27 Noyabr 2026, Cümə
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest

Ölkə futbolu

Reynaldo: “Hər şey FİFA-dan gələcək cavabdan asılıdı”

"Azərbaycan yığmasında oynamağımçün problem yoxdu". Bu sözləri "Qarabağ"ın braziliyalı legioneri Reynaldo Silva bu gün AFFA-da keçirilən Azərbaycan yığmasında oynamaq təklifi haqda görüşdən sonra "Futbolpress.az"a açıqlamasında deyib.

Cənubi amerikalı əlavə olaraq bunları bildirdi: "Təklifi müsbət qarşıladım. Mənimçün Azərbaycan yığmasında oynamaq maraqlıdı. Müxtəlif məsələlər müzakirə olundu, mənim üzərimə düşənlərə müsbət cavab verdim. Qalıb məsələnin hüquqi tərəfləri. O da AFFA-nın işidi".

Reynaldoya yığmada oynamağının nə qədər real olduğunu soruşduq: "Məncə, yalnız hüquqi məsələlərin həlli qalıb. Burda mənim 5 il burda yaşamağım və ya qohumluq əlaqələrinin olması və başqa məsələlər var. Bunlar mənim səlahiyyətimdə olan işlər deyil. AFFA bu barədə işlər həll olunandan sonra FIFA-ya müraciət edəcək. Hər şey ordan gələn cavabdan asılıdı".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30