8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

“Sent Etyen”in futbolçusu: "Qarabağ" qrup səddini keçə bilər"

"Məqsədimiz qrupda birinci pilləni tutmaqdır. "İnter" qrupun favoriti olsa da, Milana xal qazanmaq üçün gedəcəyik". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Sent-Etyen" klubunun futbolçusu Conatan Brizon Fransa mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa təmsilçisinin 31 yaşlı futbolçusu Azərbaycan klubunun qrup səddini keçə biləcəyini bildirib: "Qrupda bir deyil, üç rəqibimiz var. Heç bir komandadan çəkinmirik. Hətta "İnter"dən də. Ancaq "Qarabağ"ı da hesabdan silmək olmaz. Bakıda onların çətin komanda olduğunu gördük. Bəlkə də, elə mərhələni "Sent-Etyen" və "Qarabağ" klubları keçdi".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk görüşündə Bakıda "Qarabağ"la 0:0 bərabərə qalan "Sent-Etyen" bu gecə öz meydanında "Dnepr"lə (Ukrayna) qarşılaşacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31