5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Statistika əlehimizədi: Yefetin idarə etdiyin oyunlarda Bolqarıstan millisi uduzmur!

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununu israilli Alon Yefet idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 42 yaşlı referi artıq 12 ildir ki FİFA referisi adını daşıyır. Amma bu müddətdə o, nə klublarımızın, nə də millimizin oyununu idarə edib.

Yefet gənclər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2001-ci ildə Bolqarıstan - İslandiya görüşünün baş hakimi olub. Matç bolqarların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində israilli referinin əsas söz sahibi olduğu matçda Bolqarıstan çətin Çernoqoriya səfərindən 1 xalla qayıdıb (1:1).

2002-ci ildə onun idarə etdiyi ÇSKA (Sofiya) - “Blekbern” matçı 3:3 hesabı ilə tamamlanıb. Əvəzində 2010-cu ildə Avroliqanın qrup mərhələsində Yefetin baş hakim olduğu görüşdə ÇSKA “Portu”ya 0:1 hesabı ilə yenilib.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31