5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Rəşad Sadiqov: “Əlimizdən gələni edəcəyik ki, “Böyük oyun”a layiq qarşılaşma olsun”

“Azarkeşlərimiz “Neftçi” ilə oyuna buraxılsa, yaxşı olar. Çünki hər bir oyuna rəng qatan azarkeşlərdir. Məncə, istənilən oyunda hər iki komandanın azarkeşləri iştirak etməlidir”. Futbolxeber.az saytına verdiyi müsahibədə bu sözləri “Xəzər Lənkəran”ın üzvü Rəşad Sadiqov deyib.

Təcrübəli futbolçu “Neftçi”yə qarşı baş tutacaq oyunda uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Biz futbolçular da əlimizdən gələni edəcəyik ki, “Böyük oyun”a layiq qarşılaşma olsun. Kim güclüdürsə, o da qalib gəlsin. Amma bizim də məqsədimiz yalnız 3 xaldır. Rəhbərliyimiz də, məşqçilərimiz də çox istəklidirlər. Bizim kimi onlar da çətin səfər oyununda 3 xal qazanmağımızı istəyirlər. Çempionluq uğrunda oynayırıqsa, hər matçdan 3 xalla ayrılmağı hədəfləməliyik”. 

QEYD: Rəşad Sadiqovun geniş müsahibəsi ilə irəliləyən saatlarda saytımızda tanış ola bilərsiniz. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31