5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

AZAL-dan 6 qollu qələbə

AZAL yığma komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “AZAL Arena”da baş tutan qarşlaşmada əsas komanda əvəzedicilərlə qarşılaşıb.

“1-ci komanda” hər hissədə 3 qol vuraraq yekunda 6:0 hesablı qələbə qazanıb. Qolları Rəşad Abdullayev (12-p.), Təmkin Xəlilzadə (35; 40), Con Kordoba (62) və Freddi Mombonqo (64; 72) vurub.

Qeyd edək ki, bu gün AZAL istirahət edəcək. Bazar ertəsindən etibarən isə birbaşa Premyer Liqanın 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la görüşə hazırlığa start veriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31