23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Ölkə futbolu

Pley-off mərhələlərinin püşkünün vaxtı açıqlandı

2014/2015 mövsümü üçün Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələlərinin püşkünün vaxtı açıqlanıb. Adəti üzrə ilk öncə Çempionlar Liqasının püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi avqustun 8-də, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Çempionlar Liqasında ölkəmizi "Qarabağ" klubu təmsil edir. Qurban Qurbanovun komandası "pley-off"a yüksəlmək üçün ilk öncə III təsnifat mərhələsində Avsrtiyanın "Zalsburq" klubunu mübarizədən kənarlaşdırmalıdır. Avqustun 8-də atılacaq püşkdən sonra isə "Qarabağ"ın "pley-off"dakı rəqibi müəyyənləşəcək.

Həmin gün saat 16:00-da isə Avropa Liqasının püşkatma mərasimi keçiriləcək. Burada da ölkəmizi bir komanda təmsil edir. Son ölkə kubokunun sahibi "Neftçi" klubu "Çixura" (Gürcüstan) səddini keçəcəyi təqdirdə pley-off mərhələsində oynamaq hüququ qazanacaq. "Neftçi"nin pley-off mərhələsindəki rəqibinin kimliyinə məhz avqustun 8-də keçiriləcək püşkatmadan sonra aydınlıq gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust, Avroliqanın pley-off mərhələsinin görüşləri isə 21-28 avqust tarixlərində keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31