Ölkə futbolu
Ruslan Abışov: “Əksinə, millidən qayıdanda özümü daha yaxşı hiss edirəm” (Müsahibə)
“Qəbələ”nin və milli komandamızın üzvü Ruslan Abışov Futbolxeber.az saytına müsahibə verib.
- Son turda “Qəbələ” öz meydanında “Neftçi” ilə heç-heçə oynadı. 3 xal qazanmağınıza nə mane oldu?
- “Neftçi” çempionatın favoritlərindən biridir. İddialı komandadır. Biz bundan əvvəlki turda “Simurq”u məğlub etmişdik. Yenə də qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. İlk hissədə “Neftçi” bizdən daha yaxşı oynadı. Amma fasilədən sonra üstünlük bizim tərəfimizdə idi. İmkanlarımız da oldu. Lakin şanslarımızdan istifadə edə bilmədik.
- “Neftçi”ni məğlub edə bilməməyinizi yalnız ustalıq səviyyəsi ilə əlaqələndirirsən?
- Ustalıq səviyyəsi deməzdim. Sadəcə, komanda yavaş-yavaş özünə gəlir. Vaxt keçdikcə “Qəbələ”nin vəziyyəti daha da yaxşı olacaq. Buna inanıram.
- Etiraf edək ki, “Qəbələ” - “Neftçi” oyunun səviyyəsi elə də yüksək deyildi. Hər halda, azarkeşlər çempionluğa oynayan iki komandanın ifasında daha baxımlı futbola şahidlik edəcəklərini düşünürdülər...
- Razıyam ki, sürət o qədər də yüksək deyildi. Biz futbolçular inkişaf etmək istəyiriksə, daha yaxşı oynamalıyıq. Öyrənməli, daha da irəli getməliyik.
- “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyun barədə nə düşünürsən?
- Çox çətin bir oyun olacaq. “Xəzər Lənkəran” da iddialı komandadır, ciddi hədəflər uğrunda mübarizə aparır. Heyətləri də xeyli güclüdür. Amma onlar kimi bizim də məqsədimiz qələbə qazanmaqdı.
- “Xəzər Lənkəran”la oyundan sonra çempionatda yenidən fasilə yaranacaq. Bu fasilə “Qəbələ”nin növbəti oyunlardakı çıxışına mənfi təsir edə bilər?
- Mən bunda heç bir problem görmürəm. Əksinə, millidən qayıdanda özümü daha yaxşı hiss edirəm. Milliyə görə çempionatda yaranan fasilənin “Qəbələ”yə ziyan vuracağına inanmıram.
- Foqts tez-tez azərbaycanlı futbolçuların 3 gündən bir meydana çıxmalı olduqlarını, lakin fiziki cəhətdən buna güclərinin çatmadığını deyir. Sən də ölkənin üzdə olan futbolçuların birisən. Problem nədir, həqiqətənmi 3 gündən bir meydana çıxa bilmirsiz?
- Foqtsun o fikri ilə razıyam. Həqiqətən də həftədə 2 dəfə oynamaq lazımdı. Mən də bu fikri dəstəkləyirəm. Nə qədər çox oyun olsa, fiziki cəhətdən bir o qədər daha yaxşı durumda olarıq.
- Bir müddət “Rubin”də forma geydin. Amma indi yenidən vətəndəsən. Kazana getməmişdən öncə çıxış etdiyin çempionatla indiki arasında səviyyə baxımından fərq var, yoxsa hər şey əvvəlki kimidir?
- Rusiyadan bura qayıdanda 2 ölkə çempionatları arasında səviyyə fərqi dərhal hiss olunur. Özü də hərtərəfli. Fərqlər çoxdur. Amma bizim çempionatımız da inkişaf edir. İnanıram ki, birinciliyin səviyyəsi yaxın gələcəkdə daha da artacaq.
- Yəqin ki, gələcəkdə yenidən legioner həyatı yaşamağı planlaşdırırsan?
- Əlbəttə. “Qəbələ”yə minnətdaram ki, “Rubin”dən ayrıldıqdan sonra mənimlə maraqlandılar. Bu klubun uğuru üçün əlimdən gələni edirəm. Amma gələcəkdə yenidən legioner həyatı yaşayacağam.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
09.11.2026
08.11.2026



















.jpeg)

.jpg)


