoldaşım çoxdur. Mənim üçün dost odur ki, pis günümdə də, yaxşı günümdə də yanımda olsun. Əsl dostum 1 nəfərdir ki, uşaqlıqdan indiyə qədər bir yerdəyik. Onunla məktəbdə də, institutda da bir yerdə oxumuşuq. Anar Məmmədovu nəzərdə tuturam. Hətta bir yerdə Vaqif Paşayevin rəhbərliyi altında futbol oynamışıq da. O, futbolla tez vidalaşdı.
- Ətrafındakı insanları özün seçirsən, ya yanında olmaq üçün özlərini “dürtənlər” də var?
- Seçdiyim də var, amma yanımda olmaq üçün çalışanlar da az deyil.
- Seçim edərkən hansı kriteriyalara fikir verirsən?
- Səmimiliyi xoşlayıram. Yalan tutsam, kimliyindən asılı olmayaraq, ondan uzaqlaşıram. Doğma qardaşım da olsun, yalan danışsa, bilir ki, mən bunu hiss edəcəm. Yalanı sevmirəm.
- Sözü üzə deməyi xoşlayırsan?
- Bəli, sözü üzə deyənəm. Kim olur-olsun, əgər ona sözüm varsa, üzünə deyirəm.
- Yeməklə aran necədir?
- Nə pisdir, nə də yaxşı. Futbolçu karyeramı bitirdikdən sonra daha çox yeyirəm. Əvvəl istədiyimi yeyə bilmirdim, indi ürəyim nə istəyir, yeyirəm. Hətta gecə saat 3-də də acdımsa, qalxıb yeyirəm. Əvvəllər bunu edə bilmirdim.
- Səncə, hansı həyat daha düzgün idi?
- Təbii ki, o həyat. İndi oturaq həyat sürürəm. Onda sağlam yaşayırdım. İndi məşq etmirəm deyə, istər-istəməz çəkim artır. Futbolu buraxandan sonra bədənində ağrılar özünü hiss etdirməyə başlayır.
- Futbolçu vaxtı çox zədə almısan. Həmin zədələrin fəsadını hiss edirsən indi?
- Əlbəttə ki. Yuxudan qalxanda daha çox hiss edirəm. Gəzmək istəyirəm, görürəm ki, ağrılar var.
- Özündə bəyənmədiyin xüsusiyyət hansıdır?
- Fikrimi tez dəyişməyim. Bu gün mən sənə deyə bilərəm ki, dur, gedək. Əgər 5 dəqiqə ərzində sən getməsən, o dəqiqə fikrim dəyişəcək, getməyəcəm. Dilimdən nə tutdun, gərək o dəqiqə istifadə edəsən.
- Kompleksli insansan?
- Deməzdim. İstənilən yerdə sərbəst, rahatam.
- Yeni tanış olduğun insanda daha çox nəyə fikir verirsən: geyimə, danışığa, ya xasiyyətə?
- İnsanın xasiyyəti, təmizliyi geyimindən seçilir. Birinci geyiminə baxıram, sonra geyiminə uyğun onunla ünsiyyət qururam. Geyimdən çox şey asılıdır. Qarşındakı adamın birinci, ayaqqabısına baxırsan. Əgər ayaqqabısı təmizdirsə, deməli, təmizkar adamdır. Danışığından isə onun mədəni olub-olmamağı üzə çıxır. Və məhz bundan sonra özündə müəyyənləşdirirsən ki, onunla necə danışmaq lazımdır.
- İstirahəti harada etməyi xoşlayırsan?
- Evdə də edirəm, arada isə dostlarla görüşürəm. Jurnalist dostlarım da var, yığılırıq bir yerə, çay içib, söhbət edirik. Futbolu qurtarandan sonra mənim həyat tərzim belədir: iş, ev, çay.
- Ən rahat olduğun yer haradır?
- Yataq otağı. Çünki orda yatıram və heç kim qapını döyüb, məni narahat eləmir. Tənbəl deyiləm, amma yatmağı xoşlayıram. Hər gün günorta yatıram. Əgər günorta yatmasam, axşam özümü pis hiss edirəm. Yarım saat, 1 saat da olsa, gözümü yummalıyam. Futbolçu vaxtımda da belə idim. Məşq qurtaran kimi başımı atıb, yatırdım.
- Çoxluq içində olmağı xoşlayırsan, ya təklik tərəfdarısan?
- Əgər yanımdakılar mən istəyən adamlardırsa, onda rahat oluram. Bir də var ki, istəmədiyim adamlar olur, onda çoxluğa qoşulmaq istəmirəm. Yəni çevrədən asılı olaraq, dəyişir.
- Pul sənin üçün nə deməkdir?
- Pul çox şey deməkdir, amma hər şeyi həll etmir. Məncə, pulu çox sevən adam öz şəxsiyyətini itirmək dərəcəsindədir. Pul olmalıdır, amma onu çox sevmək olmaz. Pulu sevdinsə, mütləq özünü hörmətdən salacaqsan.
- Belə başa düşürəm ki, bədxərc deyilsən...
- Bəli, bədxərc deyiləm. Hər şeyə pul xərcləməyi xoşlamıram.
- Kənardan çox sakit görünürsən. Doğrudanmı, sakit insansan, yoxsa zahiri görünüşün bizi aldadır?
- Arada əsəbiləşirəm. Əslində tez əsəbiləşib, tez soyuyanam. Bir anlıq partlaya bilərəm, amma sonra sakitləşirəm. Evdə də deyə bilərlər ki, sakit adamam.
- Nə səni özündən tez çıxara bilər?
- (Otaqda dəcəllik edən balaca qızı Ceylanı göstərir...) Bax, bu (gülürük). Məni özümdən tez çıxara bilir. Bir dəqiqə də olsun, dayanmır. Mən isə çox səs-küy xoşlayan adam deyiləm.
- Bir vaxtlar biznesə qoşulmuşdun. Rail Məlikovla birgə ortaq restoran açmışdınız...
- Bitdi. Mən futboldan başqa hara əlimi atmışamsa, alınmayıb. Mənlik deyil. Çünki başqa şeyi bacara bilmirəm. Mənim şəxsi qəzetim də olub: “Şou-biznes press”. Axırıncı biznesim restoran oldu. Bundan sonra özümə söz verdim ki, bir də biznesə qoşulmayacam. Çünki həmin sahəni bilmirəm. Bilmədiyim işdən yapışanda isə axırı belə olur. Əgər futbolu yaxşı bilirəmsə, nəyə görə başqa işlə məşğul olmalıyam? Desələr də, gəl biznes quraq, razılaşmayacağam.
- Bilmədiyimiz, ictimaiyyətə bəlli olmayan gizli bacarığın varmı?
- Yox. Nə yemək bişirməyi bacarıram, nə də yaxşı səsim var. Ov da mənlik deyil. Özəl bir bacarığım yoxdur. Ancaq futbol. Bunu bir dəfə də demişəm ki, futbolçu olmasaydım, yəqin konduktor olardım.
- Bəs ailən – atan və anan səni hansı peşənin sahibi kimi görmək istəyirdi?
- 10 yaşımdan əlimdə topla gəzirdim. Gördülər ki, futbolu sevirəm, mane olmadılar. Dedilər ki, sənin işin elə futboldur, get. Mən futbola gedəndən 1 il sonra ailəm bunu bilib.
- İşlədiyin “Sumqayıt” klubunun prezidenti Kamran Quliyevlə məktəbdə bir yerdə oxumusan. Sən komandanın baş meneceri, o isə prezidenti. Quliyevi görəndə yaxşı mənada, paxıllığın tutur?
- Onun öz işi var, mənim öz işim. O, məndən fərqli olaraq, futbol oynamayıb. Kamran müəllim öz sahəsində işini bilən adamdır. Bilir ki, mən də öz sahəmdə işimi bilən adamam. Buna görə də, biz indi eyni yerdəyik. O öz işi ilə məşğul olur, mən öz işimlə. Tapşırıqlarını artıqlaması ilə yerinə yetirirəm. İşdə iş yoldaşı, ənarda isə dost kimiyik.
- 35 yaş elə bir dövrdür ki, gəncliyin son nöqtəsindəsən. Artıq yetkinlik yaş dövrünə qədəm qoyursan. Yaş artdıqca hansı hissləri keçirirsən?
- Mənə elə gəlir ki, həmişə cavan görünürəm. 50 yaşımda da daxilim cavan olacaq. Bəzən üstündə cırıq olan şalvarlar geyinirəm, dost-tanış deyir ki, bəsdir də, artıq o yaş deyil. Deyirəm ki, mən yenə cavanam, yenə onu geyinə bilərəm.
- Bəs dünyagörüşü baxımından nə dəyişib səndə?
- İstər-istəməz əvvəllər bilmədiyim şeyləri indi qavrayıram. Əvvəl ünsiyyət quranda bir az problem yaşayırdım, çətinlik çəkirdim. Amma indi hər kəslə rahat danışa bilirəm. Söz ehtiyatım çoxalıb, dünyagörüşüm artıb. Hər şey müsbət mənada dəyişib.
- Bildiyim qədərilə, artıq jurnalistik fəaliyyətə də başlamısan, mətbuatda köşə yazın işıq üzü görüb. Necədir jurnalistika, çətindirmi?
- Maraqlıdır. Biz baxıb jurnalistlərə deyirik ki, yazırlar da. Amma mən həmin yazını hazırlayanda gördüm ki, necə çətindir. 35 yaşıma qədər birinci dəfədir yazı yazdım, amma siz jurnalistlər hər gün yazırsınız.
- Sözünün kəsəri var?
- Var. Kimliyindən asılı olmayaraq, hər yerdə sözümü deməyi bacarıram.
- Jurnalistin isə qələminin kəsəri olmalıdır. Birinci yazında bunu hiss etdirə bildin?
- Mənə dedilər ki, ilk dəfə üçün çox yaxşıdır. Bacar, davamı gəlsin. İlk yazımda fikrimi 70 faiz çatdıra bildim.
- Məsuliyyətli adamsan?
- Yüz faiz. Bir şeyi tapşırsınlar, onu vaxtından tez edirəm. Mənə desinlər ki, 7-də görüşək, 7-in yarısında görüş yerində olacam.
- Zarafatla aran necədir?
- Pis deyil. Amma hər yerdə yox. Zarafat çərçivədən çıxmamalıdır. Bir də ki, hər adamın mənimlə zarafat etməsinə imkan vermərəm.
- Özünü bəxtli insan sayırsan?
- Əlbəttə ki. İki balam var, ailəm var, futbolda istədiyimi eləmişəm. Hamısı mənə Allah tərəfindən verilib. Hər halda, özümü bəxtli sayıram.
- Deməli, həyatda çox zərbə almamısan...
- Zərbə yox, çoxlu zədə almışam.
- Tez sınan insansan, ya psixologiyan güclüdür?
- Sınmaq olar, amma baxır kimin qarşısında. Qardaşımın, valideynlərimin qarşısında sına bilərəm. Amma qıraq adam məndən səhv tutub, məni sındıra bilməz. Çalışmışam ki, heç vaxt söz götürməyim. Söz götürməyən adamı isə sındırmaq çox çətindir.
- Futboldan başqa nəyə marağın var?
- Geyimə. Ayaqqabı xəstəsiyəm. Qarderob ayaqqabı ilə doludur. Həm klassik, həm də idman ayaqqabılarını geyinməyi xoşlayıram.
- İdmançıların siyasətə qoşulmalarına münasibətin necədir?
- Siyasət mənlik deyil. Amma buna pis baxmıram. Niyə də olmasın? Əgər bacarığı varsa və siyasətə meyillidirsə, qoy, qoşulsun. Amma mən siyasətdən uzaq adamam. Çalışıram ki, siyasətdən qaçım.
- Xarici ölkələrdən fərqli olaraq, bizdə futbolçular çox gündəmdə deyillər. Niyə?
- Hansı televiziya kanalı gəlib dedi ki, mən futbolçunu reklama çəkmək istəyirəm? Hər şey bundan başlayır. Yapışırlar müğənnilərdən, onları çəkirlər. Bu da futbolçuların gündəmdə olmasına maneə yaradır.
- Futbolçuların şou-biznesə meyl etmələrini necə qarşılayırsan?
- Normal. Sadəcə, klipə çəkiləndən sonra futbol oynasınlar. Kim deyir ki, çəkilməsin? Amma bu, onun futbolçu karyerasına mane olmasın. Bizimkilərin Ronaldo kimi olmalarına hələ çox var. Ronaldo peşəkar adamdır. Onun üçün reklam yox, futbol birinci yerdədir. Bizimkilər isə reklama çəkilən kimi futbolu unudacaqlar, başlayacaqlar göylə getməyə. Ulduz xəstəliyinə tutulmaq çox pis şeydir.
- Mənim suallarım bitdi. Ürəyində qalan söz oldumu?
- İstərdim ki, hər bir azərbaycanlı öz jurnalistimizə hörmətlə yanaşsın. Mətbuat konfranslarında jurnalistlərə hörmətsizlik edilir. Biz özümüzünkülərə qiymət verməliyik. Xarici gəldi-gedərdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- UEFA-nın saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- Yaşar Seyidov: “Uşaq futbolunun inkişafı ilə bağlı dövlətin siyasi iradəsi ortada olmalıdır”
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- De Blekere Əliyar Ağayevin səhv qərar qəbul etdiyini açıqladı
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- “Neftçi”nin müdafiəçisi: “Qarabağ”ın meydana hansı heyətlə çıxmasının bizə aidiyyəti yoxdur”
- Şəkil çəkdirmək, boğazdan yuxarı sözlər və ... sıfır
- Azərbaycan çempionatında baş hakim zədələndi, onu xanım referi əvəzlədi
- “Xorvatiyadan vətənə qayıtmaq fikrim yoxdur, əksinə, daha da irəli getmək istəyirəm”
- "Karvan-Yevlax" öz meydanına qayıdır
- Sabah anşlaq olacaq: “Qarabağ” - “Neftçi” oyununa bütün biletlər satılıb
-
17:00
"Qəbələ" 1/4 finala yüksəldi (YENİLƏNİR)
-
16:53
Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları məlum olub
-
16:26
Basketbol millilərimiz Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər
-
15:43
“Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
-
15:14
"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı
-
15:00
Azərbaycan Həndbol Federasiyasında yeni təyinat olub
-
14:31
Vensan Abubakar: “Azərbaycan çempionatı kənardan asan görünsə də...”
-
14:09
4 komandaya texniki məğlubiyyət verildi
-
13:57
AFFA hakimi vuran futbolçunu 14 oyunluq cəzalandırdı
-
13:42
Abbasov 1, İliç 4 oyunluq cəzalandı
-
13:28
Arveladze istefaya göndərildi
-
13:13
Bertuççi: “Azərbaycanda çox varlandım, amma hamısını xərclədim”
-
12:58
"Sumqayıt" amerikalı legionerlə gücləndi
-
12:35
“Araz-Naxçıvan” “Benfika” ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib
-
12:01
Abubakar Sergen Yalçına söz atdı
-
11:47
Bədavi Hüseynov: “Ümid edirəm ki, Qurban Qurbanov belə deməz”
-
11:29
“Cenk Sümeri “Beşiktaş”dan tanımağım “Neftçi”yə gəlişimi asanlaşdırdı”
-
11:06
"Arsenal" 3 xalı 2 qolla qazandı VİDEO
-
10:52
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:38
"Çelsi"dən gözlənilməz məğlubiyyət VİDEO
-
10:23
Juninyo Braziliya çempionu oldu
-
10:00
"Liverpul" öz meydanında xal itirdi VİDEO
-
21:34
Qurban Qurbanovdan qələbə şərhi
-
21:17
Füzuli Məmmədov: "Mütləq güclənməliyik"
-
20:53
"Qarabağ" da 1/4 finala yüksəldi
-
17:58
I Liqa klublarının rəsmiləri ilə onlayn görüş keçirilib
-
17:25
Abbasovdan Berdıyevə cavab: “Hamımız milliyə hörmət etməliyik”
-
17:02
"Şamaxı" tək qolla mərhələ adladı VİDEO
-
16:30
Ayxan Hüseynov: “Qələbə qazanmaq üçün darıxmışıq”
-
16:16
"Çelsi"nin keçmiş futbolçusu vəfat edib
-
15:43
“Benfika” - “Araz-Naxçıvan” oyunu serbiyalı hakimlərə tapşırılıb
-
14:59
"Formula 1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarılıb
-
14:24
“Mançester Siti”dən son 68 ildə ilk
-
14:11
Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb
-
13:35
Avropa Voleybol Konfederasiyasından azərbaycanlı hakimə təyinat
-
13:08
Sessi D`Almeyda: “Bəzən bir nəfərin səhvi görünür, amma uduzan komandadır”
-
12:42
Millimizin üzvü beynəlxalq turnirin bombardiri olub
-
12:27
Azərbaycanın stolüstü tennisçisi dünyanın ən istedadlıları sırasında
-
11:56
"Yuventus" 1/4 finalda VİDEO
-
11:13
"Neftçi"nin tarixində belə hal olmamışdı
-
11:00
Martins Junior: “Azarkeşlərin təxribatı məni motivasiya edir”
-
10:39
“Zirə”nin futbolçusu 100-ə çatdı
-
10:21
"barselona" "Atletik"ə qalib gəldi VİDEO
-
10:04
Günün canlı yayımlanacaq matçları- TV AFİŞA
-
09:45
"Fulhem" – "Mançester Siti" matçında 9 qol VİDEO
-
23:27
"Neftçi" əlavə vaxtda uduzdu VİDEO
-
22:41
Rəşad Sadıqov: “Bu, nə komandamıza, nə mənə, nə də ona yaraşan hərəkət idi”
-
22:14
Sənan Qurbanov: "Çempionata köklənməkdən başqa yolumuz yoxdur"
-
21:32
"Turan Tovuz" və "Zirə" 1/4 finalda, "Neftçi"dən kuboka erkən vida
-
20:05
"Turan Tovuz"un qələbəsi VİDEO
04.12.2025
03.12.2025
02.12.2025























