Ölkə futbolu
Arif Əsədov: “Məni müdafiə futbolu oynatmaqda günahlandıranlar statistikaya baxsınlar” (Müsahibə)
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Futbolxeber.az saytına müsahibə verib.
- Artıq “Qarabağ”la oyunun üzərindən bir neçə gün keçib. Yəqin ki, matçın videoyazasına baxıb, müəyyən təhlillər aparmısınız. “Neftçi” niyə “Qarabağ”a uduzdu?
- Oyunun kuliminasiya nöqtəsi penalti epizodu oldu. Demirəm ki, “Qarabağ” bizdən pis oynadı. Ağdam klubu bu gün çempionatda ən formada olan komandadır. Lakin biz də oyuna pis başlamamışdıq. Bu cür oyunlarda hər şeyi 1 top həll edir. Qapımızda qol gördükdən sonra istər-istəməz müəyyən dəyişikliklər etməyə məcbur olduq. Bunun da nəticəsində boşluqlar yarandı. Təsadüfi deyil ki, sona yaxın qapımızda daha 2 qol gördük.
- Siz penalti epizodunu deyirsiniz. Amma düşünmürsünüz ki, Reynaldoya qırmızı vərəqə göstərilsəydi, hər şey tam fərqli olacaqdı?
- Təbii ki. Mən qırmızı vərəqəni heç demirəm. O epizodda Reynaldo meydandan qovulsaydı, say üstünlüyü bizdə olacaqdı. Say üstünlüyü əldə etməyimiz isə daha rahat oynamağımıza gətirib çıxarardı.
- Oyundan sonra da hakimlərin idarəçiliyindən şikayətləndiniz. Bununla bağlı AFFA-ya müraciət etmisiniz?
- Mən baş məşqçiyəm, bu işlərə klub rəhbərliyi baxır. Ümumiyyətlə, hakimlər barədə danışmağı xoşlamıram. Sadəcə, onların qəbul etdiyi qərar oyunun kuliminasiya nöqtəsi olduğu üçün bu məqamı qabartdım.
- Hakimliyi bildik. Bəs, narazı qaldığınız futbolçular oldumu?
- Əlbəttə çatışmazlıq var, səhvlər oldu. Xüsusən də üçüncü qolda. Həmin anda Vüqar Nadirov sürəti hesabına futbolçularımızı geridə qoydu. Bu cür epizodlarda daha diqqətli olmaq lazımdır.
- Komandaya gəldikdən sonra “Neftçi” sizin rəhbərliyiniz altında 3 oyuna çıxıb və bu görüşlərdə 4 xal qazanıb. Bu nəticə sizi qane edir?
- Komandaya gəldiyim ilk günlərdə bir az vaxt qıtlığı var idi. Mənə kimi komanda 3 oyuna çıxmışdı. İlk turda “Araz Naxçıvan”a uduzsa da, sonradan “Bakı” və “Simurq” üzərində qələbə qazanmışdı. Amma nəzərə almaq lazımdır ki, mən gəldikdən sonra komanda hər 3 oyununu iddialılara, çempionluq uğrunda mübarizə aparan komandalara qarşı keçirib. Komandada radikal dəyişikliyə ehtiyac yox idi. Yalnız komandanı daha yaxşı motivasiya etmək gərəkirdi. Nəticəyə gəldikdə isə 4 xal məni qane edə bilməz. Çünki əvvəldən daha çox xal qazanmağı planlaşdırırdıq. Fikirləşdirdim ki, hardasa 7 xal əldə edərik. Amma alınmadı. İnanıram ki, növbəti turlarda daha yaxşı çıxış edəcəyik. Hər komandanın yüksəliş dövrü də olur, eniş dövrü də.
- Klub rəhbərliyi qarşınıza nə məqsəd qoyub: yalnız çempionluq, yoxsa ilk “üçlüy”ə düşmək?
- İlk növbədə onu deyim ki, mənim qarşıma konkret olaraq bu il üçün çempionluq məqsədi qoyulmayıb. Rəhbərlik mənə 1 il vaxt verib ki, komandaya əl gəzdirim, daha güclü heyət formalaşdırım. Ondan sonra isə çempionluq uğrunda mübarizə aparaq. Ötən illə müqayisədə legioner limitində də dəyişiklik var. Ötən il meydana 8 legioner çıxa bilərdi. Amma indi rəqəm 6-ya bərabərdir. Bu səbəbdən də məqsədimiz əsasən yerli futbolçuları inkişaf etdirmək, yeni istedadları tapıb üzə çıxarmaqdı. Yaxşı ki, Elnur Allahverdiyev azad agent statusu ilə bizə qoşuldu. Onun gəlişi yerinə düşdü. Məqsədimiz “Neftçi”ni daha yüksəltmək, eləcə də milli üçün daha çox futbolçu yetişdirməkdi. Amma elə anlaşılmasın ki, bu mövsüm bizim üçün əhəmiyyət kəsb etmir. Əsla. Biz çalışırıq ki, gənclər qələbə psixologiyası ilə formalaşsınlar. Bunun üçün də hər oyunda meydana yalnız qələbə üçün çıxırıq. Əvvəl də “Neftçi”də işləmişəm, bilirəm ki bu komandada qələbədən başqa hər hansı bir nəticəni düşünmək olmaz.
- “Xəzər Lənkəran”la oyunda qələbə qolunun müəllifi olmasına baxmayaraq, komandanın kapitanı Flavinyo son zamanlar inamlı təsir bağışlamır. Onun çıxışı sizi qane edir?
- Məncə, son 3 turu nəzər alsaq Flavinyo yüksəlişdədir. Komandaya gəldiyim ilk vaxtda onunla söhbətim oldu. “Qarabağ”la oyundan öncə bir balaca zədəsi var idi. Həkimlər bildirdilər ki, iynəynən meydana çıxa bilər. Lakin 45, maksimum 60-cı dəqiqədən sonra oyunu davam etdirə bilməyəcək. Bu səbəbdən də Flavinyonu ehtiyatda saxladım. Düşündüm ki, sonradan oyuna qoşulmaqla komandaya daha çox fayda verə bilər.
- Sizi müdafiə futbolu oynatmaqda ittiham edirlər. Həqiqətənmi Arif Əsədov “Neftçi”nin futbolçularına müdafiə futbolunu aşılayır?
- Məni müdafiə futbolu oynatmaqda ittiham edənlərə məsləhət görərdim ki, danışmamışdan öncə statistikaya baxsınlar. “Neftçi” mənim rəhbərliyim altında çempion olduğu dövrdə mövsümün sonunda həm ən çox qol vuran, həm də öz qapısında ən azı qol görən komanda idi. Bu halda hansı müdafiə futbolundan danışmaq olar? Mən hər zaman çalışmışam ki, hücumla müdafiə arasında balans yaradım. İstəyirəm ki, “Neftçi”nin oyununda boşluqlar olmasın. Aleks Ferqyussonun gözəl bir sözü var: hücum futbolu azarkeşlər, müdafiə futbolu isə nəticə üçündü.
- “Qarabağ”a məğlubiyyətdən sonra istefanız gündəmə gəldi, hətta sizi Əli Daeinin əvəzləyəcəyi barədə xəbərlər də yayıldı. Düzdür, klub rəsmi olaraq bu xəbəri təkzib etdi. Amma maraqlıdır, bu cür söz-səhbətlər yayılanda hansı hisslər keçirirsiz?
- “Neftçi”dəki ilk ilimdə bu cür söhbətlər mənə çox pis təsir edirdi. Həmin vaxt çox çılğın idim. Belə xəbərlər çıxanda isə özümə sual verirdim: görəsən, nədə səhvə yol vermişəm? Özümdən tez çıxırdım. Amma artıq 4-5 il vaxt keçib. İndi fərqli düşünürəm. Kənardan baxanda anladım ki, bu cür söhbətlərin olması mənə ziyan deyil. İnsan qalxdıqca kənardan gələn təzyiqlərə hazır olmalıdır.
- Çempionatda yaranan fasilədən necə yararlanmağı düşünürsünüz?
- Komanda artıq bir araya gəlib. Düzdür, 10-a yaxın futbolçumuz millinin düşərgəsində olacaq. Bu da bizə problem yaradır. Lakin boşluğu əvəzedici heyətdən əsas komandaya cəlb edəcəyimiz futbolçuların hesabına dolduracağıq. Həm də “Neftçi”dən daha çox futbolçunun milliyə cəlb olunması klubun imici baxımından önəmlidir.
- Fasilədən öncə Gürcüstanda hazırlıq keçəcəyiniz barədə xəbərlər yayılmışdı...
- Həqiqətən də belə bir fikrimiz var idi. Klub rəhbərliyi də fikrimi müsbət qarşılamışdı. Lakin sonradan xaricə yollanmaqdan vaz keçdik. Çünki bayaq da dediyim kimi, 10-a yaxın futbolçumuz klubdan ayrı düşüb. Bu səbəbdən də Gürcüstan səfərimizi təxirə saldıq.
- Digər Premyer Liqa klublarının baş məşqçiləri arasında çempionatda yaranan uzunmüddətli fasiləni faciə hesab edənlər də var. Siz də onlara qatılırsınız?
- Faciə deməzdim. Düzdür, bu məqam hər məşqçiyə çətinlik yaradır. Amma bütün klubların da məqsədi milliyə xeyir verməkdir. Çempionat niyə keçirilir? Milli üçün. Bu halda uzunmüddətli təlim-məşq toplanışlarının xeyri olacaqsa, mən bunda heç bir problem görmürəm.
|
cix ged neftciden
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
22:43
Lyubomir Tupta rəsmən “Neftçi”də
-
21:59
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
-
21:36
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri açıqlandı
-
19:27
"Turan Tovuz" Vadji ilə yeni müqavilə imzaladı
-
18:15
Bəhlul Mustafazadə nə vaxt meydana qayıdacaq?
-
18:00
“Zirə”də kadr dəyişikliyi olub
-
17:38
“Zirə”nin rəqibi xorvat yarımmüdafiəçi ilə gücləndi
-
16:52
Qusarda 297 cüdoçu kəmər dərəcələri üzrə imtahan verib
-
16:24
“Səbail”dən növbəti transfer
-
16:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
15:41
Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb
-
15:19
Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi
-
14:53
Riad Rəfiyev Braziliya təəssüratlarını bölüşdü: “Məhsuldar və yaddaqalan səfər idi” FOTOLENT
-
14:37
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi
-
14:26
Vernidub: “Yeni mövsümdə tribunaları dolu görmək istərdim”
-
14:05
Yuri Vernidub daha 2 il “Neftçi”də! FOTOLENT
-
13:48
Renaldo Sefas: “Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”
-
12:12
“Neftçi”nin yeni transferi tibbi müayinədən uğurla keçdi
-
11:54
Türkiyə - ABŞ matçında 5 qol VİDEO
-
11:31
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
-
11:09
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
10:47
Almaniya Ekvadora uduzdu VİDEO
-
10:23
Azərbaycan taekvondoçusu Qazaxıstanda qızıl medal qazanıb
-
10:00
Niderland Tunisi 3 qolla üstələdi VİDEO
-
20:21
İdman jurnalisti “Sheki Open 2026”nın qalibi oldu
-
20:00
Azərbaycan teleməkanında ilk
-
19:19
Renaldo Sefas rəsmən “Qarabağ”da
-
18:52
AFFA onların şikayətini təmin etdi
-
18:33
"Səbail" sabiq futbolçusunu geri qaytardı
-
17:45
Bakıda məşqçilər üçün seminar keçirilib
-
17:27
“Araz-Naxçıvan”ı Küveyt klubuna dəyişdi
-
17:06
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
-
16:18
Dimarko ilə yeni müqavilə imzalanır
-
15:54
Qran-pri: Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
15:30
Rövşən Nəcəf: "Dünya çempionatı üçün Azərbaycanın seçilməsi FIFA ilə uğurlu əməkdaşlığın nümunəsidir"
-
14:41
“Neftçi” Slovakiya millisinin hücumçusunu transfer edir
-
13:29
Hidayət Heydərov çəkisini dəyişdi
-
13:12
“Araz-Naxçıvan” kapitanı ilə vidalaşdı
-
12:53
“Qəbələ” legioneri ilə müqaviləni uzatdı
-
12:35
Mərakeş - Haiti matçında 6 qol VİDEO
-
12:07
“Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
-
11:46
Rövlan "Araz-Naxçıvan"a keçdi
-
11:28
Mehdi Cənnətov “Səbail”də
-
11:14
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
-
11:00
FİFA yeni dünya çempionatını Azərbaycana həvalə etdi
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
DÇ-2026: İngiltərə millisi rekorda imza atıb
-
10:23
Braziliya Şotlandiyaya şans tanımadı VİDEO
-
10:02
DÇ-2026: 1/16 finalın ilk cütü müəyyənləşdi
-
09:45
İsveçrə Kanadaya qalib gəldi VİDEO
26.06.2026
25.06.2026























