Ölkə futbolu
“Neftçi”nin vitse-prezidenti vəzifəsinə təklifi Elxan Məmmədovdan yox, Sadıq Sadıqovdan aldım”
“Neftçi” PFK-nın vitse-prezidenti Elnur Məmmədov klubun rəsmi e-mail ünvanına göndərilən sualları cavablandırıb.
- AFFA-nın fan-klublar üzrə koordinatoru vəzifəsində çalışmısınız. Son dönəmlərdə də "Neftçi" azarkeşlərini küsdürüb və "xalq komandası"nın oyunlarına əvvəlki qədər azarkeş gəlmir (Avrokuboklar istisnadır). Yeni klubunuzda azarkeşlərlə bağlı hansı işlər görməyi düşünürsünüz?
- Azarkeşlər futbolun bəzəyidir və futbol azarkeşlər üçün oynanılır. “Neftçi” hər zaman azarkeş dəstəyini hiss edib və onlara çoxlu qələbə sevinci yaşadıb. Avrokubok oyunlarında stadionlarımızda demək olar ki, boş yerlər olmur. Çalışacağıq ki, “Neftçi”nin çempionat və kubok oyunları da eyni maraqla qarşılansın. Artıq bu gün bəzi fan-klublarla görüş keçirmişik. Bu görüşlər mütəmadi hal alacaq və inanıram ki, “Neftçi” azarkeşlərinin sayı artan xəttlə inkişaf edəcək.
- Elxan Məmmədov sizə "Neftçi"yə vitse-prezident təyin olunacağınız haqda xəbəri verəndə hansı hissləri keçirdiz?
- “Neftçi”də vitse-prezident vəzifəsini mənə klub prezidenti Sadıq Sadıqov şəxsən təklif etdi. Mən də öz növbəmdə bu təklifi müsbət qarşıladım və klubda fəaliyyətə başladım. Buna qədər Sadıq müəllimlə birlikdə dəfələrlə “Neftçi”nin “Bakcell Arena”da keçirilmiş oyunlarını izləmişik. Futbol mövzusunda müzakirələrimiz olub. Oyunların təşkili məsələləri ilə əlaqədar “Neftçi”nin rəsmiləri və ümumilikdə əməkdaşları ilə daim əlaqədə olmuşam.
- "Neftçi"nin heyəti növbəti çempionluq üçün yetərli deyil. Qış fasiləsində yeni futbolçuların alınması haqda düşünürsüzmü?
- “Neftçi” hazırki heyəti ilə bir çox uğurlar qazanıb. Komanda ötən mövsüm ölkə kubokunu əldə edib və Avropa Liqasının play-off mərhələsinə kimi irəliləyib. Hazırda transfer pəncərəsi bağlı olduğu üçün bu haqda danışmaq tezdir. Bu məsələlər qış fasiləsi ərəfəsində müzakirə olunacaq və müvafiq addımlar atılacaq.
- Uzun illərdi komandaya ancaq yerli baş məşqçilər təyin olunur. Gələcəkdə bu siyasət dəyişiləcəkmi?
- “Neftçi” klubunun məlum strategiyası var və bu tendensiya özünü doğruldur. “Neftçi” yerli məşqçilərlə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” da bu nəticəni yerli mütəxəssislə göstərib. Təcrübə onu göstərir ki, klub futbolunda yerli mütəxəssislərə güvənmək öz müsbət nəticəsini verir.
- Çox maraqlıdı, niyə təqdimatınız mətbuata qapalı oldu? Olmazdı ki, mətbuat konfransı təşkil edib həm təqdimatınızı keçirərdiz, həm də jurnalistlərin suallarını canlı cavablandırardız?
- “Neftçi”dən gələn təklif mənim üçün də gözlənilməz oldu. Təqdimatı təntənəli şəkildə keçirməyə ehtiyac duymadıq. Müəyyən vaxt keçdikdən sonra mütəmadi olaraq mətbuata gördüyümüz işlər barəsində hesabat verəcəyik.
- Elxan Məmmədov heç vaxt jurnalistlərin telefon zənglərinə cavab verməyib. Onun kadrı olduğunuzu nəzərə alsaq, düşünmək olar ki, sizdən də hansısa açıqlama almaq üçün ancaq “Neftçi”nin bazasına gəlmək lazım olacaq?
- “Neftçi” hər zaman mətbuata açıq mövqeyini nümayiş etdirib. Bundan sonra da çalışacağıq ki, mətbuat nümayəndələri ilə münasibətlərimiz daha da möhkəmlənsin. Sadəcə olaraq hər bir peşəkar klubda olduğu kimi “Neftçi”nin də Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi var və media nümayəndələri ilə ünsiyyət onların fəaliyyət sahəsinə daxildir. Jurnalistlər istənilən vaxt suallarını Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi vasitəsi ilə kluba ünvanlaya bilərlər. Ünvanlanan bütün suallar qısa müddət ərzində klub tərəfindən cavablandırılacaqdır.
- "Neftçi"də işləmək təklifini konkret kimdən aldız?
- “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov şəxsən bu vəzifəni mənə təklif etdi. Düzü, bir qədər gözlənilməz oldu. “Neftçi”də işləmək şərəfli eyni zamanda məsuliyyətli bir işdir. Buna qədər Sadıq müəllimlə birlikdə dəfələrlə “Neftçi”nin “Bakcell Arena”da keçirilmiş oyunlarını izləmişik. Futbol mövzusunda müzakirələrimiz çox olub. Oyunların təşkili məsələləri ilə əlaqədar “Neftçi”nin rəsmiləri və ümumilikdə əməkdaşları ilə daim əlaqədə olmuşam.
- Elxan Məmmədovla münasibətləriniz necədi? Çünki təyinatınızın Elxan Məmmədovun gerçəkləşdirdiyi fikri daha çox inandırıcıdı. Bu haqda nə deyə bilərsiz?
- AFFA-da 6 il müddətində Elxan Məmmədovun rəhbərliyi altında çalışmış və futbol sahəsində müəyyən təcrübə qazanmışam. Buna görə Elxan müəllimə öz minnətdarlığımı bildirirəm. Sadıq müəllim tərəfindən mənə edilən təklifi o da müsbət qarşıladı və gələcək fəaliyyətimdə uğurlar arzuladı.
- Sizin AFFA-ya Elxan Məmmədov tərəfindən gətirildiyiniz sirr deyil. “Neftçi” Elxan Məmmədovun nəzarətinə keçdi” fikirlərinə münasibətinizi bilmək istərdik...
- Bu gün futbolumuz AFFA prezidenti Rövnəq Abdullayev rəhbərliyi altında günbəgün inkişaf edir. Futbolda iri miqyaslı beynəlxalq layihələr həyata keçirilir. Bu inkişafın davamı olaraq klub futbolunda nəzərə çarpacaq uğurlar qazanılıb. Həm Elxan Məmmədov, həm də Sadıq Sadıqov futbolumuzun tərəqqisi üçün çalışan şəxslərdir. Məqsədimiz Azərbaycan futboluna layiqli şəkildə xidmət etməkdir.
- Nəyə görə AFFA-da işinizi davam etdirmədiz?
- AFFA-da çalışdığım 6 il müddətində çox qiymətli təcrübə toplamışam. Buna görə bir daha AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Sadəcə olaraq əmək məcəlləsinə əsasən eyni vaxtda yalnız bir iş yerində tam ştatlı fəaliyyət göstərmək mümkündür.
- Gənc kadr kimi işinizdə hansısa yeniliklər olacaq, islahatlar aparacaqsız?
- Ümumiyyətlə “Neftçi”də gənc yerli mütəxəssilərə hər zaman üstünlük verilib. Hətta klubun kollektivi də əsasən gənclərdən ibarətdir. İslahatlara gəldikdə isə “Neftçi”nin öz strategiyası və inkişaf xətti var və biz bu işin icraçılarıyıq. Klubda fəaliyyət göstərən hər bir əməkdaş kimi mən də üzərimə düşən işi ən yüksək səviyyədə yerinə yetirməyə çalışacam.
- Digər vitse-prezidentlərdən necə seçiləcəksiz?
- “Neftçi” bir komandadır. Komandanın uğur qazanması üçün hər kəs əlindən gələni etməlidir. Fərdlərin fəaliyyətini qabartmaq düzgün olmazdı. “Neftçi” son illərdə qazandığı uğurlarla düzgün yolda olduğunu nümayiş etdirib. Birlikdə çalışıb uğurların davamını gətirəcəyimizə inanıram.
- Mətbuatla əlaqələrdə hansı yeniliklər gözlənilir?
- “Neftçi” hər zaman mətbuata açıq mövqeyini nümayiş etdirib. Bundan sonra da çalışacağıq ki, mətbuat nümayəndələri ilə münasibətlərimiz daha da möhkəmlənsin. Sadəcə olaraq hər bir peşəkar klubda olduğu kimi “Neftçi”nin də Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi var və media nümayəndələri ilə ünsiyyət onların fəaliyyət sahəsinə daxildir. Jurnalistlər istənilən vaxt suallarını Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi vasitəsi ilə kluba ünvanlaya bilərlər.
- Tahir Süleymanov ictimaiyyətə açıq bir insan idi. Amma siz işə mətbuat konfransi keçirmədən, jurnalistlərlə görüşmədən başlayırsız. Belə olan halda "Neftçi" KİV-ə hansı mövqedə dayanacaq?
- “Neftçi”də fəaliyyətə başlamağımla bağlı təntənəli təqdimata ehtiyac duymadıq. Düşünürəm ki, müəyyən vaxt keçdikdən sonra mətbuat konfransı təşkil edərək gördüyümüz işlər barədə məlumat verəcəyik. “Neftçi” hər zaman mətbuata açıq klub olub və bundan sonra da media nümayəndələri ilə ünsiyyətimiz ən yüksək səviyyədə davam edəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























