Ölkə futbolu
Ramin Musayev: “İlk 7 turda 20 tur ərzində baş verə biləcək qədər hakim səhvi olub” (I HİSSƏ)
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Futbolxeber.az saytına geniş müsahibə verib. Müsahibənin ilk hissəsini təqdim edirik.
- Premyer Liqada artıq 7 tur geridə qalıb. Cari mövsümün ilk 7 turunu necə dəyərləndirərdiniz?
- Bəlkə də 7 tur çempionat barədə danışmaq üçün qısa müddətdir. Amma yenə də deyim ki, çempionat gərgin başlayıb. Əvvəlki illərlə müqayisədə çempionat daha gərgin start götürüb. Gərginlik olan yerdə narazıçılıq da artır. Bu isə bizim işimizi daha da çətinləşdirir. Lakin bu gərginlik bizə xoşdur. Onsuz da hər birimiz çempionatın maraqlı alınması üçün çalışırıq.
- Narazılığı qeyd etdiniz. Əsas narazılıq da hakimlikdəndir. Geridə qalan müddətdəki hakimliyin səviyyəsi sizi qane etdi?
- Keçən ilə baxanda hakimliyin səviyyəsindən narazıyam. Bu mövsümkü hakimlik məni qane etmir. Deyərdim ki, 15, bəlkə də 20 tur ərzində mümkün olan səhvlər ilk 7 turda baş verib. Belə məqam isə bizi razı sala bilməz. Digər tərəfdən də, bu səhvlər gərginliyin nəticəsidir. Bu vəziyyətlə barışa bilmərik. Həyatda hər bir şeydən çıxış yolu var. İndi bu işin üzərində çalışırıq. Növbəti turlarda dəyişiklik olacaq. Bunu özünüz də görəcəksiniz. Tezliklə hakimlikdə olan səhvlər aradan qalxacaq. Bütün oyunlarda hakimlərin işinə ciddi şəkildə nəzarət edirik. Klublardan şikayət olsa da, olmasa da. Dünyanın heç bir yerində belə şey yoxdur. Yalnız bizdə Peşəkar Futbol Liqasının kameraları bütün oyunları lentə alır. Bu cür şərait yaratdığına görə AFFA prezidenti Rövnəq Abdullayevə minmətdaram. Dediyim kimi, bütün səhvləri ciddi şəkildə götür-qoy edirik. Oyunların videoyazısına baxırıq. Bu zaman hər şey aşkarlanır.
- Son turda baş tutan “Neftçi” - “Qarabağ” matçını idarə edən Orxan Məmmədovun işini necə qiymətləndirirsiz?
- Həmin oyuna da özüm canlı olaraq tamaşa etmişəm. Matçdan sonra videoyazıya da baxıb, hər şeyi ciddi şəkildə analiz etmişik. Orxan Məmmədov matçı çox aşağı səviyyədə idarə etdi. Halbuki onun praktikası, bacarığı daha yaxşı idarəçiliyə imkan verirdi. Orxanın etdiyi səhvləri heç aşağı yaş qrupları üzrə liqalardakı referilər etmirlər.
- Deməli, “Neftçi”ni narazı qaldığı 2 epizoda görə haqlı sayırsınız?
- Hansı epizodları nəzərdə tutursunuz?
- Reynaldonun Erik Ramosa təpik atdığı an və penalti epizodu...
- Bəli, “Neftçi” həmin epizodlara görə narazılıq etməkdə haqlıdır. Amma deyim ki, Orxan Məmmədov hər iki komandanın əlehinə səhv qərarlar qəbul edib. 3-cü dəqiqədə “Neftçi”nin qapısına penalti təyin olunmalıydı. Üstəlik, komandanın 1 oyunçusu da meydandan qovulmalıydı. “Neftçi”dən fərqli olaraq “Qarabağ” hakimlikdən şikayət etmədi. Bəlkə qələbə qazandıqlarına, ya da başları “İnter”lə oyuna qarışdığına görə narazılıqlarını bildirməyiblər. Ümumiyyətlə, “Qarabağ”dan bizə çox az-az şikayətlər daxil olur.
- Bayaq qeyd etdiniz ki, tezliklə hakimliyin səviyyəsinin yaxşıya doğru dəyişəcəyinə şahidlik edəcəyik. Bunun üçün konkret olaraq hansı addımlar atmağı planlaşdırırsınız?
- Konkret addımlar barədə indidən nəsə deyə bilmərəm. Amma bizim istəyimiz odur ki, ilk növbədə qərəz olmasın. Çəkilişlərə müxtəlif rakurslardan baxırıq. Bu, bizə hakimin idrəçiliyinin qərəzli olub-olmadığını da aşkarlamaq imkanı verir. Bayaq haqqında danışdığımız oyunda hər iki tərəfə qarşı haqsızlıq olub. Amma bu qərəz deyil.
Biz PFL-i yaradanda əsas məqsədimiz də elə hakimlərin idarəçiliyində qərəzin olmaması idi. İstəyirdik ki, bütün klublara eyni gözlə baxılsın. Apardığımız işlər öz effektini verir. 2008-ci ildə Azərbaycan Premyer Liqası dünyada 108-ci idi, amma bu gün 40-cı yerdədi. Avropada isə 29-cuyuq. Bu, Rövnəq Abdullayevin, Elxan Məmmədovun və Ramin Musayevin gördüyü birgə işin nəticəsidir. Bütün bunlara kölgə salmaq insafsızlıq olardı. Son 6 ildə çempion və kubokun qalibi hər zaman ən layiqli komanda olub. Elə layiqli çempionun olması Avropada da özünü göstərir. 2 il əvvəl “Neftçi”, bu il isə “Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Bu mövsüm “İnter” və “Neftçi” Avroliqada daha irəli gedə bilərdi. Lakin hakimlər buna imkan vermədilər.
Hakimlik elə olmalıdır ki, klub rəhbərləri futboldan uzaq düşməsinlər. Əvvəlki illərdə dünyada böyük maliyyə böhranı oldu. Amma biz bu böhranı hiss etmədik. Sağ olsun, klub rəhbərləri ki bu problemi bizə hiss etdirmədilər. Biz də çalışırıq ki, onların əziyyətinin qarşılığını verək.
- Hakimlik mövzusunda sonuncu sualımı verirəm. Son zamanlar Anar Salmanov və Elçin Məmmədovun Premyer Liqaya qayıdacağı barədə xəbərlər yayılıb. Bu nə dərəcədə doğrudur?
- Bunu ilk dəfə sizdən eşidirəm.
- Amma konkret tarix deyənlər də var. Bildirilir ki, adını çəkdiyim 2 hakim noyabrdan etibarın Premyer Liqa oyunlarında ədaləti qoruyacaq...
- Mən hakimlərin çempionata gəlib-getməsinin tərəfdarı deyiləm. Düzdür, nə qədər çox hakim olsa, bir o qədər yaxşı olar. Bu halda bizim işimiz də asanlaşar. Amma sizin sualınıza ən dəqiq cavabı AFFA Hakimlər Komitəsi verə bilər.
- Mənə sırf sizin fikriniz maraqlıdır.
- Sırf mənim fikrimi soruşursunuzsa, onların Premyer Liqaya qayıtmasına etiraz etmirəm.
- Bu yaxınlarda UEFA-nın seçiminə əsasən AVRO-2020-nin 4 oyunu Bakıda keçiriləcək. Bu qərara sizin də münasibətinizi bilmək maraqlı olardı.
- Hər kəs kimi bu qərarı böyük sevinclə qarşıladım. Bu, böyük qələbədir. Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlərin nəticəsidir. Əminəm ki, bu turniri yüksək səviyyədə təşkil edəcəyik. UEFA-nın qərarı açıqlamasından sonra xeyli xarici ölkədən mənə zəng gəldi. Dostlar, tanışlar zəng vurub, təbrik edirdilər. Eləcə də futbol adamları. Əksəriyyət eyni fikri deyirdi: “Biz bunu gözləyirdik”. Həs kəs Azərbaycanın gələcəyinin parlaq olacağından ağızdolusu danışır.
- AFFA İntizam Komitəsi bu yaxınlarda “Böyük oyun”a qonaq azarkeşlərin buraxılmaması haqda qərarı qüvvədə saxladı. Bilirəm, bu qərarı siz qəbul etməmisiniz. Amma bu cür maraqlı qarşıdurmada qonaq azarkeşlərin yer almaması təəssüf doğurur. Qərarın dəyişməsi üçün nə etmək lazımdır?
- “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyuna qonaq azarkeşlərin buraxılmamasını mən də mənfi hal hesab edirəm. Biz çalışırıq ki, çempionata marağı artıraq. Əvəzində çempionatın bəzəyi olan bir qarşılaşmaya qonaq azarkeşlər buraxılmır. Çempionatın püşkü atılanda hər kəs ilk növbədə təqvimə baxır ki, görəsən “Neftçi” ilə “Xəzər Lənkəran” nə vaxt oynayır? Qərar qüvvədən düşə bilər. Mən hesab edirəm ki, bunun yolu var. İlk növbədə hər iki klubun rəhbərləri, eləcə də həmin klubların nəzdində olan fan-klublar rəsmi şəkildə təhlükəsizliyə təminat vermələri barədə sənəd təqdim etməlidirlər. Bu sənəd təqdim olunsa, AFFA rəhbərliyi qərarı dəyişə bilər. İndiki halda isə qərarın dəyişilməsi çətindir. Məsuliyyəti üzərimə götürə bilmərəm. Tutaq ki, mən AFFA rəhbərliyi ilə, hüquq mühafizə orqanları ilə danışdım. Dedim ki, təhlükəsizliyə təminat verirəm. Sonra isə bir bədbəxt hadisə baş versə, bu məsuliyyətin altından necə çıxacağam? Mən hesab edirəm ki, klublar dediyim kimi təhlükəsizliyi təminat etməyə boyun olsalar, qadağa qüvvədən qalxar. Biz anaların gözüyaşlı qalmasını istəmirik. Qalmaqalı anlayıram. Futbolda qalmaqal olmalıdır, çılğınlıq da. Amma çılğınlığın da bir həddi var. Hər kəs istəyir ki, stadiona azarkeş gəlsin. Burada söhbət bilet satışından getmir. Əsas məsələ odur ki, azarkeş nə qədər çox olsa, futbolçunun məsuliyyəti də artar.
“Qarabağ” - “Sent Etyen” oyununa 30 min azarkeş toplaşmışdı. Gecə saat 12-də stadiondan çıxsalar da, heç kim narazı deyildi. Komandanın sərgilədiyi oyun fanatları qane edirdi və onlar evə sevinclə, gülə-gülə gedirdilər. Belə halda isə qalmaqal ola bilməz. “Qarabağ”ın oyunuan Bakı kəndlərindən, hətta rayonlardan da gələnlər var idi.
Onu da deyim ki, təhlükəsizliyin təmin olunması üçün ilk növbədə klublar özləri çalışmalıdırlar. Azarkeşlərlə iş aparılmalıdır. Hər fan-klubun öz rəhbəri olur. Həmin şəxs rəhbər seçilibsə, deməli digər fan-klub üzvləri onun sözünü qəbul edirlər. Mən “Neftçi”də çalışarkən fanatlarla danışırdım. Elə olurdu ki, 16-19 yaşlı gənclər stadionda təhlükəsizliyi təmin edirdilər. Kimdəsə sual yaranar ki, 16 yaşlı gənc kimdi ki, təhlükəsizliyi təmin etsin. Unutmaq lazım deyil ki, 16 yaşlı gənc ən azından kimisə məlumatlandıra bilər...
(ardı var)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
22:43
Lyubomir Tupta rəsmən “Neftçi”də
-
21:59
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
-
21:36
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri açıqlandı
-
19:27
"Turan Tovuz" Vadji ilə yeni müqavilə imzaladı
-
18:15
Bəhlul Mustafazadə nə vaxt meydana qayıdacaq?
-
18:00
“Zirə”də kadr dəyişikliyi olub
-
17:38
“Zirə”nin rəqibi xorvat yarımmüdafiəçi ilə gücləndi
-
16:52
Qusarda 297 cüdoçu kəmər dərəcələri üzrə imtahan verib
-
16:24
“Səbail”dən növbəti transfer
-
16:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
15:41
Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb
-
15:19
Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi
-
14:53
Riad Rəfiyev Braziliya təəssüratlarını bölüşdü: “Məhsuldar və yaddaqalan səfər idi” FOTOLENT
-
14:37
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi
-
14:26
Vernidub: “Yeni mövsümdə tribunaları dolu görmək istərdim”
-
14:05
Yuri Vernidub daha 2 il “Neftçi”də! FOTOLENT
-
13:48
Renaldo Sefas: “Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”
-
12:12
“Neftçi”nin yeni transferi tibbi müayinədən uğurla keçdi
-
11:54
Türkiyə - ABŞ matçında 5 qol VİDEO
-
11:31
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
-
11:09
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
10:47
Almaniya Ekvadora uduzdu VİDEO
-
10:23
Azərbaycan taekvondoçusu Qazaxıstanda qızıl medal qazanıb
-
10:00
Niderland Tunisi 3 qolla üstələdi VİDEO
-
20:21
İdman jurnalisti “Sheki Open 2026”nın qalibi oldu
-
20:00
Azərbaycan teleməkanında ilk
-
19:19
Renaldo Sefas rəsmən “Qarabağ”da
-
18:52
AFFA onların şikayətini təmin etdi
-
18:33
"Səbail" sabiq futbolçusunu geri qaytardı
-
17:45
Bakıda məşqçilər üçün seminar keçirilib
-
17:27
“Araz-Naxçıvan”ı Küveyt klubuna dəyişdi
-
17:06
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
-
16:18
Dimarko ilə yeni müqavilə imzalanır
-
15:54
Qran-pri: Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
15:30
Rövşən Nəcəf: "Dünya çempionatı üçün Azərbaycanın seçilməsi FIFA ilə uğurlu əməkdaşlığın nümunəsidir"
-
14:41
“Neftçi” Slovakiya millisinin hücumçusunu transfer edir
-
13:29
Hidayət Heydərov çəkisini dəyişdi
-
13:12
“Araz-Naxçıvan” kapitanı ilə vidalaşdı
-
12:53
“Qəbələ” legioneri ilə müqaviləni uzatdı
-
12:35
Mərakeş - Haiti matçında 6 qol VİDEO
-
12:07
“Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
-
11:46
Rövlan "Araz-Naxçıvan"a keçdi
-
11:28
Mehdi Cənnətov “Səbail”də
-
11:14
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
-
11:00
FİFA yeni dünya çempionatını Azərbaycana həvalə etdi
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
DÇ-2026: İngiltərə millisi rekorda imza atıb
-
10:23
Braziliya Şotlandiyaya şans tanımadı VİDEO
-
10:02
DÇ-2026: 1/16 finalın ilk cütü müəyyənləşdi
-
09:45
İsveçrə Kanadaya qalib gəldi VİDEO
26.06.2026
25.06.2026























