27 Noyabr 2026, Cümə
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest

Ölkə futbolu

Ponomaryov “İnter”i günahlandırdı

Milli komandamızın keçmiş üzvü Anatoli Ponomaryov bir neçə il əvvəl avrokuboklarda meydana çıxa bilməməsinə görə “İnter”i qınaqlayıb. Futbolxeber.az-ın məlumatına görə, Ponomaryov “Sport Den za Dnyom”a müsahibəsində “Vadust”dakı çıxışı barədə deyib: “Klubun böyük ambisiyası var idi. İlk məqsəd Çelenc-liqanın qalibi olub, yüksək liqaya vəsiqə qazanmaq idi. Mövsümün əvvəli də uğurlu alınmışdı. “Vadust” əvvəlcə UEFA kubokunda “Uypeşt”i (evə 4:0, səfərdə 0:1) mübarizədən kənarlaşdırdı, daha sonra “Bazel”lə (1:0, 1:2) başa-baş oynadı. Bu, komandanın tarixi ərzində avrokuboklardakı ən yaxşı çıxış idi. Amma təəssüflənirəm ki, həmin vaxt mən komandanın üzvü olsam da, avrokuboklarda çıxış edə bilmədim. Həmin vaxt “İnter”lə müqaviləm başa çatsa da, Azərbaycan klubu mənim transfer vərəqəmi göndərməyə tələsmirdi. Onlar məsələni həll edincə, artıq yeni mövsüm başlamışdı. Həm avrokubokları, həm də çempionatın ilk 3 turunu kənardan izləməli oldum”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30