Ölkə futbolu
“Sadıq Sadıqov mənə dəstək verəcəyini bildirdi”
AFFA tərəfindən “Neftçi” PFK-nın yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- İlk olaraq Azərbaycana gəlişinizlə bağlı danışardınız.
- Hollandiyada olarkən AFFA tərəfindən Azərbaycana dəvət olundum. Hələ bura gəlməmişdən Azərbaycan futbolu haqqında məlumat toplayırdım. O zaman Azərbaycanın hansı klubunda çalışacağımı bilmirdim amma öyrənmişdim ki, ölkənin ən köklü klubu “Neftçi”dir. Daha sonra AFFA mənimlə müqavilə bağladı və elə “Neftçi” klubuna texniki direktor olaraq təyinat aldım. Burada əsas vəzifəmiz yeniyetmə və uşaq futbolunun inkişafına çalışmaqdır.
- Bundan sonra “Neftçi”də fəaliyyətə başladınız.
- Hə, “Neftçi”yə gəldiyim gün klub prezidenti Sadıq Sadıqovla görüşdüm və planlarım barədə danışdım. O da öz növbəsində mənə dəstək verəcəyini bildirdi. Daha sonra işə başladım. Hər gün klub rəhbərliyi və uşaq futboluna cavabdeh şəxslərlə görüşüb müzakirələr aparırıq. Meydana çıxan problemlər də dərhal həll olunur. Mən buna qədər Hollandiyadan başqa Yaponiya, Çin, Cənubi Afrika Respublikası və Səudiyyə Ərəbistanında çalışmışdım bu səbəbdən də fərqli ölkələrdə işləmək mənə çətinlik yaratmır.
- “Neftçi”nin yeniyetmə və uşaq futbolçularını ilk gördüyünüzdə sizdə hansı təəsüratlar yarandı?
- Mən “Neftçi”yə aprel ayında gəldim və iki ay demək olar ki müşahidə etdim. Futbolda işə haradan, hansı səviyyədən başlamağı müəyyənləşdirməlisən. Yalnız belə olan halda istəyinə nail ola bilərsən. Mən burada futbol oynamağa həvəsli və istedadlı uşaqları gördüm. Azərbaycanda uşaqların yetişdirilməsi üçün futbol meydançalarının sayını artırmaq lazımdır. Digər tərəfdən də komandalar bir mövsüm ərzində say etibarı ilə az oyun keçirirlər. Çünki Azərbaycan çempionatlarında yay və qış fasilələri çoxdur. Avropa ölkələrində isə məşq saatları çoxdur. Ümumiyyətlə hər sahədə nailiyyət qazanmaq üçün daha çox məşq etmək lazımdır. Bizim hesablamalarımıza görə burada uşaqlar 6 yaşından 16 yaşına kimi 4 min saat məşq edirlər ki, bu da çox azdır.
- Yəqin ki, komandalarda müəyyən istedadları gözaltı eləmisiniz
- 9,10 və 11 yaşlı futbolçular arasında belələri var. Onlar sözün əsl mənasında istedadlıdırlar. Amma istedadlı olmaq kifayət deyil. Biz çalışmalıyıq ki, onlar bu qabiliyyətlərini inkişaf etdirsinlər. Əldə xammal ola bilər amma onu yaxşı cilalamaq lazımdır. Əsas da onlara düzgün məşq keçilməlidir. Biz də məhz bu istiqamətdə çalışırıq. Məşqçilər futbolçuları inkişaf etdirməklə yanaşı, özləri də inkişaf etməlidirlər. Hər yaş qrupunun öz hazırlığı var və biz proqram əsasında bunu ən yaxşı şəkildə icra etməyə çalışırıq.
- Futbolçuların inkişafı üçün konkret nə işlər görülür?
- Çalışırıq ki, futolçularla məşqçilər daha sıx təmasda olsunlar. Çünki,futbolçu məşqçinin dediyini dərhal anlamalıdır və məşqi kortəbii halda yox, anlayaraq icra etməlidir. Əgər futbolçu nəyi nə üçün etdiyini bilmirsə, o inkişaf edə bilməz. Bir sözlə futbolçu oynamaqla yanaşı, düşünməyi də bacarmalıdır.
- Uşaq futbolçularımızın üstün tərəfləri hansıdır?
- Azərbaycan futbolçuları topla oynamağı sevirlər və texnikalı futbola üstünlük verirlər. Fikrimcə burada futbolçular daha çox fərdi ustalıq hesabına fərqlənməyə kökləniblər. Futbolda fərdi keyfiyyətlər çox önəmlidir amma komanda oyunu da ön planda olmalıdır, çünki qələbəni komanda qazanır.
- Hazırda siz “Neftçi”də çalışırsınız. Ola bilərmi, gələcəkdə “Neftçi”nin bəzi futbolçuları sizinlə birgə Hollandiyada hazırlıq keçsin?
- Çox gözəl fikirdir. Əgər AFFA dəstək verərsə gələcəkdə belə bir layihə həyata keçirmək olar. Buna qədər isə müəyyən səviyyədə inkişafa nail olmalıyıq. Daha sonra dediyiniz fikrin reallaşmasına mən də öz köməyimi göstərə bilərəm. Məsələn, Cənubi Afrika Respublikasında işlədiyim müddətdə belə bir təcrübə olmuşdu. Oradan bir-neçə futbolçunu Hollandiyaya məşqlərə göndərmişdik.
- Holland həmkarlarınız buradakı fəaliyyətinizlə maraqlanırlarmı?
- Təbii ki, hollandiyalı həmkarlarımla söhbətim zamanı Azərbaycan futbolu barədə də danışırıq. İnanıram ki, yaxın gələcəkdə həmyerlilərim Azərbaycan futbolçularını Hollandiya çempionatında əyani olaraq görə biləcəklər.
- Yan Versleyenin Azərbaycandakı hədəfləri nədir?
- Hazırda 10-14 yaşlı futbolçular öz qızıl dövrünü yaşayır. Onlara ümidimiz böyükdür. Onların potensialını tam açmağa çalışırıq. Bu futbolçuları əsas komandaya və milli komandalar üçün hazır vəziyyətə gətirməliyik. Doğrudur bizdə hər yaş qrupuna uyğun ayrı komandalar var amma biz çalışırıq ki, futbolçu əsas komandaya mümkün qədər gənc yaşda gəlsin.
- Yeniyetmə futbolçulara nə tövsiyyə edərdiniz?
- Mən onların valideynlərinə tövsiyyə edərdim ki, futbola marağı olan uşaqlarını 6-7 yaşlarında olarkən futbola gətirsinlər. Daha sonra uşaqlarını məşqçinin öhdəsinə buraxsınlar. Onlara sərbəstlik versinlər. Qoy uşaqlar da futboldan zövq alsınlar. Belə olan halda inkişaf üçün düzgün təməl qoyulmuş olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
09.11.2026
08.11.2026



















.jpeg)

.jpg)


