Ölkə futbolu
Badri Kvaratsxeliya: “Neftçi”nin “Çixura”nı rahat məğlub edəcəyini gözləyirdim”
“Turan-T”yə yeni baş məşqçi təyin olnan Badri Kvaratsxeliya ilk müsahibəsini verib. Gürcü mütəxəssis komandaya gəlişi, qarşıya qoyulan məqsədlər haqda danışıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- İlk öncə “Turan-T”yə gəlişiniz barədə məlumat verərdiniz. Necə oldu ki, Tovuz təmsilçisiylə anlaşdınız?
- Açığını deyim ki, mən bu təklifi gözləmirdim. Klub rəhbərliyi mənimlə əlaqə saxladıqdan sonra düşünmədən razılaşdım. Çünki mən Tovuz futbolunu çox yaxşı tanıyıram. Azərbaycan futbolunu ilk dəfə avrokuboklarda təmsil etmiş, çempion olmuş bir şəhərin təmsilçisidir. Perspektivi və potensialı ilə yanaşı bu klubun keçmişi hamıya məlumdur. Azərbaycan futbolunun mərkəzlərindən biridir. Maliyyə sıxıntısı səbəbindən əvvəlki əzəmətini itirsə də, bura bir bulaqdır. Bu perspektivi gördüyüm üçün komandaya gəldim. Burada işləmək mənim üçün şərəfdir.
- Artıq bir həftəyə yaxındır ki, hazırlıq keçirsiniz. İlkin təəssüratlarınızı bölüşərdiniz.
- İlk öncə rəhbərliyə komandaya yaratdığı şərait üçün təşəkkürümü bidirirəm. Hələ ki, komandanı formalaşdırmaq üçün çalışırıq. Əsasən yerli futbolçulara üstünlük verəcəyik. Vacib deyil tovuzlu olsun. Azərbaycanın hər yerindən istedadlı gənc futbolçuları komandaya cəlb edib, onların inkişaf etmələrinə nail olacağıq. Yerli futbolçuların da arasında perspektivliləri kifayət qədərdir. Əsas məqsəd döyüşkən, mübariz komanda formalaşdırmaqdır. İşlərimiz bu yöndə davam edəcək.
- Qarşınıza hansı məqsəd qoyulub?
- Qeyd etdiyim kimi ilk növbədə döyüşkən komanda qurmaq istəyirik. Asan təslim olmayan, mübariz komanda yığıb, gənc futbolçuların üzə çıxmasına çalışacağıq. Çempionatda isə bacardığımız qədər irəli getmək istəyirik . Ən az ilk “6-lıq”da qərarşalmaqdır məqsədimiz. Bizim işimiz bir illik deyil. Gələcəyin komandasını qururuq. Düzdü, gücümüz daxilində şəraitimiz var. İlk öncə özümüzü sübut etməliyik. İstədiyimiz komandanı toparlayıb, işlərimizi yoluna qoyduqdan sonra Premyer Liqanı hədəfləyəcəyik. Bunun üçün isə dayanmadan çalışacağıq.
- “Turan-T”nin maliyyə imkanları yüksək səviyyədə olmasa da, bu təklifi qəbul ediniz...
- Düzü, mən bura pul üçün gəlməmişəm. Mənim də öz məqsədim, öz ambisiyalarım var. Özümü işimlə sübut etmək istəyirəm. Futbolçularımdan da bunu tələb edirəm. Ambisiyası olmayan, karyerasını düşünməyən futbolçu mənə lazım deyil. Fikirləşirəm ki, özümü təsdiq etmək üçün “Turan-T” ən yaxşı variant idi. Burada həm əsas komandanı qurmaq, nəticələr əldə etmək həm də uşaq futbolunun inkişafına nail olmaq istəyirəm. Qismət olarsa, elə bu komanda ilə yüksək liqaya vəsiqə qazanıb orda da uğurlu nəticələr əldə etmək istəyirəm. Bu səbəbdən də burdayam .
- Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşmüsünüz. Həmişə futbola yaxın olan bir insan kimi sizdən nə tələb etdi, nələri müzakirə etdiniz?
- İlk öncə komandanı diqqətdə saxladığı, məni qəbul etdiyi üçün Tofiq müəllimə təşəkkürümü bildirirəm. O, futbolu yaxından izləyən, rayonunu və komandasını sevən insandır. Komandanı daim yüksəklərdə görmək, Tovuz futbolunun əvvəlki əzəmətini özünə qaytarmaq istəyir. Mənə güclü, daha çox gənclərdən təşkil olunmuş komanda yaratmağı və çempionatda yüksək nəticələr əldə etməyi tövsiyyə etdi. Belə olacağı halda daim dəstək verəcəyini ,komandanın yanında olacağını qeyd etdi.
- Uzun müddət Azərbaycanda oynamısınız, çalışmısınız. Sizcə futbolumuzdanələr dəyişib? İnkişaf varmı?
- Təbii ki, mənim oynadığım dövrlə indiki arasında böyük fərq var. İndi infrastruktur, şərait, maliyyə hər şey fərqlidir. Komandalara yüksək səviyyəli legionerlər, məşqçilər dəvət olunur. Birinci Divizionda çox komandanı tanımasam da, məsələn mən “Qəbələ”də çalışarkən kubokda “Qaradağ-Lökbatan”la qarşılaşmışdıq. “Qəbələ”nin səviyyəsinə hər kəs bələddir. Amma həmin oyunda I Divizion komandası layiqli müqavimət göstərdi. İnkişaf var və məncə getdikcə daha da yüksək tempdə inkişaf edəcək.
- Yəqin ki, “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı son oyunlarını izləmisiniz ...
- Bəli, hər iki oyuna baxmışam. Açığı deyim ki, “Qarabağ” məni yaxşı mənada təəccübləndirdi. “Zalsburq” Avropanın güclü klublarından biridir. Onların infrastrukturu, şəraiti , maliyyə imkanları qitənin ən yaxşılarındandır. Lakin “Qarabağ” belə güclü rəqibdən çəkinmədən mübarizə apardı. Deyərdim ki, “Qarabağ” tarix yazdı, bu münasibətlə komandanı təbrik edirəm. Komanda əsl çempion kimi mübarizə apardı və layiqli qələbə qazandı. “Neftçi” haqda onu deyim ki, “Çixura”nı rahat məğlub edəcəyini gözləyirdim. Çünki bu iki komanda arasında böyük fərq var. “Neftçi”nin yaxşı baş məşqçisi, səviyyəli futbolçuları var. Məncə, “Neftçi” bu mərhələni rahat adlayacaq.
- Yeri gəlmişkən, “Neftçi” - “Çixura” oyununda qalmaqal yaşanmışdı. Uzun müddət Azərbaycanda yaşamış bir insan kimi münasibətinizi bilmək istərdik...
- Bu sırf təxribatdır. Əsrlərdir Azərbaycan və Gürcüstan xalqları əla qonşuluq, dostluq, qardaşlıq münasibətində yaşayıblar və beləcə də yaşayacaqlar. Bu təxribatçılar iki dost xalqın bir-biri ilə münasibətini pozmaq istəyirlər. Əminəm ki, müdrik Azərbaycan xalqı bu təxribata aldanmayacaq. Həm azərbaycanlılar, həm də gürcülər belə insanlara aldanmasınlar. Heç vaxt hansısa gürcü və ya azərbaycanlı bu dostluğu pozmağa çalışmaz. Təxribatçıların hamısı layiqli cəzalarını alacaqlar. Dövlət başçıları da bu məsələni diqqətdə saxlayırlar. Gürcüstan höküməti dərhal o insanları tapıb cəzalandırmağı tapşırıb. Belə şeylər yolverilməzdir. Elələri heç vaxt istəklərinə çatmayacaqlar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























