Ölkə futbolu
Azarkeş problemi, yoxsa biganəlik?
Bu gün Azərbaycan futbolunda problemləri saymaqla qurtaran deyil. Yığmamızın uğursuz çıxışı, futbolçularımızın güclü klublarda legioner həyatı yaşaya bilməməsi, hakimlik, süni ot örtüklü meydançaların sayının günü-gündən artması, “lipa” problemi, uşaq futbolundakı çalışmazlıqlar və s. Siz AFFA və klub rəsmilərinin “Azərbaycan futbolu inkişaf edir” sözlərinə inanmayın. Düzdür, inkişaf var. Ancaq bu inkişaf tısbağa sürəti ilə gedir və futbola xərclənən pullarla riyazi dildə desək, tərs mütənasib təşkil edir.
Fikrimi bir qədər aydın izah edim. Bir ölkənin ki, yığması qələbə qazananda hər futbolçu 50, 80, 100 min manata mükafat alırsa, o ölkənin yığması öz meydanında Bolqarıstana uduzmamalıdı. Bir ölkədə ki, iddialı klubların büdcəsi 15-20 milyon dollar təşkil edir, həmin ölkənin klubları 2-3 ildən bir yox, hər il avrokubokların qrup mərhələsində oynamalıdırlar. Bir ölkənin ki, hakimləri hər il qışda Türkiyədə, yayda Sloveniya, Polşa kimi ölkələrdə təlim-məşq toplanışı keçirlərsə, o ölkənin hakimləri mütləq avrokubokların qrup mərhələsində oyun idarə etməlidir. Bu siyahını, cümlələri xeyli uzada bilərəm. Amma sözümün canı başqadı.
Yuxarıda sadaladıqlarımla yanaşı, futbolumuzun daha bir problemli yeri var. Bu da azarkeş məsələsidi. Kim istəyir incisin, kim istəyir inciməsin, şəxsi fikrimdi – bu ölkədə futbol sevilmir. Söhbət təkcə futboldan da getmir. Ümumiyyətlə, idman sevilmir. Təbii ki, əksini iddia edənlər tapılacaq. Amma gəlin məsələyə fərqli müstəvidə yanaşaq. Bu gün orta səviyyəli bir futbolçu ilə birgə çıxaq şəhərə. Görək, onu neçə nəfər tanıyacaq? Maksimum 10. Amma dünən peyda olan, 1-2 dəfə efirdə çıxan bir müğənni ilə eyni sınağı həyata keçirsək, həmin “sənətçi”ni tanıyanların sayı ən azı 4-5 çox artıq olacaq. Niyə? Çünki bizim televiziyalar idmanı deyil, şou-biznesi, hətta kobud da səslənsə, əxlaqsızlığı təbliğ edirlər. Bu gün Azərbaycanda neçə kanal var? Onların neçəsində futbol proqramı var? Maksimum 2-3-ündə. Futbol verilişləri də bütün kanallarda ən mənasız vaxtda efirə gedir. Amma hər bir kanalda şou-biznesə aid olan ən azı 2 veriliş hazırlanır.
“Qarabağ”ın Avroliqada keçirdiyi oyunlarda Respublika stadionu tam dolur. Amma Ağdam klubunun çempionat oyunlarında stadiona heç min azarkeş toplaşmır. Buradan da avrokubok oyunlarındakı azarkeşliyin süni xarakter daşıdığı aydın olur. Ya insanlar “qonşudan qalma dala” prinsipini əsas götürərək, avrokubok matçında stadiona gəlirlər, ya da saxta patriotluq nümayiş etdirirlər. Bunun başqa adı yoxdur... “Qarabağ” Azərbaycan Premyer Liqasında son ev oyununu “Simurq”a qarşı keçirib. Həmin matçı stadiondan canlı olaraq cəmi 200 azarkeş izləyib. Hardaydı “Sent Etyen”lə oyundakı 30 min insan? Niyə gəlməmişdilər stadiona? Özü də fransızlarla oyundan fərqli olaraq, “Simurq”la oyun istirahət gününə təsadüf edirdi. İş günü futbola tamaşa etməyə gələnlər bazar günü buna imkan tapa bilmirlər? Bəli, “Sent Etyen”lə, “Tvente”ylə, “Zalsburq”la oyunda azarkeşlər sona kimi komandanı dəstəklədilər. İstər “Qarabağ”ın, istərsə də rəqibin futbolçuları oyundan sonra fanatların dəstəyini xüsusi qabartdılar. Amma niyə həmin azarkeşlər “Simurq”la oyunda yox idilər?
Bu dediklərimiz tək “Qarabağ”a aid deyil. İstər “Neftçi” olsun, istər “Bakı”, istər AZAL, istərsə də “İnter”. Paytaxt klublarının azarkeş baxımından vəziyyəti çox acınacaqlıdır.
5-ci turda baş tutan “Böyük oyun”u stadiondan 2000 min azarkeş izləmişdi. Çox gülməli rəqəmdi, deyilmi? Ölkənin 1 nömrəli derbisi sayılan oyun və cəmi 2000 futbolsevər. Tanınmış yox, sıravi bir müğənninin feysbukda yazdığı adicə bir statusa belə, bundan çox “layk” gəlir...
Şübhəsiz, hər şeyi azarkeşin üstünə atmaq fikrində deyiləm. Onların stadiondan uzaq düşməsinin günahının bir qismi də klublardadır. Amma azərbaycanlı futbolsevərlərin bir qismi heç komandaları çempion olanda belə stadionda görünmürlərsə, onlara necə “azarkeş” adını vermək olar?
Avroliqanın “play-off” mərhələsinin ilk oyununda səfərdə “Partizan”a 2:3 hesabı ilə uduzan “Neftçi”ni hava limanında 1 azarkeş belə qarşılamamışdı. Qrup mərhələsinə vəsiqə qazanandan sonra komandanı hava limanında qarşılamağa nə var ki?..
“Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
09.11.2026
08.11.2026



















.jpeg)

.jpg)


