5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Bolqarıstan millisinin kapitanı: "Bakıya istirahət üçün getməyəcəyik"

Avro-2016-nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində Bakıda millimizin qonağı olacaq Bolqarıstan yığmasının kapitanı İvelin Popov qarşıdakı görüş haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Bakıya istirahət üçün gəlməyəcəklərini bildirib: "Dünya səviyyəli komanda deyilik. FİFA-nın reytinqinə baxdıqda bizim 72-ci pillədə, Azərbaycan millisinin isə 73-cü yerdə qərarlaşdığını görürük. Bakıya istirahət üçün getməyəcəyik. Komanda yoldaşlarımdan kiminsə arxayınlaşacağına və ya rəqibi qiymətləndirməyəcəyinə inanmıram. Azərbaycan futboluna böyük investisiya qoyulur. Ötən seçmə mərhələdə İtaliya ilə oyunda hansı motivasiya ilə çıxış etmişiksə, Azərbaycana qarşı da həmin əhval-ruhiyyədə oynayacağıq".

Qeyd edək ki, sentyabrın 9-da 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.


qol.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31