Ölkə futbolu
Rəşad Sadıqov: “Razıyam, uduzulası oyun deyildi”
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “İnter”lə oyundan sonra Apasport.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Qarşılaşmaya əvəzetmədən daxil oldunuz. Meydana çıxanadək “Qarabağ” kənardan necə görünürdü?
- Komandamız oyuna çox yaxşı başladı. Bunu gözləmirdim. Əksinə, “İnter”in ilk dəqiqələrdən pressinq edəcəyini düşünürdüm. Bu səbəbdən məşqçilər bizə topa daha çox nəzarət etməyi, rəqibə təzyiq göstərməyi tapşırmışdılar. Fikirləşdiyimiz plan baş tutmuşdu. Hətta yerli azarkeşlər də “İnter”i fitə basmağa başlamışdılar. Düşünürdüm ki, bu, bizim üçün üstünlüyə çevriləcək və qol vuracağıq. Amma müdafiədə kiçik bir səhv ucbatından gözlənilməz qol buraxdıq. Rəqib bundan sonra daha rahat oynamağa başladı. Biz də məcburiyyətdən hücum etməyə çalışdıq. Sonra yaxşı qol vəziyyətimiz olsa da, bundan yararlana bilmədik. İkinci hissədə “İnter” ehtiyatlı oynayırdı. Ona görə də rəqibə qarşı oynamaq çətin idi. Meydan sahiblərini 1:0 hesabı da qane edirdi. İkinci hissənin sonlarında rəqib bizi əks-hücumda yaxaladı və 2:0 hesabı ilə qalib gəldilər.
- Uduzulası oyun deyildi. Bu fikirlə razısınızmı?
- Razıyam. Amma yenə də uşaqlar sağ olsun ki, rəqibdən qorxmadılar, çəkinmədilər. Sadəcə, rəqib son zərbələrdə bizdən daha dəqiq oldu. İlk zərbələri qolla nəticələndi. Amma bizim də yaxşı zərbələrimiz oldu, bundan istifadə edə bilərdik. Qismət belə imiş. Çox şükürlər olsun ki, rəqiblərimiz – “Sent-Etyen”lə “Dnepr” heç-heçə edib. Fikrimcə, bu, bizim üçün yaxşı nəticədi. Gələcək oyunlara nikbin baxmaq və yaxşı hazırlaşmaq lazımdı.
- “İnter”in baş məşqçisi Valter Matsarri oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın növbəti mərhələyə çıxmaq şansının olduğunu bildirib. Sizcə, bu, komplimentdi, yoxsa reallıq?
- Bilmirəm. “Dnepr”lə çox ağır oyunlarımız olacaq. Heyətləri çox güclüdü. Qrupdan çıxmağımız rəqiblərimizin də necə oynamasından asılıdı. Qarşıdakı matçlarda məğlub olmamağa çalışmalıyıq. İmkan daxilində qrupdan çıxmaq şanslarımızı son turlara kimi saxlamalı və rəqiblərlə xal fərqini artırmamalıyıq.
- Baş məşqçiniz Qurban Qurbanov isə məğlubiyyəti futbolçuların verilən tapşırıqları yerinə yetirməməyi ilə əlaqələndirib. Onun fikirlərindən özünüzə müəyyən pay götürürsünüzmü?
- Məğlubiyyətdə hər birimizin payı var. Əgər məğlub olmuşuqsa, bütün komanda uduzub. Bu, qələbə qazanan zaman da belədi. Çalışırıq ki, kimsə fərqlənməsin. Qurban müəllim oyun başa çatdıqdan sonra da bizə iradlarını çatdırdı. Dedi ki, hesaba görə məyus deyiləm, 0:5 uduzardıq, amma yaxşı oynayardıq. O, hamının yox, 1-2 nəfərin ürəkli oynamasını istədiyini dedi. Səfərdə “İnter”ə qarşı oynayırsansa, bir az həyəcan ola bilər. Bu da normal haldı. Həmişə hamı yaxşı oynaya bilməz.
- “İnter”dən Bakıda xal almaq mümkündü?
- “İnter”in Bakıya gələrkən necə olacağını bilmirik. Ümumiyyətlə, bu tip komandalara nəticə sərf edəndə, onlarla oynamaq çox ağır olur. Burda da hesab açılmayanda yaxşı oynayırdıq. Amma önə keçdikdən sonra “İnter” “qapandı”, 5 müdafiəçi ilə oynamağa başladılar. Onlarla qarşılaşacağımız son turda vəziyyətin necə olacağını, heç-heçənin kimə sərf edəcəyini bilmirəm. Nəticədən çox şey asılıdı.
- “Qarabağ”ın qrupda qalması uğursuzluq sayılacaq?
- Biz ümumiyyətlə qrupda neçənci sıranı tutacağımız haqda fikirləşmirik. Məqsəd hər oyunda 3 xal qazanmaqdı. Çempionat oyunları və “Dnepr”lə matçlara hazırlaşacağıq. Qrupda hansı pilləni tutmağımız qismətdən asılıdı. Biz mümkünsüz olanı da bacara bilmərik. “Dnepr”in hücum xətti çox güclüdü. Deyərdim ki, bəlkə “İnter”in heyətində belə güclü futbolçular yoxdu. “İnter”i təhlil edərkən “Dnepr” oyununa baxmışdım. Hiss olunurdu ki, ukraynalılar bundan bir tur əvvəl “Sassuolo”nu 7:0 hesabı ilə məğlub etdiyi üçün “İnter”dən qorxmuşdu. “Dnepr” öz potensialı ilə oynasaydı, “İnter”ə Ukraynada oynamaq çox ağır olacaqdı. Ona görə də düşünürəm ki, bizim üçün qrupun ən ağır oyunu “Dnepr”lə səfər görüşüdü. Bu matça çox ciddi hazırlaşmalıyıq. Onlar da başa düşür ki, qrupdan çıxmaq üçün bizim üzərimizdə qələbə qazanmalıdırlar. Bizi çox ciddi sınaq gözləyir.
- Artıq “Qarabağ” Bakıya qayıdır, siz isə Almaniyaya, milli komandanın düşərgəsinə yollanırsız. Halbuki, Berti Foqtsun İtaliya və Xorvatiya ilə seçmə oyunlar üçün açıqladığı siyahıda adınız yox idi. Birdən-birə nə dəyişdi ki, sonradan sizə də dəvət gəldi?
- Əslində, zədədən sonra 10-12 gün istirahət etməliydim. Ancaq müalicəmə çox fikir verirdim. Çalışırdım ki, gəzim və tez bərpa olunum. Çünki qarşıda həm “İnter”, həm də millinin 2 oyunu vardı. Həkimlər 10-12 gün vaxt qoysalar da, şükürlər olsun ki, 5 günə toparlana bildim. Milanda məşqlərə başladıqdan sonra millidən mənimlə əlaqə saxladılar. Belədə yığmaya çağırıldım. İndi İtaliya və Xorvatiya ilə oyunlara kimi necə olacağım, oynayıb-oynamayacağımı bilmirəm. Özüm də komandaya kömək etmək istəyirəm. Oynamasam da, komandanın yanında olmaqda özüm də maraqlıyam. Çünki bizi 2 ağır oyun gözləyir. İlk matçda Bolqarıstana məğlub olduğumuz üçün düşdüyümüz durumu düzəltməkdən ötrü çalışacağıq ki, bu görüşlərdən xal qoparaq.
- Amma nəzərə alın ki, Mahir Şükürov və Vaqif Cavadov kimi aparıcı futbolçuların yoxluğunda xal qazanmaq çətin olacaq...
- Bakıda əsas rəqiblərimizdən birinə - Bolqarıstana məğlub olmağımız bizi pis vəziyyətə salıb. İnşallah, qarşıdakı oyunlardan 4 xal toplasaq, durumumuz düzələcək. Buna ümid bəsləyirəm. Çox hücumlarımızda Mahir də iştirak edirdi. Onsuz bizə çətin olacaq. Düşünürəm ki, uşaqlar bu oyunların mahiyyətini dərk edirlər. Bolqarıstana qalib gəlsəydik, bu matçlar bizim üçün asan keçərdi. Uduzduğumuza görə dişimizlə də olsa bu 2 səfər matçından xalla qayıtmalıyıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























