9 Noyabr 2026, Bazar ertəsi
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Ölkə futbolu

“Dnepr” - “Qarabağ” oyunu azarkeşlərsiz keçiriləcək

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” cəzalanıb. Futbolxeber.az-ın məlumatına görə, Dnepropetrovsk klubu azarkeşlərin ucbatından qitə futbol qurumunun qəzəbinə tuş gəlib. Belə ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən "Dnepr" - "Kopenhagen" matçında yerli azarkeşlərin xuliqanlığı "Dnepr"in 50 min avro həcmində cəzalandırılmasına səbəb olub. Bundan başqa, “Dnepr” avrokuboklardakı növbəti matçını boş tribunalar önündə keçirilməlidir. Həmin görüş isə “Qarabağ”la oyuna təsadüf edir. Bu hal qarşıdakı oyunlarda təkrarlanacağı halda, “Dnepr” 2 il müddətinə avrokuboklardan uzaqlaşdırılacaq.

Xatırladaq ki, "Dnepr" - "Qarabağ" matçı oktyabrın 23-də keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30