Ölkə futbolu
Tsxadadze: “İnanıram ki, tezliklə “İnter” də Avroliqanın qrup mərhələsinə düşəcək” (Müsahibə)
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze Futbolxeber.az saytına müsahibə verib.
- “İnter” 10 illik yubileyini qeyd etdi. Siz də artıq 5 ildir ki, klubda çalışırsız. İlk öncə elə yubiley haqda təəssüratlarınızı bilmək istərdik. Klubda keçirdiyiniz illər barədə nə deyə bilərsiz?
- İlk növbədə klubda çalışan hər kəsi təbrik edirəm. Başda klubun təsisçisi Cahangir Hacıyevi. Minnətdaram ki, bu gün hər birimizə öz gücümüzü göstərmək şansı yaradır. Daha sonra futbolçulara minnətdaram. Mən hər zaman demişəm ki, rəhbərlikdən sonra uğurda ən çox payı olan futbolçulardı. Qazandığımız bütün uğurlarda onların boyuk rolu var. 2004-cü ildən bu yana klubda əziyyəti olan hər kəsə təşəkkür edirəm. Özümə gəldikdə, burada 5 il keçirmişəm və bu, heç də az müddət deyil. Rəhbərlik sağ olsun ki, mənə dəstək olur, güvənir. 5 ildə heç də pis nəticələrə imza atmamışıq. Ölkə daxilində kubokdan başqa, bütün mükafatları qazanmışıq. Yeganə mənfi hal avrokuboklarda istədiyimiz nəticəyə nail ola bilməməyimizdir. Yenə də iddiamız var. İnanıram ki, tezliklə “İnter” də Avroliqanın qrup mərhələsinə düşəcək.
- Klubda keçirdiyiniz 5 il ərzində ən uğurlu və uğursuz anlar hansılardı?
- İlk öncə onu deyim ki, hər zaman uğur qazanmaq mümkün deyil. Suala gəldikdə isə, ötən mövsümün əvvəlində ilk 6 oyundan 5-ini uduzmuşduq. Bunu ən uğursuz anlardan biri hesab edirəm. Xoş məqamlar isə daha çoxdur. İlk ilimdə çempion olduq. Daha sonra “Birlik Kuboku”nu qazandıq. 2 dəfə bürünc, 1 dəfə gümüş medala sahib çıxmışıq. 3 dəfə penaltilərdə uduzmağımızı xatırlamaq da xoş deyil. Amma futbolda uduzmaq da olur. Digər tərəfdən də uduzduqdan sonra iş daha çox olur.
- Digər klubda oyunu alınmayan, ideal formadan uzaq olan futbolçular “İnter”ə gəlib parlayırlar. Belə nümunələr çoxdur. Buna necə nail olursunuz? Sirr nədədir?
- Bunun heç bir sirri yoxdur. Hər məşqçi çalışır ki, rəhbərliyi altındakı futbolçunun müsbət cəhətlərini tapsın.
- Amma siz həmin müsbət cəhəti olmayan yerdən tapırsız...
- Yox, belə deyil. Hər insanın müsbət cəhəti də var, mənfi də. Hər futbolçu da üstün cəhətlərə malikdir. İlk növbədə mən futbolçuya fərdi şəkildə yanaşıram. Bu, çox vacibdir. Üstəlik, bunu tək mənim yox, məşqçilər korpusunun adı ilə bağlamaq lazımdır. Çox yaxşı korpusumuz var.
- Adətən komandadan gedənləri geri qaytarmırsız. Məsələn, Levinin qayıtmasını istəməmişdiniz. Amma Asif Məmmədov, Nizami Hacıyev və Elvin Məmmədov kimi futbolçuları yenidən komandaya qaytarmısız. Hansı səbəbdən bu futbolçulara yenidən şans vermisiz?
- “Levinin qayıtmasını istəmirəm” deməyimi xatırlamıram. Çünki belə bir ehtimal olmayıb. O ki qaldı geri qayıdan futbolçulara, Asifi hələ “Standart”dan tanıyıram. Ümumi fikrim belədir ki, insan həyatda səhv edibsə, ona yenidən şans vermək lazımdı. Eyni sözləri digərləri haqda da demək olar. Hər biri istedadlı futbolçulardı. Üstəlik, ürəkləri təmizdi. Mən insanda bu məqama çox böyük diqqət yetirirəm. Həm də əsas olan mənim nə düşündüyüm yox, klubun marağıdı. Futbolçularıma da izah etmişəm ki, daim klubun marağını üstün tutsunlar. Çünki klub qazansa, bundan hər birimiz fayda götürəcəyik.
- Elə futbolçu var ki xarakteri ürəyinizcə olmasa da, kluba faydalıdır deyə bu gün komandadadır?
- Yox, beləsi yoxdur.
- Zədəli futbolçularım durumu nə yerdədir?
- Elvin Məmmədovun vəziyyəti günü-gündən yaxşılaşır. “Tiraspol”la oyunda sıradan çıxmışdı və həmin vaxtla müqayisədə 60 faiz yaxşı durumdadır. Sezar Meza Kolliyə vaxt lazımdı. Ən azı ayyarım. Hazırda fərdi şəkildə çalışır. Yəqin ki, yeni ilə kimi xidmətindən yararlana bilməyəcəyik. Mirzağa Hüseynpurun durumu isə qeyri-müəyyəndir. Hazırda çalışırıq ki, əməliyyata ehtiyac olmasın. Amma alınmasa, əməliyyat olunacaq.
- Hüseynpur komanda ilə birgə Gürcüstana yollanacaq?
- Hə, yollanacaq.
- Son olaraq Junior Nildonu transfer etdiniz. Bununla heyət tam komplektləşib, yoxsa qışda daha 1-2 futbolçu ilə güclənməyiniz mümkündür?
- Ola bilər ki, 1-2 mövqedə dəyişiklik olsun. Hansısa mövqedə axsama görsək, çalışacağıq dəyişiklik edək. Amma bu, işin gedişində bilinəcək. İndidən bu haqda nəsə demək çətindir.
- Tərzin Cahangirovla maraqlandığınız doğrudur?
- Yox.
- Bəzən heyətə cəlb etdiyiniz futbolçular “İnter”də parladıqdan və ya rəhbərliyiniz altında yenidən ideal formaya düşdükdən sonra digər klubdan gələn daha sərfəli təklif qəbul edərək “İnter”dən ayrılırlar. Belə halda çoxmu təəssüflənirsiniz?
- Ümumiyyətlə, hansı səbəbdən olur-olsun futbolçu komandadan gedəndə məyus oluram. Xüsusən də ilk başda. Amma zaman keçdikcə fərqli düşünürəm. Özümü onun yerinə qoyub, addığı atdımı başa düşürəm. İstənilən halda, həmin futbolçulara da minnətdaram.
- Onlar da sizə minnətdar olmalıdırlar.
- Yox, mən belə düşünmürəm.
- Axı, siz olmasaydınız onlar indiki səviyyəyə çata bilməyəcəkdilər?
- Məsələyə fərqli yanaşaq. Onlar da olmasaydı, biz keçən il qazandığımız nəticəni qazana bilməzdik. Yəni, hər iki tərəfin zəhməti olub.
- Fasilə müddətində “İnter” Gürcüstana yollanacaq. İstərdik hazırlıq prosesi barədə də məlumat verəsiniz.
- Ayın 2-də komanda toplanır, 3-ü artıq Tiflisdə məşqlərə başlayırıq. İlk öncə taktiki cəhətdən hazırlıq keçəcəyik. Daha sonra isə yoxlama oyunlarında gücümüzü sınayacağıq.
- Neçə oyun olacaq?
- 3 oyun keçirməyi planlaşdırırıq. Ayın 7-si, 9-u və 10-da.
- Rəqiblərin adları bəllidir?
- İlk rəqibin adı bilinmir. Ayın 9-u və 10-da isə “Sioni” və “Samtredia” ilə qarşılaşmağımız nəzərdə tutulub. Amma “Kasımpaşa” ilə də görüşə bilərik. Bu günlərdə Şota Arveladze mənə zəng vurmuşdu. Həmin müddətdə görüşə biləcəyimizi dedi. Əgər, onlarla qarşılaşası olsaq, adını çəkdiyim 2 komandadan biri ilə oyun keçirilməyəcək.
- Yəqin ki, ayın 9-u və 10-da keçirəcəyiniz oyunlarda fərqli heyətlə mübarizə aparacaqsınız?
- Təbii ki.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
09.11.2026
08.11.2026



















.jpeg)

.jpg)


